"Tütünçəkmə epidemioloji hal almış bir xəstəlikdir"

Tütünçəkmə bütün dünyada və ölkəmizdə geniş yayılıb. Hər il tütün məhsullarından istifadə edənlərin sayı artır, ələlxüsus da qadın və uşaqlar arasında artım tendensiyası var. Digər ölkələrə nisbətən Azərbaycanda qadınlar arasında tütünçəkmə az olsa da, yenə də artım hiss olunur.
Milli.Az xəbər verir ki, Elmi-Tədqiqat və Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri, pulmonoloq Sevda Mustafayeva deyib.
Pulmonoloq bildirib ki, əvvəllər tütünçəkməyə zərərli vərdiş kimi baxılırdı, son illər Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, tütünçəkmə epidemioloji hal almış bir xəstəlikdir. Tütün məhsulları çəkməyə vərdiş edənlər çox çətinliklə ondan canını qurtara bilirlər. Hətta araşdırmalara görə, tütün məhsulları bəzi narkotik vasitələrdən daha çox psixoloji asılılıq yarada bilir. Statistikaya görə, dünyada kişilərin üçdəbir hissəsi siqaret çəkir. Onların 66 faizi siqaret çəkməyə 18 yaşına qədər başlayıb. Daha erkən yaşlarda, siqaretin gələcəkdə hansı fəsadlar törədəcəyini anlamadan ondan istifadə etməyə başlayanlar zamanla buna vərdiş edirlər və nəticədə psixoloji və fiziki asılılıq yaranır.
"Tütün məhsulları çəkən xəstələrdə ciddi dəyişikliklər görürük, daha çox bərpa olunmayan, geri dönməyən, ağır fəsadlara gətirən hallarla qarşılaşırıq. Ümumiyyətlə, siqaretçəkmə bir çox orqan və sistemlərdə ciddi problemlər yaradır. Lakin tənəffüs orqanlarına daha ciddi təsir göstərir. Bunlara ağciyərlərin xroniki obstruktiv xəstəliyi, xroniki bronxit, ağciyərlərin emfizeması, ağciyərlərin xərçəngini misal göstərə bilərik. Uzun müddət siqaret çəkən insanlarda yaş və tütünçəkmə müddəti artdıqca, problemlər çoxalır, xəstəliklər ağırlaşır. Yaş çox olduqda xəstəlik də ağır keçir. Yaşlılarda xərçəng riski artır. Ağciyər xərçəngi aşkarlanan xəstəyə verdiyimiz ilk suallardan biri "tütün məhsullarından istifadə edirsinizmi?"dir. Əksər hallarda xəstəliyin əsasında siqaretçəkmə dayanır. Tütündən istifadə edən şəxs onu tərgidəndən sonra sadalanan xəstəliklərin riski azala bilər. Siqareti tərgitmək heç zaman gec deyil. Ondan nə qədər tez imtina olunsa, xeyri bir o qədər çox olar. Burada həkimin də üzərinə böyük məsuliyyət düşür ki, xəstəni bunu bacaracağına inandırsın. Həmin şəxslərə, xüsusilə də uzun müddət istifadə edənlərə siqaretdən ayrılmaq çox çətindir. Lakin hansı xəstə ki, siqaretdən imtina edir, bir müddətdən sonra o, müsbət effekti özü də görür. Siqaretçəkmədən ayrılandan sonra bir il ərzində təngnəfəslik, öskürək azalır, beş il ərzində bronxların selikli qişası yavaş-yavaş bərpa olunur, on ildən sonra xərçəng riski siqaret çəkməyənlərin riski səviyyəsinə enir, on beş ildən sonra ölüm riskinin 50 faiz azalır", - deyə şöbə müdiri qeyd edib.
S.Mustafayevanın sözlərinə görə, passiv tütünçəkmənin özü də ciddi bir problemdir. Hər il dünyada 6 milyona yaxın insan tütünçəkmə səbəbindən yaranmış problemlərlə əlaqədar olaraq dünyasını dəyişir. Onların 5 milyonu aktiv, 600 mindən çoxu passiv tütün məhsulları istifadəçisidir. Passiv istifadəçilər siqaret çəkməsələr də, ətraflarında qəbul edən insanların sayəsində həmin tüstünü udurlar, nəfəs yollarına gedir və zədələyici təsirini göstərir. Passiv tütünçəkmə də ağciyər xərçənginə, ağciyərlərin xroniki obstruktiv xəstəliyinə, bronxitlərə səbəb ola bilər. Bu, o deməkdir ki, passiv tütünçəkmə zərərli təsirlərinə görə heç də aktiv tütünçəkmədən geri qalmır.
Pulmonoloq qeyd edib ki, tütünçəkmənin mənfi təsirlərinin üzə çıxması onun nə dərəcədə, neçə müddət qəbul olunmasından asılıdır: "Orqanizmin cavab reaksiyası bəzilərində daha gec, bir qismində isə daha tez ola bilər. Bu da individualdır və təkcə immun sistemi ilə deyil, bəzən genetik amillərlə, siqaretin çəkilmə miqdarına, yaşayış tərzinə bağlıdır. Bunu bilmək vacibdir ki, tütün məhsullarından istifadə gec ya tez mənfi təsirini göstərir.
Tütünçəkmə statistikasını azaltmaq üçün bir neçə amilə diqqət yetirmək lazımdır. Evdə valideynlər övladları ilə bu barədə söhbət etməli, məktəbdə profilaktik tədbirlər və dövlətin apardığı maarifləndirmə işləri davam etməlidir. Ölkəmizdə tütün məhsullarının reklamı qadağan olunub. Bu təbii ki, müsbət təsir göstərəcək və hətta göstərir də. Əgər uşaq evdə valideynlərindən ən azı birinin, evdən kənarda isə həmyaşıdlarının siqaret çəkdiyini görürsə, onlardan nümunə götürür. Məktəblərdə müəllimlərin üzərinə məsuliyyət düşür ki, tütünçəkmənin fəsadları haqqında məktəblilərlə ətraflı danışsınlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 892   Tarix: 09 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri aprel ayında 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.   -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) so

.

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA

Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.   -a istinadən xəbə

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

.

Nanə çayının faydaları nələrdir?

Özünəməxsus aroması olan nanə həm çay kimi, həm də yeməklərdə ədviyyat kimi istifadə oluna bilən ətirli bir bitkidir. Bu bitkidən adətən çay kimi də istifadə olunur. -ə istinadən bildirir ki, nanə çayının faydalarını açıqlanıb

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

turlar.az

sonxeber.az kosmetoloq qaşların formalari reseptler otaq dizaynları kolbasa hazirlanmasi qadın hüquqları psixoloji məsləhətlər kosmetika novruz hakışdaları oyunlar atalar sözləri baldiz xerceng