Bu çay qaraciyərə zərər verə bilər
Yaşıl çay sağlamlıq üçün olduqca faydalı hesab olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta bu içkinin də bəzi yan təsirləri ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər apardığı araşdırma nəticəsində çay kolu bitkisinin tərkibində bəzi botanik toksinlər mövcudluğu məlum olub. Bu maddələr bəzi insanlarda metabolik reaksiyaya səbəb olaraq qaraciyərə zərər verə bilər.
Araşdırmanın məlumatına görə, yaşıl çay ekstraktı səbəbindən qaraciyər iltihabı ilə bağlı yüzdən çox hal qeydə alınıb. Bəzi hallarda yaşıl çayın istifadəsi, xüsusilə qadınlarda, hətta qaraciyər çatışmazlığına qədər gətirib çıxarıb.
Araşdırmalar zamanı məlum olub ki, yaşıl çayın səbəb olduğu qaraciyər iltihabı və çatışmazlığı hallarına olduqca nadir rast gəlinir. Buna görə də bu içkidən tam imtina etməyə ehtiyac yoxdur. Lakin onu həddindən artıq istifadə etmək də tövsiyə edilmir. /Lent.az
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər