Uşaqlar üçün ziyanı olan əsas beş məhsul

Uşaqlar üçün ziyanı olan əsas beş məhsulUşağınızın qida rasionunda bir sıra ərzaq qruplarının daxil edilməsi çox önəmli və olduğu kimi müəyyən ərzaqlar da vardır ki, onların uşaqlara verilməsindən yayınmaq qəti şəkildə tövsiyyə olunur.
Bu ərzaqlarla yaxından tanış olaq:
Şəkər
Şəkər immun sisteminin əsas zəiflədicisi olduğuna görə, şəkər immun stimullaşdırıcı (artırıcı) qida rasionuna daxıil edilməməlidir.  Hətta 100 qram miqdarında şəkər immun sistemini 50%-dək zəiflətməkdədir. Amerika Klinik Qidalanma jurnalı hələ 1973-cü ildə şəkərdən istifadədən yarım saat  sonra immun sistemini zəiflətmə effektinin yaranmasını və bu effektin beş saata qədər davam etməsini artıq məruzə etmişdi. Saxarozanın (ağ şəkər) istənilən qidalandırıcı  maddələrdən məhrumdur.
Bundan əlavə, şəkərin həzmi üçün vacib qidalandırıcı maddələr tələb olunur ki, bu da  uşağın orqanizmində olan qidalandırıcı elementlərin istehlakına səbəb olur. Şəkər müxtəlif gizli formada mövcud olduğundan savayı, həmçinin məxsusən uşaqlar üçün hazırlanmış hazır qida məhsullarının tərkibində var. Əksər uşaq ərzaq istehsalçıları qida  məhsullarında şəkərdən istifadə edir.
Baby Organix tək bir uşaq ərzaq istehsalçısıdır ki, şəkərdən istifadə etmir. Körpəlik mərhələsindən  hər hansı xüsusi istehsal olunmuş və satışda olan uşaq qidası adı ilə buraxılmış məhsullardan uzaq olmaq lazımdır. 2000-ci ilin may ayında çap olunmuş Ərzaq Komissiyasının hesabatı ilə 357 test edilmiş uşaq ərzaqlardan  57%-da yüksək səviyyədə şəkər aşkar olunub.
Yoqurt növlərinin əksəriyyətinin bir porsiyasında 5 çay qaşığı şəkər var. Mağazalarda məhsulların etiketini oxuduqda 1 çay qaşığı 4 qram şəkərə bərabə olduğunu unutmayın. Bunu bilərək, siz asanlıqla məhsulda neçə çay qaşığı şəkər olduğunu hesablaya bilərsiniz və bu daha düzgün məhsul seçiminizə təsir göstərəcək.
Gizli şəkər hansılardır?
Məhsullarının üzərindəki yazıları diqqətlə oxuyun: saxaroza, qlükoza, şəkər siropu, maltoza, dekstroza, laktoza, bal, qızıl siropu, qarğıdalı siropu, bəhməz, hidrolizə edilmiş nişasta, fruktoza, qatılaşdırılmış meyvə şirəsi.
Duz
Ərzaq Komissiyasının hesabatına görə 46% test olunan uşaq ərzaqlarının tərkibində duzun miqdarı normadan artıqdır. Əslində uşaq qidasına duzun əlavə edilməsi yolverilməzdir, lakin azyaşlı uşaqların əksəriyyətinə hələ çox balaca olduqları halda böyüklər üçün nəzərdə tutulan yeməyi verirlər. Uşaqlar tərkibində çox duz olan qızardılmış kartof, dadlı qəlyanaltılar, sosis və kolbasa, veçina, donuz əti və ya hisə verilmiş qidalardan istifadə etməməlidirlər.
Artıq duz onların böyrəklərə yük verir və sağlam immun sistemi üçün çox önəmli olan maqnezium kimi elementləri bədənin duz ilə savaşdığı zaman tamam ilə itirilmiş olur. Həddindən artıq duzdan istifadə gələcəkdə ürək-damar xəstəliklərinə səbəb bilər.  Uşağın immun sisemini və onun sağlamlığını qorumaq üçün məhsulların üzərindəki tərkib yazılarına diqqətinizi yönəltməlisiniz.
Hidrogenasiyalaşdırılmış yağ
Hidrogenasiya prosesindən duru yağın kimyəvi quruluşuna təsir göstərərək onu maye halından  bərk  və ya yarım bərk hala-margarinə döndərmək üçün istifadə edilir. Bu proses yüksək temperatur və təziq altında həyata keçirildiyindən yağın strukturuna xələl gətirir və qida dəyərini məhv edir. Bu yağ növləri vacib yağ turşularının orqanizmdə metabolizminə mane olur.
Hidrogenasiyalaşdırılmış yağ yalnız marqarinin tərkibində deyil, həmçinin dükanlarda satılan qurabiyə (peçenya), biskvit məmulatları, krekerlər, piroq və digər qənnadı məmulatlarının tərkibində var.
Kaffein
Bir çox insan hesab edir ki, kaffein qəhvənin tərkibindəki mövcud olan arzuolunmaz maddələrdən biridir. Lakin bu maddə həmçinin qara və yaşıl çayda, qəhvədə, şokolad və şokolad içkiləri və Kola kimi qazlı içkilərinin tərkibində də var. Kaffein - güclü oyadıcıdır. O həm də, uşağın immun sistemi üçün vacib və lazımlı olan  vacib maddələrin əldə edilməsinə mane olan güclü anti-qidalandırıcı maddədir. 1995-ci ildə aparılan Məktəbəqədər Uşaqlar üçün Pəhriz və Qidalanma sorğusuna görə dörd yaşına çatmamış uşaqların üçdə biri çay içir.
Əgər sizin yeniyetmə və hətta daha kiçik övladlarınız müəyyən formada kaffeinə istənilən formada aludə olubdursa, bəzi sadə dəyişikliklər etməyə çalışın. Qazlı kaffeinli içkiləri karbonatlı meyvə tərkibli içkilərə, çay və ya qəhvəni dekaffeinləşdirilmiş variantlarla əvəz etməyə çalışın və tədricən tamamən onları qidanızdan çıxarın. Adətən zərərli məhsulları alternativ sağlam maddələri əlavə etmək zərərlilərdən tamamən can qurtarmaq üçün daha asan və daha faydalıdır. Yeniyetmələr üçün müxtəlif növ meyvəli çaylar əldə etməyə çalışın. Qaynar qara qarağat çayı və zövqə görə əlavə edilmiş bal çox xoşdur. İsti yay günlərində 3 çay paketi qara qarağat götürün və yarım saat qaynar suda dəmliyib soyudun. Zövgə görə bal və xırdalanmış buz kubları əlavə edin.
Qida Əlavələri
Emal edilmiş məhsulların istifadəsindən yayınmaqla siz kimyəvi əlavələrin hücumundan uşağınızın bədənini xilas edəcəksiniz. Əlavələrə aiddir: boyalar, tamlaşdırıcılar, emulqatorlar, stabilizatorlar, qatlaşdırıcılar, süni şirinlədirici maddələr, konservantlar, dad gücləndiriciləri, qlazur agentləri və müxtəlif əlavələr. Onlar yeməyin yaxşı görünməsi üçün, xoş dadlı olması üçün və uzun müddət xarab olmaması üçün nəzərdə tutulmuş. Qanuni cəhətdən bizim yeməyimizə daxil edilə biləcək təxminən 400 növ əlavələr mövcuddur, lakin istifadə etdiyimiz ərzaqların tərkib siyahısında qeyd olunmayan 3500 növ maddələr daxil edilir .
Bu əlavələr uşağın immun sisteminə xüsusilə, əsas detoksifikasiya funksiyası daşıyan qara ciyər üçün əlavə narahatlığa və yükə səbəb ola bilər.
Xüsusən körpə və uşaqlar üçün nəzərdə tutulmuş hazır içkilər və qida məhsullarına qida əlavələri daxil edilməməlidir. Lakin, məhz bu ərzaq və içkilər qadağan edilmiş qida əlavələri ilə doludur. Bu məhsullara aiddir: dadlı qəlyanaltılara, qazlı içkilər, çipslər, puddinqlər, kolbasalar, balıq çubuqları, dondurma və konfet aiddir. Aşağıdakı məhsulların istifadəsini azaltmaqla və ya tamamən dayandırmaqla qida əlavələrinin zərərindən yayına bilərsiniz:
- Kolbasa və sosis məmulatları.
- Hazır şirələr və meyvə içkiləri.
- Konservləşdirilmiş hazır məhsullardan çəkinin, çünki onların tərkibində saxlanma müddətini artırmaq üçün müxtəlif əlavələr mövcuddur.
- Yarımfabrikat məhsullar.
Ərzaqları təbii halına daha yaxın formada yeyin. Məsələn, sobada bişmiş toyuq, toyuq naqqetlərindən qat-qat faydalıdır.
Mənbə: Lucy Burney "Boost your childs immune system" kitabı
Tərcümə edən: Aytən Məmmədova
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 888   Tarix: 08 may 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

turlar.az

sonxeber.az toy makiyajlari qadin sayti gelinlikler hakışta paltarlar 2024 bal şəfadı arıqlama kosmetika şirin qoğal novruza aid hakistalar oglaq hakista aybawi