Sink koronavirusla mübarizədə necə kömək edir? - Endokrinoloqdan vacib tövsiyələr

Sink koronavirusla mübarizədə necə kömək edir? - Endokrinoloqdan vacib tövsiyələrSink koronavirusun çoxalmasına maneə yaradan yeganə metaldır. Onun COVID-19-un müalicəsində əksər hallarda digər dərman və ya əlavələrlə istifadəsinə dair 30-dan çox tədqiqat var.
Milli.Az bildirir ki, həkim-endokrinoloq Aysel Zeynalova media.az-a bu barədə danışıb.
"Koronavirusda sinkə ikiqat önəm veririk. Birincisi, sink immunitet sistemimizi dəstəkləyən vacib mikroelementdir. O, yoluxucu proseslərə həssaslığı azaldır və eyni zamanda xəstəliyin müddətini qısaldır. İkincisi, sink qoxu və dadbilmə hisslərinin qorunmasında iştirak edir. COVID-19-un ümumi əlamətlərindən biri də onların itkisidir, buna görə də sinkin onların bərpa olunmasında rolu böyükdür".
Həkimin sözlərinə görə, sink çatışmazlığı saç tökülməsinə, yaraların gec sağalmasına, sızanaqlara, zəif qoxu hissinə, impotentliyə və əsas da immunitetin zəifləməsinə səbəb olur.
Endokrinoloq qeyd edib ki, vətəndaşlarımızın çoxu ət yeməyi sevirlər və sink ən yaxşı heyvan qidalarından sorulur. Buna görə də, onun çatışmazlığı əsasən bizim üçün xarakterik deyil:
"Vegeterianlarda bitki mənşəli qidalardan sink az sorulduğundan, veqanlarda pəhrizdə heyvan məhsullarının tamamilə olmamasından və müntəzəm olaraq dieta saxlayanlarda sink çatışmazlığı müşahidə edilir".
Həkim sink çatışmazlığının özünü hansı hallarla göstərməsindən də bəhs edib:
"Bəzi insanlar daim soyuqdəymə ilə qarşılaşır, bəzilərinin qəfildən saçları tökməyə başlayır, bəzilərində isə ümumiyyətlə heç bir simptom olmaya bilər. Yeri gəlmişkən, uşaqlarda bu böyümənin ləngiməsində özünü biruzə verir".
Həkim qeyd edib ki, sinki profilaktik dozalarda kişilər 11 mq, qadınlar 8 mq, uşaqlar yaşından asılı olaraq 2-8 mq, veqanlar isə - 12-16 mq qəbul edə bilərlər.
O, ətin, dəniz məhsullarının sinklə zəngin olduğunu bildirib.
"Sink, dəmir və mis dediyimiz kimi sorulma uğrunda davamlı mübarizə içərisindədir. Bu mikroelementlərdən biri daha çoxdursa, qalanları daha az dərəcədə sorulur. Beləliklə, uzun müddətli sink istehlakı ilə mis və dəmirin sorulması azalır, bu da immunitetin azalmasına və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bundan əlavə, həddindən artıq dozada qəbul ürək bulanması, ishal, qarın ağrısı və ağızdakı metal dadı verə bilir", - deyə həkim vurğulayib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1113   Tarix: 01 yanvar 2021
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Orqanizmdə iltihabı azaldan 7 qida

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir. -a istinadən xəbər verir ki, diyetoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

turlar.az

sonxeber.az yay kolleksiyasi makiyaj instagram sac duzumleri salatlarin hazirlanmasi marqarita pizza qadin dunyasi 2024 baliq qulagi kosmetika narin faydasi tərəzi bürcü yuxuda qara ilan gormek uşaq şeirləri kökəlmək üçün