Toya hazırlaşan xanımlar 3 günə arıqlayacaq - GƏLİNLİK PƏHRİZİ

Toya hazırlaşan xanımlar 3 günə arıqlayacaq - GƏLİNLİK PƏHRİZİYayın gəlməsiylə birlikdə toy mövsümü də başlayır. Gənc qızların xəyalını qurduğu bu xüsusi gündə qüsursuz görünmək istəmələri təbii haqlarıdır. Qızlar istədiyi və seçdiyi gəlinlik paltarlarının əyinlərində gözəl və incə görünməsi üçün ciddi pəhrizlər saxlamaq məcburiyyətində qalırlar. Lakin elə etmək lazımdır ki, toy günü üzünüzdə yorğunluq və aclıq hiss olunmasın. Əgər bədəninizdən taqət getsə, etdiyiniz makiyaj da üzünüzə hopmayacaq, saçlarınız də istədiyiniz düzülüşə girməyəcək. Elə isə, gəlinlər necə qidalanmalı və hansı pəhrizlərə müraciət etməlidirlər?Qadinsayti.az Aile.lent.az-a istinadən sizi türkiyəli dietoloq Aişə Tuğba Şengelin təqdim etdiyi gəlinlik pəhrizi ilə tanış edir. 3 gün bu cür qidalanmaqla arzu etdiyiniz nəticə əldə edə bilərsiniz.
İlk növbədə bu pəhrizdə 5 məqama diqqət etmək vacibdir. Gəlinlər nə qədər sağlam qidalanarlarsa, toy günü də özlərini o qədər yüngül hiss edər və qüsursuz görünərlər: "Toy hazırlıqları ərəfəsindəki qaçhaqaç gəlinlərin toydan əvvəl fiziki fəaliyyətinin artmasına kömək olur. Gərgin keçən bu günlərdə qarşınıza çıxan çətinlikləri isə kiçik bir davranış dəyişikliyi ilə öz xeyrinizə çevirə bilərsiniz. Düz bir qarın və incə belin əslində xəyal olmadığını görəcəksiniz".
Bunun üçün...
1. Konservləşdirilmiş və çox duzlu məhsullardan uzaq dayanın. Duzlu qidalar yesəniz, bədəndə su tutumu çox olar. Bu səbəbdən şiş meydana gələr, şişmiş qarın və bədən isə toy günü gəlini narahat edəcək.
2. Sadə karbohidrat yeməyə çəkinməyin. Çünki keyfiyyətsiz karbohidratlar şəkər tarazlığının pozulmasına səbəb olur, insan özünü halsız və yorğun hiss edər. Toydan əvvəl daha çox enerji verən zülal qrupundan olan qidalar yemək daha doğrudur.
3. Qaz yaradan qurupaxlalılar, turş və qazlı içkilər, yağlı yeməklərdən mütləq uzaq dayanın.
4.Su içməyi artırın. Toy təlaşı içərisində hiss etdiyiniz susuzluq və aclıq qarışdırıla bilər. Yemək yerinə mütləq su içməyə yönəlin. Su içməsəniz, halsız və yorğun olarsınız.
5.Toydan əvvəl stress və həyəcanla bağlı olaraq qəbizlik və şiş meydana gələ bilər. Bitki çayları içərək, stressinizi azalda bilərsiniz. Qəbizlik və şişin qarşısını almaq üçün gilas saplağı və bibəriyə dəmləyib içə bilərsiniz.
Toydan əvvəl edə biləcəyiniz 3 günlük gəlinlik pəhrizi
1-ci gün
Yuxudan oyandıqda: 1 stəkan su + 2 dənə quru ərik
Saat 09:00: 1 qaynanmış yumurta, 1 dilim proteinsiz çörək
Saat 10:30: 2 incə dilim ananas, 2 ədəd qoz
Saat 13:00: 120 qram yağsız qızardılmış mal əti, 1 kasa kələm şorbası
Saat 15:30: 1 ədəd kivi, 6 ədəd çiy badam
Saat 19:00: 1 kasa qatıq, 10 qaşıq balqabaq yeməyi
Saat 21:00: 10 dənə çiyələk, 6 ədəd çiy fındıq
2-ci gün
Oyandıqda: 1 stəkan su + 2 dənə quru ərik
Saat 09:00: 1 dilim pendir (az yağlı), 6 ədəd duzsuz zeytun, 1 dilim proteinsiz çörək
Saat 10:30: 10 ədəd təzə ərik, 2 ədəd qoz
Saat 13:00: 120 qram yağsız qaynatma toyuq, 1 kasa az yağlı qatıq
Saat 15:30: 1 dilim pendir, 1 dənə çubuq suxari
Saat 19:00: 12 yemək qaşığı ispanaq yeməyi, 1 kasa az yağlı qatıq
Saat 21:00: 2 incə dilim ananas, 6 ədəd çiy fındıq
3-cü gün
Oyandıqda: 1 stəkan su, 2 ədəd quru ərik
Saat 09:00: 1 qaynatma yumurta, 1 dilim özü pulsuz çörək
Saat 10:30: 1 ədəd kivi, 6 ədəd çiy badam
Saat 13:00: 12 yemək qaşığı pərpətöyün, 1 dilim proteinsiz çörək
Saat 15:30: 10 ədəd çiyələk, 2 ədəd qoz
Saat 19:00: 12 yemək qaşığı ispanaq, 1 kasa az yağlı qatıq
Saat 21:00: 1 kiçik boy alma və ya 2 incə dilim ananas

Gözəllik və Moda     Baxılıb: 3859   Tarix: 25 iyun 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

.

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikd

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

turlar.az

sonxeber.az aksessuarlar toy gecesi kosmetik vasiteler gavalının faydaları dəridə ləklər plovlar valideyn ovlad munasibetleri kosmetika novruz bayramina aid hakisdalar ekizler turpun nağlı xanim.az kokelmek