TƏBİB qızılcaya görə hərəkətə keçdi - Xəstəxanalar hazır vəziyyətə gətirildi

TƏBİB qızılcaya görə hərəkətə keçdi - Xəstəxanalar hazır vəziyyətə gətirildiHazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılmışdır. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar. 
Milli.Az xəbər verir ki, bu barədə qızılca ilə bağlı ölkədəki vəziyyəti şərh edərək TƏBİB-dən bildiriblər.
Qurumun məlumatına görə, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. "Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir".
Məlumatda, həmçinin bildirilir ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir.
"Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur.
Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır.
Qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır", - deyə TƏBİB-in məlumatında bildirilir. 
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 683   Tarix: 30 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Arıqlamağa kömək edən YEGANƏ MƏHSUL

Mütəxəssislər arıqlamağın yeganə yolunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, kilo vermək üçün 50:50 deyilən qaydaya əməl etməlidir. . Karbohidratların səviyyəsini gündə 50 q-dan aşağı saxlamaq lazımdır, lakin zülalları

.

Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?

"Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". -a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib. O bildirib ki, spirt - tərkibində etanol ola

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

.

Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI

Baylor Tibb Kollecindən (ABŞ) dietoloq Roberta Andinqin sözlərinə görə, yatmazdan əvvəl qəbul edilən zəngin qidalar və kofeinli içkilər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüngül bir şa

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Dönər alarkən bunlara diqqət etmək lazımdır

Dönər alarkən vətəndaşların diqqət etməli olduğu məqamlar açıqlanıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. Dönər alarkən aşağıdakılara diqqət edilməlidir:. -Qida təhlükəsizliy

.

Xiyar bitkisinin kifdən təmizlənməsi ÜSULLARI

Xiyar bitkisinin kiflənməyi bir çoxları üçün problemdir. .   -a istinadən xəbər verir ki, kiflənmə məhsula ziyan verməklə yanaşı, sağlamlıq baxımından da təhlükəlidir. Kiflənmənin yaranması hava şəraiti ilə bağlıdır. . Bun

turlar.az

sonxeber.az gozel gorunmek adlarin menasi geyim dəbləri hamiləlikdən sonra öd daşı intim hekayələr hamiləlik dövrü kosmetika anabaci novruz hakisdalari ekizler novruz bayramina aid hakista qiz evi haxista