Yuxu dərmanları nəyə səbəb olur?

Yuxu dərmanları nəyə səbəb olur?İnsanların bir çoxu müəyyən səbəblərdən yuxu problemi ülə üzləşir. Problemdən çıxış yolu isə yuxu dərmanlarının içilməsində görülür.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan professor Muhammed Emin Akkoyunlu yuxu dərmanlarından düzgün istifadə edilmədiyi təqdirdə meydana gələn fəsadlar barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, yuxu həbləri həkim tövsiyəsi ilə istifadə edilmirsə, ciddi narahatlıqlara, hətta ölümə səbəb ola bilər. Həkim deyib ki, bu dərmanlar səbəbsiz istifadə edildikdə, xroniki yuxu və psixoloji pozğunluqlar yaradır. Onun sözlərinə görə, yatmazdan əvvəl uzun zaman televizora baxmaq, telefon və kompüterlə məşğul olmaq beyində kortizon kimi stress hormonlarına təsir edir və yuxu narahatlığı meydana gəlir. Yuxu pozğunluğu hissi, duyğuları, konsentrasiyanı, yaddaşı zəiflədir, düzgün qərar qəbul edə bilməməyə, diqqətsizlik və depresiyaya səbəb olur. Belə hallarda yuxuya getmək üçün istifadə olunan yuxu həbləri sayəsində yaranan yuxu isə əsl yuxu deyil və əsl yuxunun effektini vermir.
Professor hesab edir ki, dərmanla yuxuya getmək, üç ölçülü bir film izləmək kimi, beynində də virtual yuxu reallığı yaradır. Belə yuxu həqiqi və rahatlıqdan uzaqdır. Bundan əlavə, bu dərmanlar orqanizmdə hər hansı bir xəstəlik olarsa, ciddi fəsada səbəb ola bilər. Tənəffüs sisiteminə ziyan vuran bu dərmanların əlavə xəstəlik olmasa belə, ölümlə nəticələnən bir çox problemə səbəb olması mümkündür.
Bu səbəbdən, özfəaliyyət olaraq, kiminsə məsləhəti ilə yuxu dəmanı içmək olmaz. Bunu ancaq həkim təyin etməlidir. Keyfiyyətli yuxunun yolu isə yuxu gigiyenasını təmin etməkdən keçir. Yatmaq üçün qaranlıq, sakit bir mühit seçmək, yatmağa vaxt ayırmaq lazımdır. Bundan sonra da yuxu problemi olsarsa, professionallara müraciət olunmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1206   Tarix: 22 avqust 2020
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Cökə çayının bilmədiyimiz faydaları

Mütəxəssislər cökə çayının bilinməyən faydalarını açıqlayıblar.   -a istinadən bildirir ki, bu çay qan təzyiqini normallaşdırmağa, həzmi yaxşılaşdırmağa və bədəndə iltihabı azaltmağa kömək edir. Xərçəng əmələ gətirməyə qadi

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

79 illik araşdırmanın nəticələri açıqlandı:Kişilərdə cinsi orqanın ölçüsü artıb, amma

Kişi cinsiyyət orqanının ölçüləri ilə bağlı 79 illik tədqiqatın nəticələri dərc edilib.   -a istinadən xəbər verir ki, kişilərin cinsiyyət üzvünün uzunluğunun artdığı müəyyən edilib. Ancaq bu, alimlərin narahatlığına səbə

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

turlar.az

sonxeber.az adlarin menasi yay kolleksiyasi yaz geyimleri 2024 qadınlarda erroziya erotik fantaziya əllərin tərləməsi dosabin xeyri kosmetika bir arzum var damla zəhmət haxista novruz hakıştası