Xanımlara faydalı məsləhətlər

Xanımlara faydalı məsləhətlər5 dəqiqəyə cazibəli görünüş? Xəyalındı? Məsləhətləri oxu, gerçəkləşdir...

Həcmli dodaqlar
Dodaqların şişkin görünməsinin ən asan yolu: alt dodağınızın ortasına açıq rəngli, parıltılı dodaq boyası çəkin. Həmin boyanı üst dodağın kənarlarına da çəkib, dodaq qələmi olmadan irihəcmli dodaqlara sahib ola bilərsiniz.

İri gözlər
Gözləri böyütmək göz kölgələrinin əlindədir. Gözlərin ətrafını metallik tonlarda göz kölgələri ilə bəzəyib, hamının diqqətini onlara yönəldə bilərsiniz.

Uzaq gözlər
Gözləriniz bir-birindən uzaq yerləşibsə, qara qələmlə gözün başlanğıcını korrektə edin.

Yaz üçün vitaminli maskalar

Səbəb...
Qışın soyuğundan qurumuş üzün və məsamələri yığılmış dərinin vitaminə ehtiyacı var. Şaxtalı hava dərini qızardır və qurudur. Bəs görən quru dərini canlandırıb, vitaminlə necə qidalandırmaq olar?
Çiy balqabağı nazik doğrayıb, dilimləri makiyajsız üzə və boyuna düzün. Tərəvəzi götürdükdən sonra üzü çiy südlə silin. Bu maska dərini qidalandıraraq, onu təravətləndirəcək.

Kökü sürtgəcin narın gözündən keçirib, yumurtanın ağı ilə qarışdırıb, qarışığa 1 çay qaşığı zeytun yağı əlavə edin. Maskaya bir qədər nişasta əlavə et ki, duru olmasın. Maska üzdə qırışları azaldıb, dəridə solyari effekti yaradacaq.

Kahını narın doğrayıb, üzərinə 1 xörək qaşığı zeytun yağı və bir neçə damcı limon şirəsi əlavə et. Maska üzdə və boyunda olan sızanaqları aradan qaldırıb, dərinin tonusunu tənzimləyəcək.

Xəmir mayasını 1 xörək qaşığı 3 faizli hidrogen-peroksiddə həll edib, 2 xörək qaşığı südlə qarışdırıb, üzə maska et. Qarışığı kağız salfetlə silib, üzü yüngülcə kirşanlamaq lazımdır. Maska ağardıcı təsir göstərib, ölmüş hüceyrələri bərpa edib, dərini gəncliyinə qaytaracaq.

Bananla südün qarışığı yazda qiymətli maskalardan biridir. Əgər dəri yağlıdırsa, qarışığa bir neçə damçı limon şirəsi əlavə et. Maskanı süddə isladılmış pambıqla silmək məsləhətdir. Maska vitaminlə bol olub, dərini qidalandırıb, üzü hamarlaşdıracaq.

Yumurtanın ağını köpük halına gələnə kimi qarışdır. 3-4 çay qaşığı çobanyastığını dəmləyib, soyudub, yumurta köpüyünə əlavə et. Qarışığı yağlı saçlara maska edib, quruyana kimi gözləmək və ilıq su və şampunla yumaq lazımdır. Maska yağlı saçlarda piy vəzilərinin inkişafını zəiflədib, tük soğanaqlarını qidalandıracaq.

2 xörək qaşığı soğanın şirəsini eyni miqdarda balda həll edib, su vannasında qaynadıb, çilli yerlərə çəkmək, problemi aradan qaldırıb, dərini nəmləndirər.
Hər maska üzdə 20 dəqiqə qalmalıdır.

Gözəllik və Moda     Baxılıb: 2382   Tarix: 14 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir. Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərl

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

turlar.az

sonxeber.az yemek reseptleri gelinlikler geyim dəbləri gozlerin bezedilmesi baliq qulagi toy ucun dizayn aybaşı sikli kosmetika rus dili 2ci ders uzeyir meseller qizliq perdesi gulmeli hakista