"Zob"un simptomları, müalicəsi və profilaktikası

Boğaz uru ("zob" xəstəliyi) ilk mərhələdə özünü büruzə vermədiyinə görə xəstə uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir.
Xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur. Belə ki, traxeya (nəfəs yolu) və qırtlağın sıxılması zamanı xəstədə tənəffüsün çətinləşməsi, səsin tutğunluğu, davamlı quru öskürək, qəhər hissi, boğulma tutmaları (xüsusən də bədənin vəziyyətini dəyişəndə) qeyd olunur. Qida borusunun sıxılması udmanın çətinlşməsinə, boyun nahiyəsində damarların sıxılması isə əyilmə zamanı başda gərginlik hissi, başgicəllənməsinə gətirib çıxarır. Bu əlamətlər boğaz urunun bütün növləri üçün eynidir.
Bundan əlavə, boğaz urunun növündən asılı olaraq xəstədə digər simptomlar da meydana çıxır. Endemik ura xas olan hipotireoz (tireoid hormonlarının azlığı) özünü aşağıdakı əlamətlərlə büruzə verir:
- tez-tez baş verən soyuqdəymələr, KRVİ (kəskin respirator, yəni tənəffüs yollarının virus infeksiyaları), bronxit və hətta sətəlcəm;
- arterial təzyiqin azalması (hipotoniya), ürək nahiyəsində ağrılar, fiziki iş zamanı təngnəfəslik;
- iştahasızlıq, ürəkbulanma, qarın köpü (bağırsaq qazlarının artması);
- gündüz süstlük, gecə isə yuxusuzluq, hafizənin zəifləməsi, əsəbilik, depressiya (ruh düşkünlüyü);
- dərinin quruluğu, saçların tökülməsi, bədən temperaturunun azalması;
- iştahasızlıq fonunda çəkinin artması (ödemlər hesabına), xəstənin sifətinin ifadəsiz və şişkin olması;
- uşaqlarda - fiziki və əqli gerilik;
- kişilərdə - cinsi zəiflik və seksual həvəsin azalması, qadınlarda menstrual siklin (aybaşıların) pozulması.
Hipotireoz - sonsuzluq və uşaq salmanın ən çox yayılmış səbəblərindən biridir.
Diffuz və ya düyünlü toksiki ur isə bu nahiyədə ağrılardan əlavə həm də hipertireoz (tireoid hormonların artıqlığı) əlamətləri ilə seçilir:
- nəbzin surətlənməsi və güclənməsi, aritmiya (ürək ritmi pozulması), ürək nahyəsində ağrı, təngnəfəslik;
- qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsi;
- kişilərdə - potensiyanın zəifləməsi (cinsi zəiflik), qadınlarda - çox vaxt aybaşı olmaması;
- daima aclıq fonunda çəkinin azalması;
- uzun müddət davam edən hərarət (37,5 - 38 oC dək);
- quru və isti dəri;
- bərəlmiş gözlər;
- əllərin əsməsi.
Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə, vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və həkimin tövsiyyələrinə ciddi riayət edin, təyin edilmiş dərman preparatlarını vaxtında və düzgün qəbul edin!
Unutmayın ki, boğaz urunun fəsadları insanın səhhəti və həyatı üçün çox təhlükəli ola bilər - sonsuzluq, uşaqsalma, miokard infarktı, insult, kəskin böyrək çatışmazlığı, tireotoksik kriz nəticəsində komatoz vəziyyət.
Boğaz urunun diaqnostikası
Müayinənin ilk mərhələsində qalxanvari vəz palpasiya olunur (əl ilə yoxlanılır) və onun böyümə dərəcəsi müəyyən edilir. Diaqnoz USM (ultrasəs müayinəsi) və laborator analizlər vasitəsilə təsdiq olunur. USM vəzin ölçülərini, həcmini və toxumasının quruluşunu dəqiqləşdirir, laborator müayinə isə qanda qalxanvari vəzi və hipofiz hormonlarının (TSH, T3, T4 və s.), eləcə də müvafiq anticismlərin səviyyəsini tədqiq edir. Analiz üçün qan acqarına, səhər saat 10.00 dək alınır. Bundan qabaq 20-30 dəqiqə sakit və rahat vəziyyətdə oturmaq lazımdır.
Qalxanvari vəzdə bir və ya bir neçə düyün aşkar edilərsə, həkim bu düyün toxumasının biopsiyasını (hüceyrələrin tədqiqatını) təyin edir. Bunun üçün nazik iynə ilə düyünün toxumasının kiçik hissəsi alınır və histoloji müayinə edilir (hüceyrələrin müayinəsi). Bu müayinənin məqsədlərindən biri də qalxanvari vəzdə xərçəng hüceyrələrinin erkən aşkar olunmasıdır.
Boğaz urunun müalicəsi
Boğaz urunun müalicəsi həkim-endokrinoloq tərəfindən aparılır. Müalicə taktikası xəstəliyin növü və səbəblərinə əsasən seçilir.
