Qaraciyər yağlanıbsa ölüm riski 35 dəfə artır
Qaraciyərin yağlanması xərçəngdən ölüm riskini 35 dəfə artırır.
Milli.Az xəbər verir ki, İsveçin Karolinska İnstitutunun alimləri bu qənaətə gəliblər.
Tədqiqatın nəticələri "Journal of Hepatology" jurnalında dərc olunub.
Alkoqolsuz yağlı qaraciyər xəstəliyi (yağlı hepatoz) olan insanlarda erkən ölüm riski ümumi əhaliyə nisbətən iki dəfə yüksəkdir. Xüsusilə xərçəngdən ölüm riski bu xəstələrdə 35 dəfə arta bilər.
Alimlər 2002-2020-ci illər arasında təsdiqlənmiş yağlı hepatozu olan 13 mindən çox xəstənin sağlamlıq məlumatlarını təhlil ediblər. Yağlı hepatoz qaraciyərdə artıq yağın toplanması ilə xarakterizə olunur və ağır fəsadlara, o cümlədən sirroz və xərçəngə səbəb ola bilər.
Tədqiqat zamanı müəyyən olunub ki, yağlı qaraciyəri olan şəxslərin ümumi ölüm səviyyəsi müşahidə dövründə ümumi əhaliyə nisbətən təxminən iki dəfə yüksək olub. Bundan əlavə, bu qrupda xərçəngdən ölüm riski 35 dəfə çoxdur. Əvvəlki araşdırmalar göstərir ki, bəzi xəstələrdə xəstəlik fibroz və sirroza, nəticədə isə qaraciyər xərçənginə çevrilə bilər.
Yüksək erkən ölüm riski yalnız xərçəng və qaraciyər xəstəlikləri ilə bağlı deyil. Yağlı qaraciyəri olan insanlarda ürək-damar xəstəliklərindən ölüm 54%, qaraciyərdən asılı olmayan xərçəngdən ölüm isə 47% artıb. Həmçinin infeksiyalar, tənəffüs və həzm sistemi xəstəlikləri, endokrin pozuntular və digər xarici səbəblərdən ölüm hallarının da artdığı qeyd olunub.
Tədqiqatın müəllifi Aksel Vester bildirir ki, xəstəlik erkən mərhələdə əlamətsiz olur və xəstələr çox vaxt problemdən xəbərsiz qalırlar. Kompleks müayinə və erkən müdaxilə proqnozu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Ekspert vurğulayır ki, yağlı qaraciyər xəstəliyi riskini azaltmaq üçün sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət və diabet kimi risk faktorlarının idarə olunması vacibdir.
İsmayıl
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?