"Mənim atam, ərim yoxdur, bu, o demək deyil ki...?"

"Mənim atam, ərim yoxdur, bu, o demək deyil ki...?""Dünən axşam saat altı radələrində qızımla toya getməyə hazırlaşırdım. Qapı döyüldü, Rafiq adlı qonşu çox sərt şəkildə dedi ki, düş, maşını götür, mənim yerimdə saxlamısan. Bildirdim ki, toya gedirəm, indi düşürəm. Mən aşağı düşən kimi maşına cumdu. Uşaq oturan tərəfdən qapını açıb məni təhqir etməyə başladı".

Xanim.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında ötən gün qonşusuyla bağlı Xətai RPİ-nin 36-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edən aparıcı-aktrisa Könül Yusifqızı hadisənin təfərrüatını danışarkən səsləndirib. O bildirib ki, maşın saxlamaq üstündə yaranan mübahisə davaya çevrilib və 40-45 yaşlarında olan qonşusu onu vurub:

"Deyir, bilirsən sənin başına nə oyun açaram? Bütün bunları səkkiz yaşlı qızımın yanında deyir. Aşağı düşüb dedim ki, yekə kişisən, bu, nə danışıqdır? Axı harda yazılıb ki, bura sənin yerindir. Bildirdi ki, səni videoya çəkərəm. Mən indiyə qədər elə küçə söyüşləri eşitməmişəm. Qonşular araya girdilər. Amma buna qədər o, məni vurdu və gödəkçəmi cırdı. Əlimdə məhkəmə tibbi ekspertizasından kağızım var. Kəllə beyin travması almışam. Gecə də üstümə təcili tibbi yardım gəldi. Uşaq da çox pis qorxub".

K.Yusifqızı qeyd edib ki, sözügedən şəxs də onun barəsində polisə ərizəylə müraciət edib:

"Şəxsi tanışlığım olmayan adamdır. Bilirəm ki, üst mərtəbədə yaşayır və tez-tez evdə davaları olur. Ancaq harda işlədiyini bilmirəm. Xətai RPİ-nin 36-cı polis bölməsində ərizə yazmışam. Amma bildiyimə görə, həmin şəxs saxlanılmayıb. Deyəsən, o da ərizə yazıb. Mən polis bölməsindəydim, o qapıdan içəri girəndə yüksək vəzifəli şəxsin adını çəkdi. Polislərə dedi ki, filankəsdən sizə salamlar var. Mən indi onun vəzifəsini araşdırıram. Mənim atam, ərim yoxdur. Ancaq bu, o demək deyil ki, kimsə belə etməlidir? Bütün mediadan xahiş edirəm ki, bu məsələni ictimailəşdirsinlər. Çünki o, efirdə olanların hamısın təhqir edirdi. Deyirdi ki, efirə çıxırsız, filansız, evə gec gəlirsən. Başım çıxmır, bu adam gecə məni güdür?"

Qeyd edək ki, faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.

Xəbərlər     Baxılıb: 1948   Tarix: 27 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

makiyaj instagram sac duzumleri yaz geyimleri 2026 xinayaxdi ucun sozler buga burcu atalar sozleri ve meseller döşləri necə böyütmək olar kosmetika xocali masqalar novruz hakısdası zəhmət vetene aid atalar sozleri