Erojen zonalar necə formalaşır? - Seksoloqdan açıqlama

Erojen zonalar necə formalaşır? - Seksoloqdan açıqlamaErojen zonalar adətən dərinin daha nazik və sinir uclarının daha çox olduğu bədən hissələrində yerləşir, lakin bəzən bu zonalar gözlənilməz yerlərdə də meydana çıxa bilər. Onların formalaşması isə insan həyatının ilk ilindən başlayır və valideynlərin uşaqla necə təmasda olmasından asılıdır.
Milli.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna"ya verdiyi müsahibədə ukraynalı seksoloq və psixoloq Svyatoslava Fedorets məlumat verib.
Erojen zonalar necə yaranır?
Adətən, təbiət erojen zonaları dərinin daha həssas və sinir ucları ilə zəngin sahələrində yaradır. Lakin bəzi hallarda bu zonalar daha qeyri-adi yerlərdə də formalaşa bilir.
Fedorets klinik təcrübələrdən misallar çəkərək bildirib ki, bəzi qadınlarda başın tüklü hissəsinə toxunmaq, digərlərində isə belin altına masaj orgasm hissi yarada bilər.
"Gender bərabərliyi naminə bir kişi haqqında da klinik nümunə paylaşım: o, dizdən aşağı ayaqlarına soyuq su tökməklə orgasm yaşayırdı", - deyə ekspert bildirib.
Uşaqlıqda toxunmanın əhəmiyyəti
Fedoretsin sözlərinə görə, erojen zonaların formalaşması insan həyatının ilk ilində baş verir. Bu dövrdə valideynlərin uşaqlarla "dəriyə dəri təması" (skin-to-skin contact) qurması mühüm rol oynayır. Bu, uşağa bağlılıq, təhlükəsizlik və qəbul olunduğunu hiss etdirir.
Ekspert qeyd edir ki, bu təhlükəsizlik hissi gələcəkdə sağlam münasibətlərin qurulması və seksual həyatdan zövq almaq qabiliyyətinə birbaşa təsir edir.
Uşağın bədəninə münasibətdə düzgün yanaşma vacibdir
Seksoloq xəbərdarlıq edir ki, uşağın cinsiyyət orqanlarına toxunmasına görə onu danlamaq, mənfi reaksiya göstərmək yolverilməzdir.
"Bədənin bütün hissələri vacibdir, cinsiyyət orqanları da həmçinin. Əgər valideynlər bu davranışa neqativ yanaşırsa, uşaqda bu hissənin "çirkli" və ya "pis" olduğuna dair dərin və şüursuz bir inanc formalaşır. Bu da sonradan onların rahatlamasına, yaxınlığı qəbul etməsinə və hətta həkimə müraciət etməsinə mane ola bilər", - deyə Fedorets izah edir.
O, vurğulayır ki, uşaqlıqda formalaşan utanc və mənfi münasibətlər təkcə emosional vəziyyətə deyil, eyni zamanda fiziki sağlamlığa da təsir göstərə bilər və gələcəkdə zövq alma qabiliyyətini məhdudlaşdıra bilər.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1274   Tarix: 13 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

kosmetika mehsullari toy gecesi sade makiyaj sekilleri geyim seçimi marqarita pizza vaginal quruluq xəmir reseptləri kosmetika kahfe falı ikizler novruz bayramına aid hakıştalar bayati qaynana hakista