Həbs olunanlar, söyüş söyənlər, intim videolar - 2017-nin qalmaqalları

Həbs olunanlar, söyüş söyənlər, intim videolar - 2017-nin qalmaqallarıSəs-küylü şou-biznes aləmi 2017-ci ilə də bəzi qalmaqalları ilə iz qoyub. İl boyu baş verən bir çox qalmaqallı hadisələrin səs-sorağı hələ də səngimək bilmir.

Axşam.az geridə qoyduğumuz ildə yaddaşlara həkk olunan qalmaqalların siyahısını təqdim edir:

İlin ən gözlənilməz qalmaqalı aktrisalar Pərvin Abıyeva ilə Tunay Əliyeva arasında yaşanıb. Tərəflər bir-birinə "fahişə" deyib, daha sonra məhkəməyə üz tutdular.

Pərvinin növbəti qalmaqalı müğənni Səidə Sultanla yaşanmışdı. "Maşın" şouda başlayan dava, hər iki tərəfin bir-birinə səslərini yüksəltməsi ilə böyümüşdü. Bu dava sonra tərəflərin barışması ilə bitib.

İlin ən səs-küylü hadisələrindən biri reper Elşaq Xose ilə rəqqasə Oksana Rəsulova arasında yaşanıb. Elşad keçmiş arvadını döyüb, bıçaqla hədələyib. Oksana isə onu polisə şikayət etmişdi.

İlin sonuna yaxın əməkdar artist Röya Ayxanla müğənni Nigar Camal arasında qalmaqal yaşandı. Buna səbəb sənətçilərin Türkiyədə qatıldığı "Altın kelebek" mükafatlandırma gecəsində baş verənlər olub. Röya Nigarı onun paxıllığını çəkməkdə günahlandırıb.

2017-ci ildə ən gözlənilməz xəbər Natavan Həbibi ilə reper Dadonun evlənməsi olmuşdu. Elə onların boşanması da qalmaqal yaradıb. Hazırda cütlük ayrı yaşayır.

İlin son ayı prodüser Tarix Əliyevlə (Tolik) müğənni-bəstəkar Rəhim Rəhimli dava edib. Tolikin Rəhimə "yekəbaş" deməsi, qarşı tərəfin etirazına səbəb olub.

Müğənnni İradə İbrahimova ilə Röya Ayxan arasında da bu il qalmaqal yaşanıb. İradə Röyanın Türkiyədə ulduz ola bilməyəcəyini deyib. Röya isə onu "Mən danışsam səni buradan sürüyüb aparacaqlar" sözləri ilə hədələyib.

Müğənni Təranə Qumralla Nazənin arasında neçə ildir davam edən qalmaqal bu il də davam edib. Təranə məhkəmədə uduzaraq qarşı tərəfə 3500 manat təzminat ödəməlidir. Amma hər iki tərəfin davası hələ də bitmir.

Əməkdar artist Aygün Bəylər də il boyu ən səs-küylü məşhurlardan oldu. Əvvəlcə xanəndə yalançı ərə getmə xəbəri ilə gündəmə gəldi. O, piar üçün yalandan toya hazırlaşdığı xəbərini yaydı. Daha sonra isə Röya Ayxana söz atıb, onun sənətinin olmadığını söyləyib.

İlin ən səs-küylü qalmaqalı isə xalq artistləri Ramiz Məliklə Məleykə Əsədova arasında yaşanıb. Ramiz qarşı tərəfi geyiminə görə təhqir edib. Əsədova onu məhkəməyə verərək 100 min təzminat istəyib. R.Məlik də Məleykəni məhkəməyə verərək 300 min təzminat istəyib.

İlin ən səs-küylü hadisəsi müğənni Fədayə Laçının həbsi olub. Həbsdən qaçarkən "Qoca" ləqəbli məhkum Etibar Məmədova kömək edib. Daha sonra Fədayənin həmin məhkumla sevgili olduğu deyildi. Hazırda Fədayə Laçın həbsdədir.

Reper Anar Nağılbaz isə intim videosu ilə gündəmə gəlib. Sənətçi əvvəlcə boşandığını dedi. daha sonra videosu yayıldı. Sonra isə siflis xəstəsi olduğu söylənildi.

Xəbərlər     Baxılıb: 1933   Tarix: 27 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

makiyaj instagram sac duzumleri yaz geyimleri 2026 xinayaxdi ucun sozler buga burcu atalar sozleri ve meseller döşləri necə böyütmək olar kosmetika xocali masqalar novruz hakısdası zəhmət vetene aid atalar sozleri