Yeniyetmələrin əsas psixoloji problemləri. Psixoloq yazır

Yeniyetmələrin əsas psixoloji problemləri. Psixoloq yazırYetkinlik, fərdin qarşı cinslə yaxınlaşması və bu yaxınlaşmanın nəticəsi olaraq,fiziki və hissiyyat baxımından doyuma çatması kimi adlandırılmaqdadır.
Yetkinlik sadəcə fizioloji inkişafla bağlı deyil,hissi və zehni inkişafla da əlaqədardır. Uşaqlıqda başlayan yetkinlik qavramı, yeniyetməlik dövründə pik nöqtəyə çatır. 13-14 yaşlarında başlayır, 17-21 yaşlarında bitir.
Qızlarda 11-13 yaş
Oğlanlarda 13-15 yaş
Yeniyetməlik dövründə böyümə və bədən dəyişikliklərinin davranış və qaydalar üzərindəki təsirləri:
- Yalnızlıq istəyi
- İşləmək istəksizliyi
- Can sıxıntısı
- Narahatçılıq
- Qaydalara qarşı dirəniş
- Cəmiyyətlə ziddiyyət
- Cinsiyyətə hədsiz maraq
- Həssaslığın artması
- Özgüvənsizliklə və s. ilə özünü göstərir.
Aqressiv davranış yeniyetmələr arasında geniş yayılıb və get gedə artmaqdadır. Belə yeniyetmələr cəmiyyətə olan dəyər və münasibətləri deformasiyaya uğradır. Eqoizm, ətrafdakıların hisslərinə laqeydlik, neqativ davranış belə yeniyetmələrin tipik xüsusiyyətlərindəndir. Bəzi tədqiqatçılar yeniyetmə aqressiyasının səbəblərini yeniyetməlik dövründə yaranan fizioloji dəyişiklikdə görür. Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosional reaksiyalar üstünlük təşkil etməyə başlayır.
Yeniyetmənin aqressiv davranışının səbəblərini araşdırarkən, nəticə aydındır: aqressiv davranışın yaranmasında bioloji,psixoloji və sosioloji amillər mühüm rol oynayır.
Yeniyetmədə aqressiyanın təzahürünə təkcə uşağın inkişafında olan problemlər deyil,həm də situativ amillərdə təsir göstərə bilər. Məsələn: bu başqalarının yeniyetmələrə verdiyi qiymət,qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu ilə bağlı meydana çıxa bilər.
Yeniyetməlik dövründə aqressiya bir çox hallarda ətrafdakıların davranışına cavab reaksiyası və ya "qisas" arzusu ilə bağlı ola bilər. Əgər yeniyetmənin aqressiv hərəkətə cavab vermək imkanı olmursa, nəticədə yeniyetmədə frustrasiya halı yüksəlir,lakin aqressiv motivin səviyyəsi ləngiyir.
Müasir dövrümüzün dinamikliyi zəminində yeniyetmələrin problemlərinin psixoloji istiqamətdə tədqiq olunmasında yeni cəhətlər özünü büruzə verir. Yeniyetməlik problemlərinə gender aspektindən yanaşmada mühüm əhəmiyyət kəsb edir.
Yeniyetmələrin problemlərinə gender baxımından yanaşma onların şüurunun ,davranışının formalaşmasında böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə yeniyetmələr üçün ümumi cəhət,onların formalaşmasında maksulinizasiyanın ön plana çıxmasından ibarətdir. Bu mövqedən çıxış edərək, kişinin güclü, müstəqil, aktiv, aqressiv, şəxsi mailiyyətlərə yönəlmiş və s. qadının isə zərif, dözümlü, zəif, asılı, emosional, nəzakətli, ailənin maraqlarına istiqamətlənmiş olmasına xüsusi diqqət yetirilir.
Yeniyetməlik dövrünün özü yüksək risk qrupunu təmsil edir.Bu özünü bir sıra amillərdə göstərir.1-ci psixotermonal proseslərdən başlayaraq, "Mən" konsepsiyasının yenidən qurulması ilə tamamlanan, yeniyetməlik dövrünə keçmənin çətinlikləri, 2-ci yeniyetmənin təqdim etdiyi sosial mövqenin qeyri-müəyyənliyi və məhdudluğu, 3-cü sosial nəzarətin mexanizmlərinin yeniləşməsi ilə şərtlənmiş ziddiyyət: normalar və böyüklərə itaətkarlıqla əsaslanmış heç bir təsir gücünə malik olmayan uşaq nəzarət formaları, böyük nəzarət vasitələri isə təxmin edilən şüurlu intizam və özünə nəzarət isə ya hələ yoxdur və ya hələ möhkəmlənməyib.
İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur, sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir. İnsanın inkişafında bioloji, sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir. Bu nöqteyi nəzərdən psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir. Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir. Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir.
Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi münasibətlərin sınağa çəkildiyi dövrdür.
Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir. Övlada qayğı ilə birgə valideynlər yeniyetmənin "Mən" konsepsiyasının, hisslərinin, həyat planlarını, təfəkkürün formalaşmasında mühüm rol oynayır. Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa, yeniyetməyə mənəvi, psixoloji cəhətdən yaxın, onun dayağı olan insanların mübahisəsi, xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni narahat edir. Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin, həyəcanın, aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır. Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması, valideynlərin ona münasibəti çox vacibdir. Bəzi hallarda yeniyetmənin aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də səbəb olur. Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə, özünə, yaşıdlarına qarşı neqativ hisslər yaradır.
Aqressivlik problemi ilə rastlaşan bir çox valideynlər yeniyetmələrin problemli olması ilə razılaşmaq istəmir. Bəzi valideynlər tez-tez birə bir sualla müraciət edirlər: "Niyə mənim övladım qəddardır?" ,"Qızımın mənə kobud cavab verməsinə nə səbəb ola bilər?" və s.  Hörmətli valideynlər,əgər sizin ailədə aqressiv yeniyetmə varsa,əvvəlcə öz davranışınıza tənqidi yanaşmağa çalışın.Aqressiv davranış modeli barəsində ilk biliklərini də yeniyetmələr ailədə mənimsəyirlər.
Sevinc Ələkbərli
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 922   Tarix: 16 dekabr 2021
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Arıqlamağa kömək edən YEGANƏ MƏHSUL

