Səhiyyə Nazirliyi Ramazanda qidalanma ilə bağlı xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi Ramazanda qidalanma ilə bağlı xəbərdarlıq etdiRamazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir. İstilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır.
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir. Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir:
"Bütün günü ac qalmaq qanda şəkər balansını pozur. Diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər. Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar.
Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər.
Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir. Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar.
Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər".
Bildirilib ki, Ramazanda günün uzanması və gecələrin qısalması ilə aclıq müddəti də uzanır:
"Bu dövrdə qan şəkəri aclıq səbəbindən düşdüyü üçün gün ərzində yorğunluq yarana bilər. Bu səbəbdən imsak yeməyi vacibdir. İmsak zamanı asan həzm olunan tərəvəz yeməkləri və çox yağlı olmayan şorbalara üstünlük verilə bilər. Xüsusilə gün ərzində aclıq problemi yaşayanlar imsakda həddindən artıq yağlı və duzlu yeməklərdən uzaq durmalıdırlar.
Uzun müddətli orucdan sonra iftarda 20 dəqiqədən sonra toxluq hissi yaradan hormonlar ifraz edildiyi və çox yemək istəyi aradan qalxddığı üçün yemək tez istehlak edilməməlidir. Artıq miqdarda və sürətli yemək sağlamlıq problemlərinə səbəb ola bilər.
İftar süfrəsində ilk növbədə şorba, tərəvəz və salat olmalıdır. Həddindən artıq yağlı qidalara üstünlük verilməməlidir. Belə qidalar istehlak edilərsə, onların miqdarı minimal olmalıdır.
Ramazan ayında qaynadılmış və sobada bişmiş yeməklərə üstünlük verilməlidir. Qızardılmış qidalardan uzaq durmaq lazımdır.
İftardan sonra hərəkətsizliyə və yatmağa vaxt sərf etmək əvəzinə, gəzinti kimi yüngül məşqlər edilməlidir. Ramazan ayında pəhriz dəyişikliyi və maye qəbulunun olmaması səbəbindən qəbizlik yarana bilər. Bu səbəblə lifi yüksək olan qidaların istehlakına diqqət yetirilməlidir".
Terapevt qeyd edib ki, uzun müddət aclığa səbəb olan oruc, kalori qəbulunu məhdudlaşdıraraq və maddələr mübadiləsini sürətləndirərək, bədəndəki yağ yandırma prosesini dəstəkləyir:
"Bundan əlavə, oruc tutmaq orqanizmin uzun müddət ac qalması nəticəsində insulin müqavimətini və qan şəkərini azaltmağa kömək edir. İnsulin müqavimətinin azaldılması həm də qlükozanın qandan hüceyrələrə daha səmərəli şəkildə daşınmasına imkan verir. Bədəni yeniləyən oruc, bu təsiri sayəsində immunitet sistemini gücləndirir və insanı xəstəliklərə qarşı daha möhkəm edir.
Normalda çox işləyən və yorulan həzm və bağırsaq sistemləri oruc sayəsində fasilə vermə şansı qazanır. Bu baxımdan oruc tutmaqla mədə və bağırsaqların istirahətinə icazə verə bilərsiniz. Eyni zamanda, oruc sinir hüceyrələrinin yenilənməsinə töhfə verməklə beyin sağlamlığını və idrak funksiyalarını yaxşılaşdırmağa kömək edir. Uzun müddət ac qalmaq hüceyrələrin yenilənməsin sürətləndirir və dəri hüceyrələri bu prosesdə yenilənib canlanır və güc qazanır.
Oruc tutmaq qan təzyiqi, xolesterin və trigliserid səviyyələrini azaltmağa kömək edir, bununla da ürək sağlamlığının qorunmasında böyük rol oynayır.
Orucun fiziki faydaları ilə yanaşı, psixoloji faydaları da var. Oruc tutmaq insanın iradəsini və səbrini təkmilləşdirməklə yanaşı, həm də insana özünü idarə etmək həvəsi aşılayır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 621   Tarix: 11 mart 2024
f Paylaş

Oxşar xəbərlər

.

Cökə çayının bilmədiyimiz faydaları

Mütəxəssislər cökə çayının bilinməyən faydalarını açıqlayıblar.   -a istinadən bildirir ki, bu çay qan təzyiqini normallaşdırmağa, həzmi yaxşılaşdırmağa və bədəndə iltihabı azaltmağa kömək edir. Xərçəng əmələ gətirməyə qadi

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

79 illik araşdırmanın nəticələri açıqlandı:Kişilərdə cinsi orqanın ölçüsü artıb, amma

Kişi cinsiyyət orqanının ölçüləri ilə bağlı 79 illik tədqiqatın nəticələri dərc edilib.   -a istinadən xəbər verir ki, kişilərin cinsiyyət üzvünün uzunluğunun artdığı müəyyən edilib. Ancaq bu, alimlərin narahatlığına səbə

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

turlar.az

sonxeber.az donlar 2024 geyim necə seçməli qis geyimləri 2024 sifahi xalq edebiyyati pnevmoniya xesteliyi doğuş sonrası seks şirniyyat ve tortlar kosmetika məsəllər aybawi ağır itki hakışta narin faydasi