Tütünçəkmə epidemioloji hal almış bir xəstəlikdir - Pulmonoloq

Tütünçəkmə epidemioloji hal almış bir xəstəlikdir - PulmonoloqTütünçəkmə bütün dünyada və ölkəmizdə geniş yayılıb. Hər il tütün məhsullarından istifadə edənlərin sayı artır, ələlxüsus da qadın və uşaqlar arasında artım tendensiyası var. Digər ölkələrə nisbətən Azərbaycanda qadınlar arasında tütünçəkmə az olsa da, yenə də artım hiss olunur.
Milli.Az aztibb.az-a istinadən bildirir ki, Elmi-Tədqiqat və Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri, pulmonoloq Sevda Mustafayeva deyib.
Pulmonoloq bildirib ki, əvvəllər tütünçəkməyə zərərli vərdiş kimi baxılırdı, son illər Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, tütünçəkmə epidemioloji hal almış bir xəstəlikdir. Tütün məhsulları çəkməyə vərdiş edənlər çox çətinliklə ondan canını qurtara bilirlər. Hətta araşdırmalara görə, tütün məhsulları bəzi narkotik vasitələrdən daha çox psixoloji asılılıq yarada bilir. Statistikaya görə, dünyada kişilərin üçdəbir hissəsi siqaret çəkir. Onların 66 faizi siqaret çəkməyə 18 yaşına qədər başlayıb. Daha erkən yaşlarda, siqaretin gələcəkdə hansı fəsadlar törədəcəyini anlamadan ondan istifadə etməyə başlayanlar zamanla buna vərdiş edirlər və nəticədə psixoloji və fiziki asılılıq yaranır.
"Tütün məhsulları çəkən xəstələrdə ciddi dəyişikliklər görürük, daha çox bərpa olunmayan, geri dönməyən, ağır fəsadlara gətirən hallarla qarşılaşırıq. Ümumiyyətlə, siqaretçəkmə bir çox orqan və sistemlərdə ciddi problemlər yaradır. Lakin tənəffüs orqanlarına daha ciddi təsir göstərir. Bunlara ağciyərlərin xroniki obstruktiv xəstəliyi, xroniki bronxit, ağciyərlərin emfizeması, ağciyərlərin xərçəngini misal göstərə bilərik. Uzun müddət siqaret çəkən insanlarda yaş və tütünçəkmə müddəti artdıqca, problemlər çoxalır, xəstəliklər ağırlaşır. Yaş çox olduqda xəstəlik də ağır keçir. Yaşlılarda xərçəng riski artır. Ağciyər xərçəngi aşkarlanan xəstəyə verdiyimiz ilk suallardan biri "tütün məhsullarından istifadə edirsinizmi?"dir. Əksər hallarda xəstəliyin əsasında siqaretçəkmə dayanır. Tütündən istifadə edən şəxs onu tərgidəndən sonra sadalanan xəstəliklərin riski azala bilər. Siqareti tərgitmək heç zaman gec deyil. Ondan nə qədər tez imtina olunsa, xeyri bir o qədər çox olar. Burada həkimin də üzərinə böyük məsuliyyət düşür ki, xəstəni bunu bacaracağına inandırsın. Həmin şəxslərə, xüsusilə də uzun müddət istifadə edənlərə siqaretdən ayrılmaq çox çətindir. Lakin hansı xəstə ki, siqaretdən imtina edir, bir müddətdən sonra o, müsbət effekti özü də görür. Siqaretçəkmədən ayrılandan sonra bir il ərzində təngnəfəslik, öskürək azalır, beş il ərzində bronxların selikli qişası yavaş-yavaş bərpa olunur, on ildən sonra xərçəng riski siqaret çəkməyənlərin riski səviyyəsinə enir, on beş ildən sonra ölüm riskinin 50 faiz azalır", - deyə şöbə müdiri qeyd edib.
S.Mustafayevanın sözlərinə görə, passiv tütünçəkmənin özü də ciddi bir problemdir. Hər il dünyada 6 milyona yaxın insan tütünçəkmə səbəbindən yaranmış problemlərlə əlaqədar olaraq dünyasını dəyişir. Onların 5 milyonu aktiv, 600 mindən çoxu passiv tütün məhsulları istifadəçisidir. Passiv istifadəçilər siqaret çəkməsələr də, ətraflarında qəbul edən insanların sayəsində həmin tüstünü udurlar, nəfəs yollarına gedir və zədələyici təsirini göstərir. Passiv tütünçəkmə də ağciyər xərçənginə, ağciyərlərin xroniki obstruktiv xəstəliyinə, bronxitlərə səbəb ola bilər. Bu, o deməkdir ki, passiv tütünçəkmə zərərli təsirlərinə görə heç də aktiv tütünçəkmədən geri qalmır.
Pulmonoloq qeyd edib ki, tütünçəkmənin mənfi təsirlərinin üzə çıxması onun nə dərəcədə, neçə müddət qəbul olunmasından asılıdır: "Orqanizmin cavab reaksiyası bəzilərində daha gec, bir qismində isə daha tez ola bilər. Bu da individualdır və təkcə immun sistemi ilə deyil, bəzən genetik amillərlə, siqaretin çəkilmə miqdarına, yaşayış tərzinə bağlıdır. Bunu bilmək vacibdir ki, tütün məhsullarından istifadə gec ya tez mənfi təsirini göstərir.
Tütünçəkmə statistikasını azaltmaq üçün bir neçə amilə diqqət yetirmək lazımdır. Evdə valideynlər övladları ilə bu barədə söhbət etməli, məktəbdə profilaktik tədbirlər və dövlətin apardığı maarifləndirmə işləri davam etməlidir. Ölkəmizdə tütün məhsullarının reklamı qadağan olunub. Bu təbii ki, müsbət təsir göstərəcək və hətta göstərir də. Əgər uşaq evdə valideynlərindən ən azı birinin, evdən kənarda isə həmyaşıdlarının siqaret çəkdiyini görürsə, onlardan nümunə götürür. Məktəblərdə müəllimlərin üzərinə məsuliyyət düşür ki, tütünçəkmənin fəsadları haqqında məktəblilərlə ətraflı danışsınlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1078   Tarix: 11 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA

Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.   -a istinadən xəbə

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Bu üç əlamət qaraciyər problemindən xəbər verir

Mütəxəssislər qaraciyər problemlərini göstərən üç dəri əlamətini açıqlayıblar.   -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyi dəridəki dəyişikliklərlə özünü göstərə bilər. Qaraciyər yağlanması iki növə bölünür: alkoqoll

turlar.az

sonxeber.az yay kolleksiyasi həkim məsləhəti gozel gorunmek asiq ideal toy hamiləlikdə uşağın cinsinin təyini qara gavalinin faydalari kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır novruza aid cantalar insan sevda