3 uşaq atası 23 yaşlı qızı günlərlə tövlədə saxladı, dəfələrlə əlaqədə oldu və... - Yardımlıda ŞOK OLAY

3 uşaq atası 23 yaşlı qızı günlərlə tövlədə saxladı, dəfələrlə əlaqədə oldu və... - Yardımlıda ŞOK OLAYYardımlı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Niyazi Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Niyazi Təhməzov Yardımlı rayonunun Telavar kəndində dünyaya gəlib. Orta təhsilli olan Niyazi Təhməzov 3 azyaşlı uşaq atasıdır. O, Yardımlı Televiziya Yayım Stansiyasında elektrik montyoru işləyib, həmçinin istirahət və boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olub.

Tanışlıq

Niyazi Təhməzov taksi xidməti göstərməsi ilə bağlı tanış olduğu həmkəndlisi və qonşusu, 23 yaşlı Natəvan Babayeva ilə 2017-ci ilin yanvar ayından başlayaraq mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlayıb.

Niyazi Təhməzov Natəvan Babayeva ilə telefon danışığı zamanı sevgi məzmunlu söhbətlər edib, onunla ikinci arvad kimi faktiki evlənmək barədə razılığa gəlib.

Sevgi münasibəti

Daha sonra Niyazi Təhməzov Natəvan Babayeva ilə müxtəlif vaxtlarda gizli görüşüb. O, Natəvanla qonşu rayonların birində kirayə ev tutub və birgə yaşamaları barədə qabaqcadan razılaşıblar.

Niyazi 6 aprel 2017-ci ildə, gecə saat 02-də Natəvan Babayevanın yaşadığı evin mətbəx otağının pəncərəsinə yaxınlaşıb. Sonuncu şəxsi istifadəsində olan geyim, bəzək və kosmetik əşyalarını yığdığı dörd ədəd çantanı özü ilə götürüb. Sonra o, Niyazi ilə həmkəndlisi Cavad Əbişova məxsus faktiki olaraq heç kimin yaşamadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən, döşəməsi samanla örtülü olan tövləyə gəlib. Onlar orada gizləniblər.

Cinsi əlaqə təklifi

Niyazi Təhməzov həmin günü saat 04-də Natəvanı tövlədə tək qoyub və səhəri günü geri qayıtmaq şərti ilə yaşadığı evə gedib. Ertəsi gün, saat 20-də tövləyə qayıdan Niyazi Natəvan Babayevaya anal cinsi əlaqəyə girməyi təklif edib.

Zorakılıq və cinsi əlaqə

Lakin Natəvan Babayeva onun bu təklifinə razı olmayıb. Niyazi isə cinsi ehtirasını təmin etmək üçün Natəvan Babayevanın üzərinə hücum edib, ona zor tətbiq edib. O, Natəvana xəsarət yetirərək, onunla cinsi əlaqədə olub.

Niyazi Təhməzov Natəvan Babayevanın onun ikinci arvadı olmağa razılıq verməsinə baxmayaraq, onunla anal cinsi əlaqədə olmaqdan imtina etməsindən, həmçinin ona qarşı fəal müqavimət göstərməsindən əsəbiləşib.Qətl və ittiham

Buna görə də Niyazi Təhməzov Natəvandan qisas almaq niyyəti ilə həmin gün saat 22-də onu öldürmək qərarına gəlib. O, qadının boğaz nahiyəsindən tutaraq, onu boğaraq öldürüb.

İstintaq orqanı tərəfindən Niyazi Təhməzova Cinayət Məcəlləsinin 120.2.6-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.

18 il cəza və narazılıq

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyazi Təhməzov 18 il müddətinə həbs olunub. Hökmdən narazı qalan Niyazi Təhməzov apelyasiya şikayəti verib. Niyazi Təhməzov əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsini istəyib. Zərərçəkmiş tərəf də Niyazi Təhməzovun cəzasının ağırlaşdırılması barədə apelyasiya şikayəti verib.

"Könüllü cinsi əlaqədə olmuşam"

Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Niyazi Təhməzov özünü Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilməyib: "Natəvan Babayevanı qətlə yetirməmişdən öncə ona qarşı cinsi ehtirasımı təmin etmək istəmişəm. Bu məqsədlə ona qarşı heç bir zor tətbiq etməmişəm. Anus dəliyi vasitəsi ilə onunla cinsi əlaqədə olmamışam. Onunla könüllü cinsi əlaqəyə girmişəm".

Niyazi Təhməzov ittiham olunduğu Cinayət Məcəlləsinin 150.1-ci maddəsinə xitam verilməsini, digər maddəni isə 120.1-ci maddəsinə tövsif edilməsini istəyib. O, həmin maddənin sanksiyasından nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini xahiş edib.

"Ömürlük cəza verilsin"

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsiİntiqam Hüseynov bildirib ki, törədilmiş cinayət əməli insanlığa xas olmayan hərəkətdir: "Birinci instansiya məhkəməsi hökmünün cəza hissəsi dəyişdirilməli və məhkum edilmiş şəxs Niyazi Təhməzova ömürlük azadlıqdan məhrumetmə cəzası verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş etsək də, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə yüngül cəza təyin olunub. Belə ki, məhkum edilmiş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsə aşağı həddə cəza verib".

Hakim heyəti tərəflərin şikayətini araşdırandan sonra qərarı açıqlayıb. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb./Publika.az

Xəbərlər     Baxılıb: 4822   Tarix: 26 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

makiyaj instagram sac duzumleri yaz geyimleri 2026 xinayaxdi ucun sozler buga burcu atalar sozleri ve meseller döşləri necə böyütmək olar kosmetika xocali masqalar novruz hakısdası zəhmət vetene aid atalar sozleri