Hipotireoz (qalxanvari vəz hormonlarının çatışmazlığı) ilə müşayiət olunan boğaz uru zamanı xəstəyə həmin hormon tərkibli dərman preparatları (adətən L-tiroksin) təyin edilir. Dərmanın dozası müvafiq laborator analizlərin nəticəsinə görə düzgün seçilərsə, xəstənin vəziyyəti əksər hallarda tezliklə yaxşılaşır. Müalicənin davam etmə müddətini həkim təyin edir.
Tireoid hormonlarının artıqlığı (hipertireoz) zamanı qalxanvari vəzin fəaliyyətini azaltmaq üçün müvafiq dərman preparatları təyin edilir. Tireotoksikozun müalicəsi üçün müasir preparatlar çox vaxt hətta xəstəliyin ağır formaları zamanı müvəffəqiyyətlə tətbiq olunur. Xəstəliyin bu növünün müalicəsi üçün padioaktiv yoddan da istifadə olunur - məqsəd isə həmin yodun qalxanvari vəzdə toplanaraq tireositlərin (qalxanvari vəzi hüceyrələrinin) bir hissəsinin məhv edilməsi və bununla da tireoid hormonlarının hasilatının azalaraq normal səviyyəyə yaxınlaşmasıdır.
Qalxanvari vəzin böyük ölçülü olması, boğaz urunun bədxassəli şişə çevrilmə təhlükəsi, ətraf orqanların sıxılması, medikmentoz (dərman preparatları ilə) müalicənin mümkünsüzlüyü və ya lazımi effekt verməməsi və s. hallarda cərrahi əməliyyat tətbiq edilir. Bu qərarı həkim laborator və digər müayinələrin nəticələrinə əsasən qəbul edir. Əməliyyat zamanı qalxanvari vəzin əksər toxuması kəsilərək çıxarılır və yalnız kiçik hissəsi (3 ml-dən artıq olmayaraq) saxlanılır.
Keçmişdə bu cərrahi müdaxilə zamanı boyunun ön səthində kəsik aparılır və əməliyyatdan sonra qadını heç də gözəlləşdirməyən çapıq qalırdı. Müasir dövrümüzdə isə boğaz urunun xaric edilməsi əməliyyatı endoskopik üsulla yerinə yetirilir - kiçik kəsiklərdən cərrahi alətlər və xüsusi kamera daxil edilir, cərrah görüntünü monitorda izləyərək işini başa çatdırır. Endoskopik əməliyyatlardan sonra bərpa müddəti çox qısa, çapıqlar isə çox kiçik və incə olur.
Qalxanvari vəzin xaric edilməsi əməliyyatından sonra xəstə ömrünün sonuna dək həkimin təyin etdiyi qalxanvari vəzi hormonlarını qəbul edir.
Boğaz urunun profilaktikası
Endemik boğaz urunun profilaktikasının əsas istiqaməti qidada yod qıtlığının aradan qaldırılmasıdır. Bu məqsədlə yodlaşdırılmış duzdan istifadə edilməli, yuxarıda göstərilmiş yodla zəngin olan məhsullar rasiona daxil olunmalıdır.
Ölkəmizin bir sıra rayonlarında yod qıtlığını nəzərə alaraq, əksər uşaqlar, yeniyetmələr və hamilə qadınlar əlavə profilaktik tədbir kimi yod preparatlarını qəbul etməlidirlər. Dərman preparatının və onun dozasının düzgün seçilməsi üçün müvafiq həkim mütəxəssisə (endokrinloq, ginekoloq, uşaq həkimi) müraciət edilməlidir.
Profilaktikanın digər istiqaməti isə xəstəliyin erkən aşkar olunmasıdır. İstənilən növ boğaz urunun yuxarıda qeyd edilən risk amillərindən hər hansı Sizdə də mövcuddursa, məsələn, endemik zonada yaşayırsınız və ya nəslinizdə qalxanvari vəzi xəstəlikləri qeyd olunubsa, həkim-endokrinoloqun qəbuluna yazılın və müayinə olunun.
Milli.Az

Xəbərlər     Baxılıb: 1123   Tarix: 07 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməy

.

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

"Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olara

.

Ömrü uzadan ən vacib 5 qida

Hamımız 100 il sağlam yaşamaq istərdik, lakin buna necə nail olacağımızı tapmaq çətin ola bilər. qaynarinfo-ya istinadən xəbər verir ki, "SheFinds" portalı pəhrizinizə canlı maddələrlə zəngin bir sıra qidalar əlav

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Arıqlamağa kömək edən YEGANƏ MƏHSUL

Mütəxəssislər arıqlamağın yeganə yolunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, kilo vermək üçün 50:50 deyilən qaydaya əməl etməlidir. . Karbohidratların səviyyəsini gündə 50 q-dan aşağı saxlamaq lazımdır, lakin zülalları

.

Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?

"Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". -a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib. O bildirib ki, spirt - tərkibində etanol ola

turlar.az

sonxeber.az geyim seçimi geyim necə seçməli gozel gorunmek valideyn haqqinda meyvələr vətənə aid atalar sözü böyrək problemi kosmetika öpüşme birlik haqqinda burcler orqazm cinsi