Süd vəzi xərçənginin gizli ƏLAMƏTLƏRİ

Süd vəzi xərçənginin gizli ƏLAMƏTLƏRİSüd vəzi xərçənginin qadınlar arasında onkoloji xəstəliklər sırasında birinci yeri tutduğu hər kəsə məlumdur. Bu xəstəliyin müəyyən mərhələyədək gilzi inkişaf etdiyi, hətta ağırlaşana qədər heç bir əlamət vermədiyi bildirilir. Ona görə də mütəxəssislər qadınları mütəmadi olaraq süd vəzi müayinələrindən keçməyə çağırırlar. Bununla yanaşı süd vəzi xərçənginin gizli əlamətləri barədə də hər kəsin xəbərdar olmasının vacibliyi vurğulanır.  
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, döş xərçənginin gizli simptomlarla inkişaf edə biləcəyini söyləyən Türkiyədən olan onkoloji cərrahiyyə mütəxəssisi İsmail Özsan qadınlara diqqət etmələri lazım olan simptomlar və şikayətlər barədə xəbərdarlıq edib. Göğüste çukurlaşma meme kanseri açısından önemli bir belirtidir. Çukurlar, genellikle tümörün deriyi çekmesinden kaynaklanır ve önemli bir habercidir.
Onun sözlərinə görə, sinə içində çuxurun yaranması çox vacib bir simptomdur. Çuxurlar ümumiyyətlə, şişin dərini çəkməsindən qaynaqlanan vacib bir xəbərçidir. Döş xərçəngi xəstələrində döş giləsində geri çəkilmələr olur. Əgər döş ucu çəkilibsə, müdaxilə ilə çıxmırsa, xərçəngdən şübhələnmək lazımdır.
Döş dərisinin portağal qabığı görünüşü də vacib bir əlamətdir. Bu vəziyyətdə döş xərçənginin irəlilədiyini söyləmək mümkündür.
Döş ətrafında qırmızı səpmələr
Sinədə, süd vəzi ətrafında qırmızı, pullu səpgilər də ciddi qəbul edilməlidir. Əlbəttə ki, bu səpmələrin başqa bir səbəbi də ola bilər, ancaq səpmə bir neçə həftəyə keçməzsə, bir mütəxəssisə göstərilməlidir.
Qırmızı, şişmiş və həssas döşlər iltihablı döş xərçəngi əlamətlərindəndir. Başqa bir simptom süd vəzindən axıntı hesab olunur. Axıntı açıq rəngli və ya qan rənglindədirsə, dərhal mütəxəssisə müraciət edilməlidir.
Mütəxəssis bildirib ki, genetik olaraq keçən və ya ailəvi olan döş xərçəngləri bütün döş xərçənglərinin 15 faizini təşkil edir. Türkiyədə hər 22 qadından birində döş xərçəngi aşkarlanır. Döş xərçəngi diaqnozu qoyulan hər 6 qadından birinin yaşı 40-dan azdır.
Qeyd edək ki, hər ilin oktyabr ayında süd vəzi xərçəngi ilə mübarizə aylığı keçirilir. Aylığın keçirilməsi hər il oktyabrın 15-də dünyanın bir çox ölkəsində qeyd olunan Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizənin Günü ilə bağlıdır. Bu tədbirlərin keçirilməsini ilk dəfə 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfinfən elan olunub.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1085   Tarix: 18 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Bunu edin, 15 saniyəyə ürəyinizin sağlamlığını öyrənin

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Yerkökü xərçəng riskini azalda bilər

Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.   -a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizin

.

Qəbizliyi dərhal aradan qaldıran tərəvəz

Qəbizlik geniş yayılan və haqqında çox danışılmayan bir problemdir. Bu problem çox vaxt həyat keyfiyyətini aşağı salır və insanı narahat hiss etdirir. Uzun müddət davam etdikdə isə xroniki hal ala bilər. Ona görə də qəbizliy

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI

Baylor Tibb Kollecindən (ABŞ) dietoloq Roberta Andinqin sözlərinə görə, yatmazdan əvvəl qəbul edilən zəngin qidalar və kofeinli içkilər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüngül bir şa

turlar.az

sonxeber.az yay geyimləri 2024 sac duzumleri geyim seçimi vegetativ sinir sistemi cennet almasindan murebbe hamiləlik və doğuş qizliq perdesinin berpasi kosmetika əqrəb hakiwda novruza aid hakisdalar statuslar qu quşu