Uşaqlara cinsi məsələləri aşılamaq - Valideynlərin etdiyi SƏHVLƏR

Uşaqlara cinsi məsələləri aşılamaq - Valideynlərin etdiyi SƏHVLƏRMilli.Az saglamolun.az-a istinadən Məsumə Şahmərdanlının yazısını təqdim edir
Günümüzdə övladlarının cinsi xarakterli sualları ilə üz-üzə qalıb cavab verməkdə çətinlik çəkən valideynlərlə tez-tez qarşılaşırıq. Bu vəziyyətdə valideynlər həyəcan keçirir, övladlarının suallarına doğru-düzgün cavab vermir. Yaxud da suala cavab verməyərək onların fikrini başqa məsələlərə yönəldir. Hətta elə valideynlər olur ki, övladı bu tip suallar soruşduqlarında "Bu cür sözləri kimdən öyrənmisən?", "Sən çox tərbiyəsiz uşaqsan" deyib, onları cəzalandırırlar.
Baxmayaraq ki, valideyn qorxusu səbəbindən uşaqlar müvəqqəti olaraq bu sualları bir daha soruşmurlar, lakin yeniyetməlik dövrünə qədəm qoyduqları andan etibarən onlar yenidən bu cür suallarına cavab axtarmaq qərarına gəlirlər. Amma bu dəfə münasib olmayan yollarla, dostlar, internet və bu haqda yazılmış və yaşlarına uyğun olmayan kitablar vasitəsiylə onları narahat edən suallara cavab axtarırlar.
Buna görə də valideynlər övladlarının tərbiyəsi ilə yanaşı onların cinsi tərbiyəsinə də ciddi yer verməlidirlər. Çünki, bu suallara vaxtında və düzgün cavab verməməyin nəticəsində övladlarında müxtəlif növ fizioloji və psixoloji problemlər baş qaldırır. Amma təəssüflə qeyd etmək lazımdır ki, hələ də elə valideynlərlə üzləşirik ki, övladlarına cinsi tərbiyə vermək əvəzinə "Böyüsün özü hər şeyi başa düşər" deyə fikirləşirlər.
Əgər bu bilgilər uşaqlara gec, naqis və həqiqətə uyğun olmayan şəkildə verilərsə, istənilən nəticəni verməyəcək, hətta problemi daha da dərinləşdirəcəkdir. Əgər valideynlər övladlarının bu tip suallarına diqqətli və münasib cavablar verərlərsə, onların ruhi sıxıntılarının qarşısını almaqdan əlavə, gələcəkdə cinsi pozğunluqlarının da qarşısını almış olacaqlar.
2-3 yaş
Uşaqlar iki yaşdan etibarən öz bədənləri ilə maraqlanmağa başlayırlar. Hətta bu yaşdan etibarən başlanan "tualetə öyrətmə" onlarda cinsiyyət orqanlarına olan marağı daha da artıra bilər. Bu maraq onlarda öz cinsiyyət üzvləri ilə oynamaları və həzz almaları ilə birlikdə olur. Lakin bu həzz cinsi ləzzətdən tamamilə fərqli bir şeydir.
Övladlarında bu kimi rəftarları görən valideynlər bəzən tez həyəcan keçirir, buna kobud şəkildə mane olaraq uşaqlarının daxilində günahkarlıq duyğusunu yaradırlar. Halbuki bu cür vəziyyətdə dolayısı yolla onların fikrini yayındırmaq mümkündür. Əsas odur ki, valideyn bunun uşaqlarda vücudunu tanıma və kəşf etmə duyğusu olduğunu anlasınlar. Əgər uşaq davamlı olaraq öz cinsiyyət üzvünə əl vurursa, bu zaman psixoloji sıxıntıların olub-olmamasını yoxlamaq lazımdır. Məsələn uşaq tualetə öyrədilən zaman sıxıntıya, təzyiqə məruz qalıb, yoxsa yox?! Yaxud qidalanma ilə bağlı hər hansı bir təzyiq onlarda stress yarada bilər. Əgər bunlardan hər hansı biri uşaqda sıxıntılara səbəb olubsa, bu səhv metodları aradan qaldırmaqla bu kimi rəftarlar da aradan qalxacaqdır.
3-4 yaş
Üç-dörd yaş arası qız və oğlan uşaqları artıq aralarında olan fərqlilikləri başa düşürlər. Hətta bir-birinin cinsiyyət orqanını necəliyi ilə maraqlana bilərlər. Bu yaşda uşaqlar öz uşaqlıqlarını, necə dünyaya gəldiklərini bilmək istəyirlər. Dörd yaşdan sonra qız uşaqlarının ataya və oğlan uşaqlarının anaya daha yaxın olmaq istədiklərinin şahidi oluruq. Həmçinin qızlar analarını və oğlanlar atalarını bu yaşda çox təqlid edirlər.
Valideyn onların suallarına sadə və başa düşəcəkləri dildə cavab verməlidir. Əgər uşaq cinsiyyət üzvü haqqında hər hansı bir sual verirsə, valideyn bədənin digər orqanları və onların fəaliyyətləri haqqında danışaraq cinsiyyət üzvü haqda da məlumat verməlidir. Lakin valideyn diqqət etməlidir ki, uşaq bu bilgilərə hansı həddə sahib olmalıdır?!
Bu yaşda uşaqlar sevgi və mehribanlığa ehtiyac duyduqları üçün cinsi məsələləri onlara başa salan zaman onlara məhəbbət göstərilməlidir.
Həmçinin onlara bu yaşda, qız-oğlan uşaqlarının fərqliliklərindən, cinsiyyət orqanının onların şəxsi bədən üzvü olmasından və başqalarının ona baxması və toxunmasına mane olmaq lazım olduğundan danışmaq olar.
4-5 yaş
Artıq bu yaşda cinsiyyətlə bağlı olan hər bir sual onları maraqlandıra bilər. Oğlan və qızların cinsiyyət üzvlərindəki fərqliliklərə səbəb nədir? Niyə atalar hamilə qalmır? Mən necə olub ki, dünyaya gəlmişəm? Dünyaya gəlməzdən əvvəl harada idim və s.
Uşaqlara onların başa düşəcəyi dillə oğlan-qız fərqliliklərini başa salmaq lazımdır. Necə dünyaya gəlməsi haqda səhv məlumat vermək əvəzinə onun başa düşəcəyi dillə həqiqəti demək olar. Bu yaşda bir uşağa sən ana bətnində xüsusi bir yerdə idin. Bir müddət orda qaldıqdan sonra böyüdün və dünyaya gəldin. Həmçinin bu mərhələlərdən sonra onun dünyaya gəlməsində həkimlərin də rolunun olmasını söyləyə bilərsiniz.
Bu yaş dövründə uşaqların ən çox oynadıqları oyun həkimlikdir. Bunun əsas səbəbi isə bir-birindəki cinsi fərqlilikləri kəşf etmək duyğusudur.
Qız-oğlan uşaqları bu yaşda öz cinsiyyətinə uyğun olaraq oyunda rollar alır. Qız ana, oğlansa ata olmaq istəyir. Böyüklər onların bu kimi oyunlarına mane olmamalı, lakin vəziyyəti kənardan nəzarət altında saxlamalıdırlar.
6-9 yaş
Bu yaşda uşaqlar daha çox öz həmcinsləri ilə oynamağa üstünlük verirlər. Bu yaşda artıq uşaqlar cinsi məsələləri öyrənməyə daha çox meylli olduqlarından böyüklər diqqətli olmalıdırlar. Bu yaşdan etibarən övladlarınıza yeniyetməlik dövründən və bu dövrdə onları gözləyən dəyişikliklərdən xəbər verə bilərsiz. Lakin bunu elə etmək lazımdır ki, uşaqlar vəhşətə düşməsinlər. Onlara yeniyetməlik dövründə baş verəcək fizioloji, psixoloji dəyişiklikləri dərkləri səviyyəsində anladın. Baxmayaraq ki, hələ bu proseslər onlarda baş verməmişdir. Məsələn, onlarda baş verəcək bədən quruluşunun dəyişməsi, səslərinin kobudlaşması, bədənlərinin böyüməsi, bədənlərinin bəzi yerlərində tüklərin əmələ gəlməsi, üzlərində səpkilərin yaranması və sair. Həmçinin qızlara aybaşı dövrünü başa salan zaman bu məsələyə daha həssas yanaşmalı, bu vəziyyətin onun gələcəkdə ana olması üçün bir giriş nöqtəsi olduğunu başa salmaq lazımdır.
10-14 yaş
Bu dövrdən etibarən artıq övladlarınız yeniyetməliyə addım atır. Əgər bu vaxta kimi də övladınızla söhbət etməmisinizsə, hələ də gec deyil, onunla danışın. Çünki, övladınız onda baş verən dəyişikliklər səbəbilə mənəvi və psixoloji cəhətdən özünü pis hiss edir. Bəzən isə bu dəyişikliklər barəsində utandığı üçün sual verə bilmir.
Uşaqlar cinsi suallar verən zaman valideyn nələrə diqqət etməlidir?
1. Özünüzü ələ alın, xəcaləti kənara qoyub, onun suallarına cavab verin.
2. İcazə verin sualını tam şəkildə soruşsun. Sualı diqqətlə dinləyin. Ona "Sən bu haqda nə düşünürsən?", "Səncə necə olur?" suallarını verməklə sualın nə qədərini özünün bildiyini öyrənə bilərsiniz.
3. Övladınıza sualı ilə bağlı açıqlamalar verən zaman şəkillərdən istifadə etmək də yerinə düşərdi.
4. Suallarına cavab verən zaman onların gözlərinə baxın və səs tonunuza diqqət edin.
5. Həddindən artıq məlumat verməkdən çəkinin.
, psixoloq-konsultant
Milli.Az

Xəbərlər     Baxılıb: 729   Tarix: 12 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Köpün qarşısını almaq üçün lobyanı belə bişirin

Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir. .   -a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, loby

.

79 illik araşdırmanın nəticələri açıqlandı:Kişilərdə cinsi orqanın ölçüsü artıb, amma

Kişi cinsiyyət orqanının ölçüləri ilə bağlı 79 illik tədqiqatın nəticələri dərc edilib.   -a istinadən xəbər verir ki, kişilərin cinsiyyət üzvünün uzunluğunun artdığı müəyyən edilib. Ancaq bu, alimlərin narahatlığına səbə

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri

Bəzən evə heç gözlənilməyən anda qonaq gəlir. Belə hallarla qarşılaşan ev sahibləri çox vaxt həyəcanlanır. Evlərin səliqəyə salınması, yeməyin hazırlanmasında çətinlik yaranır. Ancaq bunun üçün narahat olmaq lazım deyil

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

turlar.az

sonxeber.az gözəllik məhsulları qadin sayti hamiləlik süfrə bəzədilməsi uşaqlar və tərbiyə ata ve qiz kişilərə təsir etmək kosmetika tut ağacı tutdudu sanamalar gözellik sevgi dolça