Süni tənəffüs aparatı: Üstünlükləri və riskləri

Süni tənəffüs aparatı: Üstünlükləri və riskləriSon zamanlarda tibbi avadanlıqlarla heç vaxt maraqlanmayanlar belə ağciyərin süni ventilyasiya (ASV) aparatı haqqında tez-tez eşidir, danışırlar. Koronavirus pandemiyası elə bir vəziyyət yaratdı ki, mexaniki ventilyasiya on minlərlə insanı COVID-19-dan xilas etmək üçün yeganə ümid oldu. Bununla yanaşı, mexaniki ventilyasiyadan keçən bəzi insanlar həyatını itirib, bəziləri isə yeməyi, danışmağı və hətta nəfəs almağı yenidən öyrənməli olublar.
Süni ventilyasiya nədir və nə üçün lazımdır?
ASV aparatı xəstənin qanını oksigenləşdirmək və karbondioksidi ağciyərdən çıxarmaq üçün oksigen və sıxılmış quru havanı xəstənin ağ ciyərlərinə məcburi ötürən  bir tibbi cihazdır. Bəs bu nəyə lazımdır və xəstə niyə özü nəfəs ala bilmir?
Normal nəfəs alma zamanı  oksigen nəfəs borusu ilə ağ ciyərlərimizin  600 milyon ən kiçik  alveollarına daxil olur, bunlar vasitəsilə qana sorulur və bədəndə bütün orqanlara aparılır.
Koronavirus infeksiyasına yoluxma ilə bu proses dəyişikliyə uğrayır. COVID-19-un səbəb olduğu iltihab bu sistemi sanki seliklə bağlayır onun işini pozur. Yoluxmuş hüceyrələr fəaliyyətini dayandırır və bu hal  isə suda  boğulmağa bənzəyir. Bundan əlavə, xəstənin ciyərlərində virusa qarşı immunitet  "savaşı" başlayır. Nyu York Universitetinin Langon Tibb Mərkəzinin dosenti Xristofer Petrilli bunu belə izah edir:
"Bədən infeksiya ilə mübarizə aparmaq üçün mümkün qədər çox immun hüceyrə cəlb etməyə çalışır. Yoluxmuş hüceyrələri effektiv şəkildə məhv edir, eyni zamanda sağlam hüceyrələrə də zərər verə bilirlər".
Nəhayət, koronavirusa yoluxmuş insanların ciyərləri qanı immunitet sistemini dəstəkləmək üçün kifayət qədər oksigen ilə doydura bilmir. Və bu anda  ASV  apartına ehtiyac duyulur.
ASV aparatı  həyatı xilas edir, yoxsa sağlamlığı təhdid edir?
ASV aparatı ilə xilas olan insanlar üçün ən qorxulu anlardan biri traxeal intubasiya prosesidir. Bu zaman tənəffüs yolunun keçiriciliyini təmin etmək üçün nəfəs borusuna xüsusi bir boru daxil edilir və o ağ ciyərə çatdırılır. Həkimlərin sözlərinə görə, bu proses ağrıkəsici və yuxu dərmanı isitfadə etməklə icra olunur. Bu proses, sağlamlıq üçün bir iz qoymadan keçə bilərmi? Mütəxəssislər bu suala "yox" cavabı verirlər.
ASV-nın  görünməz tərəfləri nədir?
1. Mexaniki ventilyasiya ilə qarşılaşan və sağ qalan bir çox xəstələr çox zəif olurlar. Bəziləri yemək bişirmək, üz qırxmaq, duş qəbul etmək kimi adi qabiliyyvələrini itirə və hətta yataq xəstəsi ola  bilərlər.
"Associated Press"-də yayılıan bir məlumata görə, statiisitka göstərir ki, aparatlara qoşulan xəstələrin üçdə ikisindən çoxu həyatını itirir.
2. Tənəffüs aparatına qoşulan xəstələr sedativ (ağrıkəsici və yuxu həbləri) qəbul edirlər. Kaliforniya Universiteti Ağciyər xəstəlikləri və təcili yardım şöbəsinin müdiri Riçard Liyə görə, bu, süni ventilyasiya əzələ tonusunun və gücünün azalmasına gətirib çıxarır və eyni zamanda xəstəxanada başqa bir infeksiyaya yoluxma riskini artırır. Kliveland Xəstəxanasının reanimasiya şöbəsinin müdiri isə deyib ki, bəzi xəstələr mexaniki ventilyasiyadan sonra hərəkət etmə qabiliyyətlərini itirirlər: bəziləri iflic olmuş kimi davranırlar, əzələləri çətinliklə hərəkət edir.
3. Nəfəs almağa cavabdeh olan əzələlər, ASV aparatına qoşulduqdan sonra bir neçə saat ərzində atrofiyaya uğrayır. Və ölüm riski ASV apartından ayrıldıqdan sonra, xəstənin süni havalandırmaya neçə gün möhtac qalmasından asılı olaraq, ən azı bir il ərzində orta səviyyədən yuxarı olur.
ASV aparatının  görünməz tərəfləri və sonda özünü göstərə biləcək nəticələr hansılardır?
Alimlər bildirir ki, ASV aparatı həqiqətən bir çox insanın həyatını xilas edir: Bu aparat insanları koronavirus infeksiyasının ağır fəsadlarından qurtara bilir, ancaq aparatdan ayrıdıqdan  sonra bəziləri heç vaxt sağalmır.
Nyu-Cersidəki Robert Wood Johnson Universiteti Xəstəxanasının reanimasiya şöbəsinin baş həkimi Maykl  Rodriks bildirib ki, bu aparata qoşulandan, sağalandan sonra bir çoxları danışmağı, gəzməyi və udmağı yenidən öyrənməli olur.
Bundan əlavə, bu cür insanların həyat keyfiyyətinin ciddi şəkildə aşağı düşməsi ehtimalı var: insanların əvvəlki işlərinə qayıtması, özlərinə xidmət etmələri və tək yaşamaları çətin olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1108   Tarix: 24 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

turlar.az

sonxeber.az geyim və ayaqqabılar həkim məsləhəti reseptler bayatilar xinayaxdi ucun ayaqqabi ve cantalar qaşların formalari kelem tutmasinin hazirlanmasi kosmetika hekaye janri terezi bakire badambura cantalar