"Ağladım ki, bakirəyəm. O, isə..." - Zorakılığa məruz qalan azərbayanlı qadının DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ

"Ağladım ki, bakirəyəm. O, isə..." - Zorakılığa məruz qalan azərbayanlı qadının DƏHŞƏTLİ HƏYAT HEKAYƏSİ"Qışqırdım ki, indi özümü maşından atacağam. Dedilər "atırsan at, cəhənnəmə at". Həmin vaxt şoka düşdüm. Fərid maşını bərk sürərək Hövsan yoluna döndü. Ora çatan kimi maşını saxlayıb indiyə kimi eşitmədiyim nalayiq ifadələrlə "görün sizi neyniyəcik" deyə bağırırdı... Ağladım ki, bakirəyəm. O, isə..."

Bu ifadələr Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev və Vüsal Babayev tərəfindən seksual istismara məruz qalan zərərçəkən qadına məxsusdur. F.Azayevlə yanaşı eyni məhkəmədə qardaşı Faiq Azayev də ittiham olunub.

Qeyd edək ki, adı çəkilənlərlə birgə suçlanan Sona Kərimovanın məhkəməsi artıq bitib. Bu məhkəmə prosesi qapalı keçirildiyindən təqsirləndirilən şəxslərin əməlləri barədə geniş informasiya yox idi.

Lent.az-ın bu məhkəmə prosesi ilə bağlı əldə etdiyi məlumatlarda çox heyrətamiz, qorxunc məqamlar var.

Onu da diqqətinizə çatdıraq ki, bu insanlar mətbuatda həm də məşhur şou-biznes nümayəndələrinin adı ilə xatırlanıblar. Belə ki, Faiq Azayevin müğənni Rəqsanə İsmayılovanın, qardaşı Fərid Azayevin isə produsser Təranənin sevgilisi olduğu bildirilib.

Rəsmi ittihama görə, Azayev Fərid İsif oğlu 22 dekabr 2014-cü il tarixdə gecə saat 02.30 radələrində "Range Rover" markalı avtomaşınla hərəkətdə olarkən, Bakıxanov küçəsində yerləşən "Solo Karaoke" klubunda keçirilən doğum günü mərasimindən çıxıb taksi tapmaq istəyən Gürcüstan vətəndaşı Nigar (ad şərtidir) və Azərbaycan vətəndaşı Gülnarın (ad şərtidir) yanına yaxınlaşıb. O, bir-neçə dəfə qızlara təklif edib ki, onları istədikləri yerə aparsınlar. Lakin qızlar rədd cavabı verib. Rədd cavabı alsa da avtomaşınla qızların qarşısına keçərək onlarla getmələrində israr edib. Bu vaxt qarşıdan Yasamal RPİ-nin Post Patrul Xidməti avtomaşını gəlib və qızlar fürsətdən istifadə edib taksiyə miniblər. F.Azayev isə "Kia Rio" markalı taksini təqib edərək saxlatdırıb və qızları zorla öz maşınına əyləşdirib. Qızları evlərinə aparacağı vədi ilə aldadan Fərid Azayevin yanında Vüsal Babayev olub. Yolda isə Nigarın səs-küy salmasına, ağlamasına məhəl qoymayan Azayev maşını sürətlə idarə edərək , "Zığ-Aeroport" yolundan "Hövsan yolu"na dönərək Xətai rayonu Naximov küçəsi döngə 2-də avtomaşınını saxlayıb. Burada o, "düşün fahişələr, görün sizə nə edəcəyik?" sözlərini deyib. Nigar maşından düşərək qaçmaq istəsə də, onu tutub. Nigara zor tətbiq edərək ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu zaman tanışı Vüsal Babayev də onun bu əməli yerinə yetirməsində köməklik edib. Ona görə hər iki şəxsə ittiham verilib.

İş üzrə dindirilən zərərçəkmiş Nigar ifadəsində göstərir ki, Gürcüstan vətəndaşıdır. Hadisə günündən danışan zərərçəkmiş rəfiqələri ilə restorandan çıxdığını deyib: "Restorandan çıxdıq. Taksi sifariş etmişdik. Bu zaman "Range Rover" markalı avtomobil yanımıza yaxınlaşıb "hara gedirsiniz, sizi aparaq" dedi. Biz razılaşmadıq. "Range Rover" yavaş-yavaş arxaya verdi, sağ tərəfdə oturan oğlan söz atmaqda davam edirdi. Yolu keçmək istəyəndə maşını sürətlə sürüb yenə bizim qarşımızı kəsdi. Sonradan adını Vüsal kimi bildiyim oğlan bizi evə aparacaqlarını bildirdi. Gürcü dilində Vüsalla danışdım. Fikirləşdim ki, bəlkə bilərlər xarici vətəndaşıq və bizdən əl çəkərlər. Həmin oğlan rus dilində məndən gürcüstanlı olmağımı soruşdu. Cavab vermədən yolu keçib taksiyə mindim. Bir müddət gedəndən sonra taksi sürücüsünə polis olduqlarını dedilər və taksini saxlatdılar. Bizi zorla maşından düşürdərək söyüşlər söyürdülər. Sonra and içdilər ki, sizi evə aparacağıq. Vüsalgil "Azdrama" dairəsindən "Qış bulvarının" yanı ilə gedərək sağa dönüb "Sahil metrosuna" tərəf getdilər. Ora çatanda hiss etdim ki, bunlar bizi evə aparmaq istəmir. Dedilər "buradan yol yoxdur, "protivdir", qabaqdan "28 May"a tərəfə dönəcəyik". Amma onlar dönmədən düz getdilər. Qışqırdım, dedim özümü maşından atacağam. Dedilər "atırsan at, cəhənnəmə at". Həmin vaxt şoka düşdüm. Fərid maşını bərk sürərək Hövsan yoluna döndü. Ora çatan kimi maşını saxlayaq nalayiq ifadələrlə "görün sizi neyniyəcik" deyə qışqırdı. Mən ona günahımızın olmadığını dedim. O, məni belimdən tutub yerə uzandırmaq istədi. Qışqırdım ki, bakirəyəm. Bu fikrindən döndü. Amma məni yerə oturdurub dedi "gör Azərbaycan kişiləri necə olur". Mənə qarşı seksual xarakterli hərəkətlər törətdi. (Zərərçəkən işgəncə ilə zorlandığını bütün detalları ilə anlatsa da onları geniş oxucu kütləsinə təqdim edə bilmirik - red.) Sonda zorla əlindən qurtarıb maşın yoluna qaçdım. O, məni tutub "nə kino açırsan, min maşına evinə aparıram sakitləş, panika yaratma" dedi. Qorxumdan maşına mindim və məni evə gətirdi. Bu barədə polisə məlumat verdik".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçən məhkəmədə adı çəkilən insanlar barədə hökm verilib. Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il və Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbərlər     Baxılıb: 2684   Tarix: 31 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır. -a istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər. Belə ki, diyetoloq Natalie Rizzo qey

turlar.az

yemek reseptleri qis geyimləri 2026 donlar 2026 cinsi xəstəliklər necə hamilə qalmaq olar tük çıxartma günün kombini kosmetika kley lekesi hakisdalar cinsi elaqe novruz bayramına aid bakışta yumurta