Xalq artistinin oğlunun bu sözləri ÜRƏK DAĞLADI: "Deyirdi ki, təkcə sənə görə yaşayıram" - FOTOLAR

Xalq artisti Nuriyyə Əhmədovanın oğlu Faiq İbadzadənin Milli.Az-a müsahibəsi.

- Faiq, sizi Nuriyyə xanımın yeganə varisi kimi tanıyırıq. İstərdim özünüzü oxucularımıza təqdim edəsiz..

- İbadzadə Faiq Xanlar oğlu, xalq artisti Nuriyyə Əhmədovanın oğluyam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, aktyorluq fakültəsində təhsil alıram.

- Faiq, mən bilirəm ki, siz komediya aktyoru Elşadla birlikdə çalışırdınız. Ananızın sənətini davam etdirmək onun arzusu idi?

- Mən elə indi də Elşadla çalışıram. Nə işləri varsa, mən də ordayam. Çünki o da həmişə mənə dəstək olub. Anam çox istəyirdi ki, mən aktyor olum, amma mən istəmirdim. Çünki bu sənətin əzab-əziyyətlərini görürdüm, düşünürdüm ki, nəyə lazımdır bu qədər çalışıb vuruşmaq, sənətin üzərində saatlarla işləmək? Amma digər tərəfdən də bu sənəti sevirdim, təkcə anamın gördüyü, çəkdiyi əziyyətlər məni ruhdan salırdı.

- Neçənci kursda oxuyursuz?

- 1 ci kursda oxuyuram, aktyor sənətinə çox iddialıyam, sevirəm bu sənəti. Aktyor sənəti mənim aləmimdə ən dərin və sonsuz sənətdir, çünki bu, müəyyən bir vaxt ərzində öyrəniləsi sənət deyil. Bu sənət hər zaman üzərində iş tələb edir.

- Atanız Xanlar bəy necədir?

- O da yaxşıdır, amma anamın ölümü ilə hələ də barışa bilmir.

- Peşmançılıq çəkir?

- Bu suala cavab vermək istəmirəm. Təkcə onu deyə bilərəm ki, anamı çox sevirdi, amma son günlərini yanında ola bilmədi.

- Uşaqlıq illərinizi necə xatırlayırsız?

- Anam məni çox yaxşı böyüdüb, həmişə təhsilimlə məşğul olub. Nə istəmişəmsə onu da mənə alıb. Mənə deyirdi ki, təkcə sənə görə yaşayıram. Mən də ona görə yaşayırdım, amma indi ruhu şad olsun deyə yaşayıram. Anama çox yaxın insanlardan biri də Elşad olub. Onu öz oğlu kimi istəyirdi, anamın ölümündən sonra o, mənə çox dəstək oldu.

- Başqa hansı sənət yoldaşları sizə dəstək oldu?

- Xalq artisti Həmidə Ömərovanın adını çəkə bilərəm. Allah ondan razı olsun. Anamla çox yaxın rəfiqə idilər, məndən heç vaxt öz köməyini əsirgəməyib. Universitetə qəbul olunmağımda onun əməyi əvəzsizdir.

- Nuriyyə xanımı nə küsdürə bilərdi?

- Uşaqlıqda çox nadinc olmuşam. Sözündən tez-tez çıxırdım, çox peşmanam. Yəqin ki, məni bağışlayar. Amma onu hər şeydən çox sevirdim, sevirəm də. Ananın öz övladına verəcəyi hər şeyi, hətta artığını mənə verib.

- Mən bilirəm ki, siz əvvəllər rəqsə gedirdiniz. Hətta Nuriyyə xanımla birlikdə bir neçə dəfə efirdə rəqs etmişdiz. Bəs niyə bu sənəti davam etdirmədiz?

- 11 il rəqslə, 6 il isə nağara musiqi aləti ilə məşğul olmuşam. Rəqsə çox həvəsim var idi, amma heç vaxt peşəkar rəqqas olmağı düşünmürdüm. Ümumiyyətlə, hər bir aktyor mənə elə gəlir ki, rəqs etməyi bacarmalıdır.

- Rəhmətlik Nuriyyə xanım da çox gözəl rəqs edirdi.

- Bəli, o da rəqslə məşğul olmuşdu. Çox gözəl ritm və musiqi duyumu var idi. Həm də gözəl səsi var idi, bəzən zümzümə də edirdi. Rəqs mənə ondan keçib.

- Nuriyyə xanımın sizə qadağan etdiyi nələrsə var idi?

- İdmanla məşğul olmağı qadağan etmişdi. Tam qadağa deməzdim, sadəcə, istəmirdi idmana bu qədər vaxt ayırım. Çünki boksla məşğul idim, tez-tez zədə alırdım.

- İncidiyi sənət yoldaşı var idi?