Mütəxəssislər arıqlamağın yeganə yolunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, kilo vermək üçün 50:50 deyilən qaydaya əməl etməlidir. . Karbohidratların səviyyəsini gündə 50 q-dan aşağı saxlamaq lazımdır, lakin zülalları

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı

Sən mənim ürəyimi sındırdın, çətin bir də düzələ. Travma və stresdən sonra "ürəyi qırılanlar, sınanlar" əslində nə yaşayır?. "Medicina"-ya istinadən xəbər verir ki, kardioloq Valeria Txorikova "qırılmı

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Dünyanın ən qəribə və müalicəsi olmayan XƏSTƏLİKLƏRİ

Diabet, hipertoniya və ya astma kimi demək olar ki, hamımızın eşitdiyi tibbi xəstəliklər var. . unikal-a istinadən xəbər verir ki, insanlar bədənlərindəki balanssızlıqlar və ya zərərli orqanizmlərin yaratdığı problemlər səbəbində

.

Qəbizliyi dərhal aradan qaldıran tərəvəz

Qəbizlik geniş yayılan və haqqında çox danışılmayan bir problemdir. Bu problem çox vaxt həyat keyfiyyətini aşağı salır və insanı narahat hiss etdirir. Uzun müddət davam etdikdə isə xroniki hal ala bilər. Ona görə də qəbizliy

.

Yerkökü xərçəng riskini azalda bilər

Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.   -a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizin

.

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Sağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələləri

.

Yumurta qabığını atmayın - Bu faydaları var

a istinadən yumurta qabığından istifadə edə biləcəyiniz sahələri təqdim edir:. - Tərkibindəki kalsium, maqnezium və digər minerallar sayəsində təbii gübrə kimi istifadə edilə bilər. Torpaqla qarışdıqda bitkilərin qidalanmasın

turlar.az

sonxeber.az yay kolleksiyasi geyim seçimi yay geyimləri 2024 kəpək xina haqqinda melumat geyim dəbləri qadin tumani kosmetika intim tanisliq azerbaycanli is adami amerikada gullelendi uzeyir hacibeyli qaynana