Unutqanlığın əsas simptomları: Beynimiz qocalır?

Unutqanlığın əsas simptomları: Beynimiz qocalır?Yəqin ki, çoxumuz "görəsən, nə edəcəkdim?", "mətbəxə nə üçün gəlmişdim?", "açarlarımı haraya qoymuşam?" kimi sualları tez-tez eşidir, hətta çox zaman özümüz də veririk. Bəzən hətta hansısa bir əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq. Maraqlıdır ki, unutqanlıqdan son vaxtlar gənclər, yeniyetmələr də şikayətlənirlər.
Bəs görəsən, nə baş verir? Beynimiz qocalır? İnformasiya yükünə tab gətirmir? Yoxsa Altsheymer xəstəliyi günü-gündən cavanlaşır? Huşsuzluqdan qurtulmaq mümkündürmü? 
Milli.Az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında həkim-nevroloq Qalib Əsədov bildirib ki, çox zaman yaddaş pozuntusu ilə diqqət dağınıqlığı qarışdırılır: 
"Ümumiyyətlə, unutqanlıq xəstəliyi amneziya adlandırılır. Əslində bu, yaş artdıqca yaddaşın zəifləməsidir. Ancaq təəssüf ki, dövrümüzdə gənclərimizin amneziyadan daha çox əziyyət çəkdiklərinin şahidi oluruq.
Amneziya ən çox kəllə-beyin travmaları, psixoemosional şok, həddindən çox gərginlik və epileptik tutmalar zamanı yaranır.
Eləcə də, insanlarda müəyyən yaş dövründən sonra beynin qidalanması pozulur.
Beyin qabığında atrofiyanın artması nəticəsində isə altsheymer xəstəliyi yarana bilər. Əgər pasiyent ətrafındakı adamların adlarını qarışdırırsa, uzaq keçmişdə baş verən hadisələri xırdalığına qədər xatırladığı halda, dünən baş verənləri unudursa, bu, altsheymer xəstəliyinin əsas əlamətləridir".
Həkim-nevroloq qeyd edib ki, yaddaş zəifliyini yoxlamaq üçün xüsusi testlər mövcuddur:
"Bu testlərdə, əsasən, pasiyentə bir neçə spesifik sual verilir, cavablar xüsusi sistemlə hesablanır və nevroloq əldə olunan nəticələrə əsasən pasiyentin yaddaş zəifliyinin dərəcəsini təyin edir".
Nevroloqun sözlərinə görə, yaddaş pozulmalarının qarşısını alacaq xüsusi dərman, yaxud qida vasitələri mövcud deyil. O, yaddaşını gücləndirmək istəyənlərə məntiq testləri, riyazi məsələləri həll etməyi, kitab oxumağı tövsiyə edib.
Maraqlıdır ki, bəzi insanlar sırf uşaqlıq illərini xatırlamadıqlarından şikayətlənirlər. Psixoloq Gülnar Orucovanın sözlərinə görə, bununla bağlı müxtəlif fərziyyə və nəzəriyyələr mövcuddur:
"Şəxs xarakterinə, yaşadığı mühitə, məruz qaldığı travmalara və psixoloji vəziyyətə bağlı olaraq uşaqlıq illərini unuda bilər. Bəzən bu, ixtiyari də ola bilir. Yəni şəxs uşaqlıq illərinə dəyər vermir və kiçik olarkən yaşadığı hadisələri, xatirələrini unudur.
Uşaq vaxtı yaxınlarını itirənlər, zorakılığa, şiddətə məruz qalanlar da bu halla qarşılaşırlar. Bu o demək deyil ki, onlar uşaqlıq illərini tamamilə unudurlar: hər hansı bir fotoşəkil, video vasitəsilə müəyyən epizodları yaddaşlarında canlandıra bilərlər".
Psixoloqun sözlərinə görə, ümumiyyətlə, valideynlər bir-biri və uşaqları (xüsusən 0-6 yaş dövrlərində) ilə xoş rəftar etməlidirlər:
"Hətta hələ danışıq qabiliyyəti olmayan körpələr də valideynlərinin bir-birinə dediklərini dərk etməsələr belə, rəftarı görürlər və böyüdükcə bu proseslər onların hafizəsində canlanır. Buna görə də bəzi hallarda kimsə iki, yaxud üç yaşı olanda baş vermiş hadisəni xatırladığını deyirsə, bu, yalan, şişirtmə olmaya bilər".
Mütəxəssis qeyd edib ki, əgər şəxs uşaqlıq dövründə yaşadığı ağır travmanı xatırlamırsa, onu hipnoz vasitəsilə ortaya çıxarmaq olar, ancaq bunun xüsusi müalicəsi mümkün deyil.                     
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 646   Tarix: 12 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gözaltı torbalardan xilas olmaq üçün bunları edin