- Heç kimdən inciməmişdi. Çünki bütün sənət yoldaşları onu, o da sənət yoldaşlarını çox istəyirdi.

- Son günlərini necə xatırlayırsız?

- Son günlər çox qəmgin, fikirli idi. Boğazında zobu var idi, müalicə alırdı, həm də ürəyi xəstə idi. Sanki, öləcəyini bilirdi. Hər axşam Elşadla süfrə başında söhbətləşirdi və ona məsləhətlər verirdi. Məni tez-tez öpüb bağrına basırdı.

- Nə kimi məsləhətlərini alırdınız?

- Məsləhətləri həyat və sənətlə bağlı olurdu. Elşada deyirdi ki, Faiqdən muğayat ol. Mənə də onu tapşırırdı.

- Bəs son sözü sizə nə oldu?

- Xəstəxanada yatarkən son sözü o idi ki, narahat olma, yaxşıyam, düş aşağı, yemək ye, səhərdən acsan. Son anında da məni düşünürdü. Amma birdən halı pisləşdi, sadəcə mənə baxdı, gözləri dolmuşdu. Onu bərk-bərk qucaqladım və bilmirəm nədənsə çölə qaçdım. Evə getdim və Allaha dua etdim ki, onu qorusun. Səhər tezdən yanına qayıdanda artıq dünyasını dəyişmişdi. Xəstəxananı dağıdırdım, hər kəs onun üçün göz yaşı tökürdü. Heç kəs onun ölümünü qəbul etmirdi. Hər zaman bütün hallarda yoxluğu bilinir. Həyatımdakı çox şey, hər bir insan onu mənə xatırladır (kövrəlir).

- Yanında olsaydınız, nəyi etiraf edərdiniz ona?

- Yenə onu hər kəsdən və hər şeydən çox sevdiyimi deyərdim. Çünki, həqiqətən də, elədir. Onu bircə gün görmək üçün hər şeydən keçərdim.

- Nuriyyə xanımın qoxusunu bu gün kimdən alırsız?

- Onun yerini mənə heç kim verməz. Amma onu da deyim ki, anamın yaxın rəfiqəsi Tamilla xanım mənə çox dəstək olub və indi də hər gün maraqlanır. Həmçinin də xalalarım, xüsusilə Sevil xalam.

- Onunla keçirdiyiniz hansı günləri bu gün xatırlamaqdan doymursuz?

- Nuriyyə xanımın ad gününü qeyd edərdik. Onda çox xoşbəxt idi, yanında oturmuşdum, tez-tez mənə baxırdı. O zaman qardaşım Əli də sağ idi.

- Yuxularınıza gəlirmi, Nuriyyə xanım?

- Anamı tez-tez yuxuda görürdüm, amma son vaxtlar heç yuxu görmürəm. Onun həyatdan getməyi ilə yuxularım da məndən üz döndərib (kövrəlir). Əziz anam, səni həmişə sevəcəyəm!!!
Xalq artistinin oğlunun bu sözləri ÜRƏK DAĞLADI: "Deyirdi ki, təkcə sənə görə yaşayıram" - FOTOLARXalq artistinin oğlunun bu sözləri ÜRƏK DAĞLADI: "Deyirdi ki, təkcə sənə görə yaşayıram" - FOTOLARXalq artistinin oğlunun bu sözləri ÜRƏK DAĞLADI: "Deyirdi ki, təkcə sənə görə yaşayıram" - FOTOLARXalq artistinin oğlunun bu sözləri ÜRƏK DAĞLADI: "Deyirdi ki, təkcə sənə görə yaşayıram" - FOTOLARXalq artistinin oğlunun bu sözləri ÜRƏK DAĞLADI: "Deyirdi ki, təkcə sənə görə yaşayıram" - FOTOLARXalq artistinin oğlunun bu sözləri ÜRƏK DAĞLADI: "Deyirdi ki, təkcə sənə görə yaşayıram" - FOTOLARXalq artistinin oğlunun bu sözləri ÜRƏK DAĞLADI: "Deyirdi ki, təkcə sənə görə yaşayıram" - FOTOLARXalq artistinin oğlunun bu sözləri ÜRƏK DAĞLADI: "Deyirdi ki, təkcə sənə görə yaşayıram" - FOTOLAR

Xəbərlər     Baxılıb: 1844   Tarix: 23 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Yuxusuzluq piylənməyə səbəb olur

Piylənməyə səbəb olan bir çox faktorlar vardır. -a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın v

turlar.az

sonxeber.az yaz geyimleri 2024 makiyaj instagram hamiləlik 2024 qonaq otagi gözəllik gavali murebbesi xına bəzəkləri kosmetika yemek reseptleri sac duzumleri englishdilində qulaq nizami gəncəvi heyati