Uşaqlarda ayaq ağrısı revmatizm əlamətidir? - Pediatrdan Çağırış

Uşaqlarda ayaq ağrısı revmatizm əlamətidir? - Pediatrdan ÇağırışRevmatik xəstəliklərə uşaqlar arasında da geniş rast gəlinir. Onlardan biri də revmatizmdir. Revmatizmin uşaqlarda bir sıra ağır fəsadlara səbəb olduğu bildirilir. Revmatizm nədir, nədən yaranır? Onun hansı əlamətləri olur? Revmatizm diaqnozu necə qoyulur?
Milli.Az e-tibb.az-a istinadən həkim-pediatr Aytən İsmayılzadənin revmatizm, revmotestlər, yanlış diaqnozlar və müalicələr barədə məqaləsini təqdim edir:
Uşaqda ayaq ağrısı varsa, valideyn ya özbaşına, ya həkim göstərişi ilə mənasız revmotest analizi verir. FMF isə yada düşmür. Bununla bağlı iki sual yaranır:
1. Revmotest mənasızdır? Nəyə görə? 2. FMF nədir?
Uşağın ayağı ağrıyırsa və siz "revmatizmi var bəlkə", deyə düşünürsünüzsə, ilk yalnış burda olur. Çunki revmatizm elə bir xəstəlik deyil ki, gizli getsin və bəlkə ilə ehtimal olunsun. Revmatizmin diaqnozu elə əlamətlərə əsasən qoyulur. Bu əlamətlərə isə ayaq ağrıları daxil deyil. Yəni halsızlıq, təngnəfəslik, iri oynaqda şişkinilk, qızartı, xoreya, dəridə səpkilər kimi əlamətlərin yanında ayaqlar da ağraya bilər. Amma bunlar heç biri yoxdur və anamnezdə də yaxın gunlərdə keçirilmiş boğaz infeksiyası, angina, hərarətli günlər yoxdursa, deməli, revmatizmdən söhbət gedə bilməz.
Revmatizm az, ya çox olmur. Bəzən deyirlər ki, bir az revmatizmam var. Ya da deyirlər ki, yoxladıq uşaqda güclü revmatizm çıxdı. Boğazda oturan A qrupundan olan betta streptokokklar bu xəstəliyi törədir. Əgər əsnəkdən yaxmada məhz bu mikrob çıxarsa, revmatizm olmasın deyə profilaktik müalicəyə başlanılır və "bisillin" təyin olunur. Uşağın revmatizm keçirib-keçirmədiyini isə baş verənləri soruşmaqla ya "Exo-kq" vasitəsilə təyin edə bilərik. Exo-kq zamanı revmatizm ağırlaşması olaraq ürək qapaq qüsuru aşkar edilir. Revmatizm ayaq üstə keçirilən, özbaşına sağalan ya ömürboyu davam edən xəstəlik deyil.
Bütün bu əlamətlər yoxdursa, revmotest nə işə yaraya bilər? Çox zaman RF neqativ, ASO yüksək olur. CRP də bir az dəyişir və adam qorxur. Qorxmağa isə səbəb yoxdur. Çünki ortada bir xəstəlik yoxdur.
ASO nədir? ASO yəni antistreptolizin-streptokokkun fermentinə qarşı bədəndə yaranmış maddə. Bunun yüksək olması göstərir ki, uşağın immuniteti nə vaxtsa streptookokk mikrobu ilə döyüşüb. Amma bunun revmatizm törədən streptokokk olduğunu hələ bilmirik.
Bəlkə uşaq skarlatina keçirib, ya çürük dişləri var. Çürük dişlərdə də streptokokkus viridans olur və o da ürək qapaqlarını zədələməyi sevir. Beləliklə, bu ASO belə bir əhəmiyyət daşımır.
CRP isə C reaktiv protein deməkdir və bədəndə olan istənilən iltihabi prosesdə yuksələn bir zülaldır. Ondan da revmatizm mövzusunda əl çəkməyimiz lazımdır.
İndi keçək ikinci suala. FMF nədir?
Uşağın ayağı ağrıyırsa, o da gecələr durub, oturub ağlayırsa və bu periodik olaraq davam edirsə, nədən şubhələnək? Öncə revmatizmi unudun və boşuna pul xərcləməyin.
Bu şikayətlə müraciət olanda və mən deyəndə ki, bəlkə FMF olar, ana "Doktor, loru dildə başa salın", deyir. Bunun loru dildə başqa adı yoxdur. Çünki bizim həkimlərə və insanlara "doğma" xəstəlik adı olmadığından loru versiyası da hələ yoxdur.
FMF (Familial Mediterranean Fever) yaxud AAA- Ailəvi Akdeniz Ateşi sindromu genetikdir. Yəni valideynlərdən ötürülür. Uşağın xəstə olması üçün hər iki valideyn ya daşıyıcı olmalı, ya biri xəstə olmalıdır. Bu xəstəliyin səbəbi bədənimizdə iltihabı idarə edən MEFV genində mutasiyanın olması ilə bağlıdır. Yəni bədəndə müxtəlif səbəbsiz iltihablar baş verir, seroz kilsələrdə bu iltihab müxtəlif simptomlarla özünü göstərir. Məsələn, oynaq seroz kisəsində olarsa, oynaqlarda ağrı olur, ağciyər üzərini örtən plevrada olarsa, döş qəfəsində ağrı olur, qarında olan periton kisəsi müsariqə səhifələrində olarsa, qarında ağrılar olur. Dövri olaraq hərarət ola bilir. Amma bunların yalnız bir əlamətli formasi ola bildiyi halda, bütün  əlamətlərlə də görülməsi mümkündür. Ona görə də hər qarın ağrısı bağırsaqla bağlı olmaya bilər. Yəni bu zaman ağrı qarında bağırsaqdan kənar baş verir. Ölkəmizdə yəqin ki, bu günə qədər çox sayda FMF-li insanlar revmatizm adı ilə "bisillin"lə yanlış müalicə olunub. FMF müalicə olunmazsa, irəliləyən illərdə böyrək zədələnər və böyrək çatışmazlığı inkişaf edər. FMF üçün diaqnoz genetik testlə qoyulur. O isə baha olduğundan birbaşa təyin edilmir. Öz dərmanı ilə müalicə təyin olunur, əgər müsbət nəticə görülərsə, diaqnoz təxmin olunur, daha sonra isə təsdiq üçün genetik test edilir. Çünki həmin dərman ömür boyu içiləcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1265   Tarix: 02 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələləri

.

Yumurta qabığını atmayın - Bu faydaları var

a istinadən yumurta qabığından istifadə edə biləcəyiniz sahələri təqdim edir:. - Tərkibindəki kalsium, maqnezium və digər minerallar sayəsində təbii gübrə kimi istifadə edilə bilər. Torpaqla qarışdıqda bitkilərin qidalanmasın

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

turlar.az

sonxeber.az qadin dunyasi aksessuarlar geyim şəkilləri laylalar qara qaragatin faydalari plov reseptləri toy gecəsi kosmetika sekis veten haqqinda bayati terezi ariqla