Yuxusuzluq, stres, düzgün qidalanmamaq, telefondan həddindən artıq istifadə gözaltında torbaların yaranmasına səbəb ola bilər. Bəs bunun qarşısını necə almaq olar?. -a istinadən gözaltı torbaların sağalmasına, şişkinliyi

.

Düzgün idman matını necə seçməli?

İdmanın faydalarını hamı bilir. Onu da bilirik ki, yaşından asılı olmayaraq, hər kəs gündəlik olaraq idman hərəkətləri etməlidir. Hazırkı vəziyyət idmansevərləri zallardan məhrum edib. Çarəni açıq havada gəzinti etməkdə görənlə

.

Üzünüzü bu qarışımla nəmləndirin

Gözəl dəriyə sahib olmaq üçün heç də hər zaman kasmetoloqa getmək lazım deyil. Ev şəraitində hazırlayacağınız maskalarla onu qulluq edə bilərsiniz. axşam.az-a istinadən üzdəki səpkiləri azaldan və dərini nəmləndirən məhlul

.

Bu suları içən insan sağlam ola bilməz

Hər gün qazlı, şirin, satışda olan sulardan içənlərdə sağlamlıqdan söhbət gedə bilməz. "Medicina"ya istinadən xəbər verir ki, dietoloq Yuliya Buryakova bu suların öldürücü olduğunu deyib. Göz şişkinliyini arada

.

Birdəfəyə nə qədər kabab yemək olar?

"Sağlam insan bir dəfəyə 150 ​​qramdan artıq kabab qəbul etməməlidir. Ət nə qədər yağlı olsa, porsiya da bir o qədər kiçik olmalıdır". -a istinadən xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin dietoloq

.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. .   -a istinadən xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir.  . Ancaq bu komponentlər hamıy

.

Yatmazdan öncə bunları edin: Səhər daha xoşbəxt olun

Özünüzü yaxşı bir günə hazırlamaq üçün axşam vərdişlərinizdəki bir neçə kiçik dəyişiklik etmək lazımdır. Bununla siz səhər əhval-ruhiyyənizdə böyük fərq yarada və uğurlar əldə edə bilərsiniz. -a istinadən psixoloqların ertəs

.

Hər gün sarımsaqlı su içsək, orqanizmdə nə baş verər?

Su balansı bədənin normal fəaliyyətini təmin etməyə kömək edir. .   -a istinadən bildirir ki, mütəxəssislər sarımsaq suyu içməyi məsləhət görürlər. Limonlu suyu belə içmək olmaz- 4 mənfi təsiri . Ürək xəstəliyi riskiniz

.

Üzünüzə küncüt çəkin və effektini görün

Dərimiz yaşlandıqca görünüşünü dəyişməyə başlayır. Parlaq və elastik dəri, qayğı göstərilmədikdə qırış və sallanan üzlə əvəzlənir. Daimi təmizlik və qulluq daha sağlam görünüş təmin edir. Dəriyə qulluq üçün minlərlə növ v

turlar.az

sonxeber.az qadın geyimi gozel gorunmek sade makiyaj sekilleri mantılar aysel əlizadənin toyu alimlər parket döşəmələr kosmetika xanim.az vətən həsrətinə aid bayatılar öpüşme oglan evi dolca