Turşu hansı hallarda zəhərləyib öldürür?

Turşu hansı hallarda zəhərləyib öldürür?Füzulidə noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə "Kliniki Tibbi Mərkəz"ə gətirilən 2011-ci il təvəllüdlü Aytac Mirzəyeva bu gün Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb.
Milli.Az xəbər verir ki, hazırda reanimasiyada olan Aytac Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.
Bəs görəsən turşu məhsulları hansı hallarda zəhərlənmələrə səbəb olur?
Mütəxəssis-terapevt Ayan Ağayevanın sözlərinə görə, turşu qoyulan zaman müəyyən preparatlardan istifadə edilir ki, bu da zəhərlənmələrə səbəb olur: "Bəzi turşuların tərkibinə qatılan dərman vasitələri və ya kimyəvi vasitələr zəhərlənməyə səbəb ola bilər. Bəziləri turşu bağlayarkən ona cıtramon, aspirin, tetrackilin və s. dərmanlar qatırlar ki, guya belə olanda turşu atmır. Bu dərmanların təsirindən də zəhərlənmə baş verir. Bunun səbəbi isə dərman və turşuya qatılan maddələrin bir-biri ilə reaksiyaya girməsidir".
Vətəndaşların turşu məhsullarını ən çox aldığı "8-ci km bazar"ına yollandıq. Lüba Qəhrəmanova uzun illərdir ki, bazarda turşu satır. Deyir ki, turşu düzgün tutularsa, heç bir zaman zəhərlənməyə səbəb olmaz: "Bizim bu açıq vəziyyətdə satılan məhsulları taxta qablarda saxlayırıq. Açıq məhsulların qorxusu olmur. Zəhərlənmə adətən bağlı bankalarda olur. Duz az olanda turşu xarab olur. Biz açıq məhsula "iksus" tökmürük. Açıq məhsulda duz azlığı məhsulun xarab olmasına gətirib çıxarır. O zaman da həmin məhsul atılmalıdır".
Uzun illərdir özü üçün turşu hazırlayan, həm də bazardan turşu məhsullarını mütəmadi alan Təranə Hüseynova deyir ki, turşu hazırlayan zaman ilk növbədə təmizlik önəmlidir. Əgər hər hansı məhsulda bakteriya qalıbsa, o məhsuldan istifadə etmək düzgün deyil. Günəş şüalarına məruz qalan turşudan istifadə də, insan sağlamlığında fəsadlara yol aça bilər: "Qablar qaynar su ilə sterilizasiya olunmalıdır. Meyvələr və qapaqlar da. Hazırlanan zaman diqqət olunmalıdır ki, meyvələrin suyu çəkildikdən sonra qablara yığılsın".
Baş toksikoloq Azər Maqsudov deyir ki, qida zəhərlənmələri zamanı "botulizm" adı verilən infeksiya növü yaranır ki, bu da ölümə belə səbəb ola bilər. Bu tip zəhərlənmələrin isə özünəməxsus əlamətləri var: "Baş ağrıları, ürək bulanma, qusma, qarın nahiyəsində ağrılar və qızdırma müşahidə oluna bilər. Getdikcə bu vəziyyət daha da ağırlaşır və beyndə nevroloji simptomlar əmələ gəlir. Bu zaman xəstə huşunu itirir. Ona həmin vaxt zərdab vurulmasa, vəziyyəti daha da pis ola bilər".
Həkimin sözlərinə görə, zəhərlənmə zamanı vətəndaşlar ev şəraitində heç bir şey qəbul etməməlidir. Dərmanı isə yalnız həkim məsləhəti əsasında qəbul etməlidirlər.
Xatırladaq ki, Turşudan zəhərlənən Füzuli rayon sakinləri Ricay Mirzəyev və onun qızı Aytac Mirzəyeva noyabrın 12-də rayonun mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilmişdi. "Kliniki Tibbi Mərkəz"ə yerləşdirilən xəstələrdən biri, Ricay Mirzəyevin həyatını xilas etmək mümkün olmamışdı. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1003   Tarix: 17 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

turlar.az

sonxeber.az sade makiyaj sekilleri makiyaj instagram kosmetoloq baliqqulagi kontrasepsiya və abort dondurmalar hakista xina yaxdi sozleri kosmetika novruz hakışdaları azerbaycan novruz bayramina aid hakisdalar bürcler sac duzumleri