Təbii möcüzə: balqabaq tumunun faydaları

Təbii möcüzə: balqabaq tumunun faydalarıBalqabaq qədim bostan bitkilərindəndir və ondan hazırlanan təamlar milli mətbəximizin ləziz yeməklərindən hesab olunur. Əsasən, öz buğunda bişirilir, ya da qovrulur. Ondan mürəbbə, marmelad və salatlar da hazırlamaq olur. Balqabağın toxumları da müalicəvi xüsusiyyətə malikdir. Balqabaq yeməyi sevməyənlər onun orqanizmə olan faydalarını, xəstəliklərə güclü müalicəvi təsirini bilsələr, ondan yan keçməyəcəklər.
Xanim.az Publika.az-a istinadən balqabaq tumunu faydalarını təqdim edir:
Tərkibi bir çox vitaminlərlə zəngin olan balqabaq tumu kalsium, sink, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngindir.
İçində sümüklər və iştaha üçün əhəmiyyətli maddə - sink var. Bir stəkan balqabaq tumu gündəlik sink, dəmir və E vitamini ehtiyacımızın hamısını, yarım stəkan balqabaq tumu isə gündəlik maqnezium ehtiyacımızı təmin edir və əzələləri möhkəmləndirir. Tərkibi sinklə zəngin olan balqabaq tumu immun sistemini gücləndirir və virusların orqanizmə daxil olmasının qarşısını alaraq soyuqdəymədən qoruyur. Soyuq qış günlərində xəstəliklərdən qorunmaq üçün balqabaq tumunu qatıqla və ya salata qarışdıraraq yemək olar. Tərkibindəki maqnezium infarkt və iflic kimi xəstəliklərin də qarşısını alır.
Balqabaq tumu beyin sağlamlığı üçün çox əhəmiyyətlidir. Bir ovuc balqabaq tumu gündəlik sink ehtiyacını ödəyir, yaddaşı gücləndirir. Omeqa-3 və Omeqa-6 beyin funksiyalarının fəaliyyətinə kömək edir. Zehni inkişafa müsbət təsir edir.
Tərkibində fosfor var. Fosfor sümük inkişafına kömək olur, böyrək funksiyalarını yaxşılaşdırır.
Balqabaq tumunda olan E vitamini yaşlanmanı gecikdirir, dərinin elastikliyini bərpa edir.
İltihablara yaxşı təsir edir.
Qəbizlik problemini aradan qaldırır.
Mədə və ürək bulantısını götürür.
Bağırsaq qurdlarını tökməyə kömək edir. Uzun illərdir ki, parazitləri məhv etmək üçün balqabaq tumundan istifadə edilir.
Balqabaq tumundakı karotenoid və Omeqa-3 yağları prostat xərçəngi riskinin azalmasına kömək edir.
Oynaqların iltihabının müalicəsində müsbət təsir göstərir.
Ürək-damar sağlamlığına yaxşı təsir edir.
Balqabaq tumu həm çərəz kimi, həm də salatlara, çörək növlərinə əlavə edilə bilər. Amma istehlak edərkən çox duzlu, qovrulmuş olmamasına və miqdarına diqqət etmək lazımdır.
Bəzi kişilərdə sonsuzluq və ya hormonal problemlər olduğundan cinsi münasibət qura bilmirlər. Bu reseptlə cinsi zəiflik problemini aradan qaldıra bilərlər.
Lazım olanlar:
1 st bal
1 xörək qaşığı təmizlənmiş çiy balqabaq tumu
1 xörək qaşığı təmizlənmiş çiy günəbaxan tumu
1 xörək qaşığı təmizlənmiş qoz ləpəsi
1 xörək qaşığı təmizlənmiş fındıq ləpəsi
Bir az zəfəran, darçın, qara bibər
Bunlarım hamısı yaxşıca əzilib bala qarışdırılır. Səhər acqarına, axşam yatmazdan əvvəl bir çay qaşığı udulur. Həmin qarışıq, hətta sperma sayını artırır, hissiyyatı gücləndirir və sonsuzluğu aradan qaldırır.
Onu da vurğulamaq lazımdır ki, balqabaq tumundan əldə edilən yağ da faydalı xüsusiyyətlərə malikdir.

Xəbərlər     Baxılıb: 2133   Tarix: 11 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?

"Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". -a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib. O bildirib ki, spirt - tərkibində etanol ola

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Bunu edin, 15 saniyəyə ürəyinizin sağlamlığını öyrənin

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Doşaba 1 qaşıq bu ədviyyatdan əlavə edin və... – Enerji içkilərinə ehtiyac qalmayacaq

Doşab və zəncəfil insan sağlamlığı üçün faydalı qidalar arasındadır.   -a istinadən xəbər verir ki, şəfa mənbəyi olaraq görülən bu iki qida qarışdırılaraq dərman kimi də istehlak edilə bilər. Onlardan əldə edilən qarışı

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

turlar.az

sonxeber.az makiyaj instagram gözəllik məhsulları kosmetoloq yaz yay 2024 vaginal təmizlik intim hekayələr kişi sağlamlığı kosmetika azerbaycan layla burclər pizza nagillar