Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir
Səhərlər limonlu su içmək qaraciyər üçün faydalıdırmı? Mütəxəssislər bildirirlər ki, bu içki ölçülü şəkildə istehlak edildikdə, maye bərpası və C vitamini təmin edərək qaraciyər funksiyasını dəstəkləyə bilər.
Milli.Az xəbər verir ki, limon hüceyrələri sərbəst radikalların vurduğu zərərdən qorumağa kömək edən vacib antioksidant olan C vitamini ilə zəngindir.
Günə limonlu su ilə başlamaq həzm sistemini işə salmağa və gecə boyu itirilmiş maye çatışmazlığını bərpa etməyə kömək edir.
Qaraciyərin toksinləri süzməsi və öd istehsal etməsi üçün kifayət qədər suya ehtiyacı var. Susuzluq bu prosesləri ləngidə bilər.
Ən yaxşı nəticə üçün necə içilməlidir?
Səhərlər az miqdarda iliq limonlu su içmək tövsiyə olunur.
İçimi asanlaşdırmaq üçün bir az bal əlavə edilə bilər, lakin şəkərdən hədsiz istifadə edilməməlidir.
Mədəsində problem olanlar ehtiyatlı olmalıdır, çünki limonun turşuluğu aç qarnına qıcıqlanma yarada bilər.
Limonlu su bir "möcüzə" deyil. Qaraciyər sağlamlığı həm də balanslı qidalanma, idman və alkoqolun məhdudlaşdırılması kimi ümumi həyat tərzindən asılıdır.
Lalə Qüdrətova
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO