Xanımlar üçün göyərti maskaları

Xanımlar üçün göyərti maskalarıƏn xeyirli, insan orqaniziminə lazım olan, onsuz heç nəyi təsəvvür etmədiyimiz göyərti… Göyərtidən mətbəxdə, kosmetologiyada, xalq təbabətində geniş istifadə olunur. Yemək hazırladıqdan sonra əlinizin altında qalan nanə, cəfəri, kəklikotu, razyana, reyhan, gicitkən, yarpız, rozmarin qalıbsa atmayın, onlardan növbənöv maskalar və xalq təbabətinə uyğun olaraq dərmanlar kimi istifadə etmək olar. Öz dərdimizə özümüz çarə tapaq və təbii ki həkim məsləhətindən sonra… Adi sandığımız göyərti belə bizə ziyan verə bilər.
Xanımlar üçün göyərti maskalarıCəfəri
 Bu göyərti dərini ağardır və qidalandırır. Cəfərinin faydalarından sonsuz danışmaq olar, amma ən vacibi tərkibində B1, B2, C, PP, E vitaminləri, fol turşusu, flavanoidlər, efir yağları, dərinin imunitetnii möhkəmləndirən polisaxaridlər, dəmir, kalium, maqnezium, fosfor mövcuddur. Daxilindəki C vitamini limonda və qarağatda olan vitamindən daha çox miqdardadır. Bundan əlavə cəfəridə saysız-hesabsız təbii antibiotiklər var.
Cəfəridən göz altı üçün maska
Bizə lazımdır: 4 yarpaq cəfəri, 20 q kərə yağı.
Cəfərini doğrayın, üzərinə yumşaldılmış kərə yağı əlavə edin və blendrdən keçirin.
Maskanı göz ətrafına çəkin, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Xanımlar üçün göyərti maskalarıKəklikotu
Kəklikotu yunan dilindən tərcümədə "həyatın nəfəsi" deməkdi. Çünki bu ətirli ot C vitamini ilə, mineral maddələr, üzvü turşular, flavonoidlər və timol ilə zəngindir. Kəklikotu həlimi demək olar ki, bizə bütün xəstəliklərdə kömək edir. Saçlara və dəriyə çəkmək üçün kəklikotunun efir yağı sizə kömək edər. İstifadə etdiyiniz şampunun hər 10 qramına 3 damcı kəklikotu yağından əlavə etsəniz, saçlar möhkəmlənər və inkişaf edər. Dəridə əmələ gələn civzə və səpkilərdən azad olmaq üçün üz kreminizə bir necə damcı əlavə edin. Dırnaqları möhkəmləndirmək üçün ilıq suya duz və 5 damcı yağ əlavə edib əllərinizi bu suda saxlayın və 20 dəqiqə sonra yaxalayın.
Təravətləndirici kəklikotu maskası
 Lazım olanlar: 2 ç.q yaşıl çay, 2 ç.q kəklikotu, 2 ç.q yulaf yarması, 2 ç.q bal, 2 ç.q qatıq.
Bütün bunların hamısını blendrdən keçiririk və üzümüzə çəkirik, 20 dəqiqə gözləyirik, sonra mineral su ilə yuyuruq.
Nanə
Nanə yarpaqlarının daxilindəki mentol dəridəki canlandırır, qan dövranını təmizləyir, məsaməli boruları gücləndirir. Mentol dəridə olan toksinləri çıxarır, piy vəzilərinin funksiyasını stabilləşdirir. Nanə cövhərindən hazırlanan yaş sarğılar dəridə əmələ gələn qıcıqlanmanı aradan götürür. Nanə yarpaqlarının üzərinə qaynar su əlavə edib, 30 dəqiqə saxlayın. Daha sonra tənzifi bu məhlulda isladıb üzünüzə astaca qoyun, 15 dəqiqədən sonra üzünüzü yuyun. Nanə şirəsindən bir müddət içilərsə (hər dəfə 15 qram) tərləmənin qarşısı alınar, eşitmə qabiliyyəti yaxşılaşar. Diş ağrıyan zaman nanə çeynədikdə ağrı kəsilər.
Nanəli tonik
 Lazım olanlar: 3 xörək qaşığı quru nanə, 1 xörək qaşığı qliserin.
Qurudulmuş nanənin üzərinə 1.5 stəkan qaynar su töküb 2 gün soyuducuda saxlayın. Məhlulu süzün və üzərinə qliserin əlavə edib üz üçün tonik kimi istifadə edin. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 4270   Tarix: 06 oktyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

turlar.az

sonxeber.az maskalar hamilelikde qidalanma gozel gorunmek qadin tumani hamiləlik və analıq balqabaq yagi intim piercing kosmetika pizza qogal video zehmet ve zinet kondom nedir