Uzun saç uşağın inkişafına ziyan vurur? - Pediatr izah edir

Uzun saç uşağın inkişafına ziyan vurur? - Pediatr izah edirSağlam saçlar uşağın ümumi sağlamlığı və genetikası ilə bağlıdır. Orqanizmin sağlamlıq durumunda problem yaranarsa, bu, saçlara da təsirsiz ötüşmür.

Bu barədə "Kaspi" qəzetində məqalə dərc edilib.

"Uzun saç həqiqətən uşağın inkişafına mane olurmu? Ortancıl qızımın saçı uzundur, özü isə zəifdir. Çox adam deyir saçını kəsdir, uşaq inkişaf etsin" – bu fikirləri jurnalist həmkarımız Həbibə Abdulla sosial şəbəkədə qeyd etmişdi. Ümumiyyətlə, uzunsaçlı, arıq uşaqlar görəndə, "yediyi saçına gedir" deyə bir iddia səsləndirilir. Qohum-qonşu deyir ki, uşağın saçı kəsilsə, daha yaxşı inkişaf edəcək. Yaxud uşağın 40 günü tamam olandan sonra saçını tez-tez kəsməyi vacib bilirlər. Həm saç daha qalın çıxsın, həm də uşağın qəbul etdiyi vitaminləri saçları almasın deyə. Bunlar daha çox el arasında yayılan fikirlərdir. Bəs bu yanaşmada həqiqət payı nə qədərdir? Uzun saçlar uşağın inkişafına nə dərəcədə mane olur?

Saç genetik olaraq məlumatlanır ki...

Pediatr Aytən İsmayılzadə deyir ki, tibbi cəhətdən yanaşanda bu fikirlərin hər hansı elmi təsdiqi yoxdur: "İnsanın digər orqanları kimi saçların da inkişaf tempi genetikdir. Yəni orqanizm inkişafı üçün lazım olan qidanı alır. Eləcə də, saç genetik olaraq məlumatlanır ki, bu cür qidalanacaq. Saç üçün keratin, zülal, minerallar vacibdir. Onlar da hamısı bədəndən qəbul olunur. Necə ki, dəmir az olan kimi saç tökülməsi baş verir. Yəni orqanizmə qəbul edilən qidanın saçlara, təbii ki, təsiri var. Ancaq "uşağın yediyi saça gedir" demək də olmaz. Çünki bunun hər hansı elmi əsası yoxdur".

Ehtimal olaraq məsləhət görülür

Pediatr deyir ki, zəif qidalanan, uzun, qalın saçı olan uşaqların saçını kəsdirməyi məsləhət görür: "Kök uşaqlara D vitaminini arıq uşaqlarla müqayisədə daha çox təyin edirik. Vitaminin bədənə paylanmasını nəzərə alaraq bu addımı atırıq. Arıq uşaqlara təyin etdiyimizi ona da yazsaq, bədəni üçün azlıq edə bilər. Saç da çox uzundursa, sıxdırsa, qalındırsa, bu zaman onun sərf etdiyi vitamin də çox ola bilər. Ola bilər ki, saç uzun olanda, orqanizmdən daha çox enerji, qida sərf etsin. Uşaqda inkişaf geriliyi hiss edirəmsə, saçı uzun və qalındırsa, valideynlərə məsləhət görürəm ki, kəsdirsinlər. Elmi olaraq sübut edə bilmirik, ehtimal olaraq məsləhət görürük. Ola bilər ki, kəsilməsində fayda olsun".

Başa ağırlıq edir

A.İsmayılzadə bildirdi ki, uzun, qalın saçların uşaq orqanizminə faydası yox, zərəri var: "Qalın saç sağlamlıq göstəricisidir. Daha yaxşı qidalanır, orqanizmindən daha çox vitamin qəbul edir. Uşağın qidalanması da normaldırsa, yəni saçı onun inkişafına problem yaratmırsa, yenə də uşaqda qalın, sıx saçların uzun saxlanılmasının tərəfdarı deyiləm. Yəni uşağın yediyi saçına getməsə belə, yenə də kəsmək yaxşıdır. Qalın, uzun saç uşaq üçün yükdür. O yükü azaltmaq lazımdır. Uzunsaçlı uşaqlarda tez yorulma, baş ağrısı ola bilir. Saçı qısaldanda, uşaq yüngülləşir, sanki yorğunluğu da aradan götürülmüş olur. Digər tərəfdən, saç qalındırsa, sıxdırsa, başa ağırlıq edir və boyun əzələlərinə, uşağın onurğasına ziyan vurur. Gözəllik xətrinə uşaqların saçını uzatmaq lazım deyil".

Uzun saçları yığarkən...

Aytən İsmayılzadə qeyd etdi ki, uzun saçı olan uşaqların saçını yığarkən, darayarkən də müəyyən nüansları diqqətdə saxlamaq vacibdir: "Əgər iki yerə ayırıb yığırlarsa, simmetrik olaraq ortadan saçı iki bərabər hissəyə bölüb yığmaq lazımdır. Yaxud bir yerdən yığacaqlarsa, tam ortadan olmasına diqqət etsinlər. Çünki saç uzun olanda, ağırlığı da çox olur. Bir tərəfə düşən yük çox olursa, həmin nahiyədəki əzələlər daha çox yüklənir. Yaxud açıq saçı darayırlar, saçın çoxu bir tərəfə meyilli olur. Bu da bir tərəfin əzələlərinin daha çox yüklənməsi deməkdir".

Kəsilsə də, kəsilməsə də...

Türkiyəli professor Kamal Topaloğlu orqanizmi daha yaxşı inkişaf etsin deyə, tez-tez uşaqların saçlarının kəsdirilməsilə bağlı el arasında yayılan fikirlərlə bağlı mətbuata açıqlamasında deyib ki, uşağın qəbul etdiyi vitaminləri saçların çəkməsi metabolik olaraq mümkün deyil: "Balanslı qidalanma, normal ətraf mühit, sağlam psixoloji vəziyyət və sevgi uşağın inkişafında ən önəmli faktorlardır. Bundan başqa, el arasında uşaq inkişafı ilə bağlı səsləndirilən bir çox rəvayətlər düzgün deyil. Qız, ya oğlan, fərq etmir, uşaqların körpəlik vaxtından etibarən saçlarının davamlı olaraq qısa kəsilməsinin bədənin inkişafına heç bir qatqısı yoxdur. Bəzi uşaqlar saçları kəsilsə də, kəsilməsə də, son dərəcə sağlam olur. Sağlam saçlar uşağın ümumi sağlamlığı və genetikası ilə bağlıdır. Orqanizmin sağlamlıq durumunda problem yaranarsa, bu, saçlara da təsirsiz ötüşmür. Saçın uzadılmasının vücudun gücünü azaldıb böyüməyinə mane olacağı yönündəki fikirlərin heç bir elmi mənbəyi yoxdur".

Ailə və Uşaq     Baxılıb: 1699   Tarix: 27 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?

Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri hisslərini içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stresli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

turlar.az

sonxeber.az geyim və ayaqqabılar toy makiyajlari donlar 2024 sirniyyatlar köynək modelləri sarimsagin xeyri qadın və kişi kosmetika nizami gəncəvi hakista sozler sperma cantalar qoğalın nağlı