"Tez böyüyəcəm, işləyib bacıma sırğa alacam..." - Həbsxanadan çıxan anasını qarşılayan Amin

"Tez böyüyəcəm, işləyib bacıma sırğa alacam..." - Həbsxanadan çıxan anasını qarşılayan AminPrezident İlham Əliyevin may ayının 24-ü imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub. "Report"un əməkdaşı müəssisədə 6 aylıq övladı ilə birgə cəza çəkən və bu gün azadlığa buraxılan Gündüz Babayeva ilə söhbətləşib. Onun həyat hekayətini təqdim edirik.

"Gecə səhərə qədər həyəcandan, sevincdən yata bilməmişəm. Yəqin balalarım da yatmayıb..."

"Gecə səhərə həyəcandan, sevincdən yata bilməmişəm. Yəqin balalarım da yatmayıb səhərə kimi..." - deyən Gündüz Babayeva Astara rayonunda doğulub, böyüyüb. O, 18 yaşında ailə həyatı qurub, hazırda 32 yaşı var, 5 uşaq anasıdır. Dörd oğlu, bir qızı var. Oğlanları 13 yaşlı Rəhman, 11 yaşlı Əli, 10 yaşlı Həsən, 6 yaşlı Amin üç ildir ki, anasız, nənələrinin himayəsində yaşayırlar. Həbsxanada dünyaya gələn 6 aylıq Ayanın qardaşları ilə müqayisədə anasından ayrı düşmədiyi üçün daha şanslı, yoxsa həbsxanada dünyaya gəldiyi üçün şanssız olduğunu demək isə çətindir.

Günahsız günahkar

Yazımın qəhrəmanı özünün dediyinə görə, 29 yaşında xəbəri olmadan cinayət edib. Həyat yoldaşının dostu ona pul verərək, verdiyi ünvandan paket götürəcəyini istəyib. O razılaşıb, amma "iş" yolunda getməyib: G.Babayeva narkotik maddə alarkən həbs olunub.

"Mən belə əməlin sahibi deyiləm. İnanmışam, səhv eləmişəm, çox peşmanam" deyən G.Babayeva həbsxanada uşaqlı analar üçün karantin otağında yaşayıb. Qeyd edək ki, həbsxanada başqa uşaqlı qadın məhbuslar da var.

"Tez böyüyəcəm, işləyib bacıma sırğa alacam..." - Həbsxanadan çıxan anasını qarşılayan Amin"Həbsxana qadın yeri deyil"

"Həbsxanada nə zaman gedir, nə də peşmanlıq fayda verir" - deyir azadlığına qovuşan qadın.

G.Babayeva deyir ki, həbsxana qadın yeri deyil: "Heç bir qadına buraya düşməyi arzulamıram, bura qadın yeri deyil. Allah bütün içəridə olanlara azadlıq qismət eləsin, sağ əlim başlarına olsun. Mən bundan sonra balalarımla bir yerdə xoşbəxt yaşayacağam, bir də belə səhv etmərəm, bir də bura gəlmərəm. Yaxşı vətəndaş olacağıma söz verirəm".
"Tez böyüyəcəm, işləyib bacıma sırğa alacam..." - Həbsxanadan çıxan anasını qarşılayan Amin"Tez böyüyəcəm, işləyib bacıma sırğa alacam"

Yazımın qəhrəmanını qarşılamağa anası və 6 yaşlı oğlu Amin gəlmişdi. Amin deyir ki, bundan sonra hər gün anasının qolları üstə yatacaq. Deyir tez böyüyəcək, işləyib bacısına sırğa alacaq, anasına isə ikimərtəbəli ev tikəcək.

"Tez böyüyəcəm, işləyib bacıma sırğa alacam..." - Həbsxanadan çıxan anasını qarşılayan Amin"Dörd əsgər böyüdürəm, amma onlar adını yaza bilmir"

G.Babayevanın anası isə ötən bir il iki ay ərzində çox zülm çəkdiyini bildirdi. Dörd oğlanı saxlamaq ona çox çətin olub. Problemlərdən biri də odur ki, uşaqlar anaları həbsə düşəndən məktəbə getməyib. G.Babayevanın anası deyir ki, uşaqlara ünvanlı sosial yardım da verilmir:

"Neçə ildir Türkanda parnikdə işləyirəm ki, bu uşaqları saxlaya bilim, ataları da fəhlə işləyir. Gündüz azadlıqda olanda o da fəhləlik edirdi. Uşaqlar heç biri məktəbə getmir. Dörd əsgər böyüdürəm, amma onlar adlarını yaza bilmir. İmkanımız yoxdur, dövlət bizə sosial yardım etmir, mən çox xahiş edirəm bizə köməklik etsinlər, bəlkə sosial yardım versələr biraz vəziyyətimiz yaxşılaşar".

"Tez böyüyəcəm, işləyib bacıma sırğa alacam..." - Həbsxanadan çıxan anasını qarşılayan AminQeyd edək ki, G.Babayeva Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə)

P.S. Əfv olunan 8 qadın məhkumun azadlığa buraxılmasından əvvəl bununla bağlı Cəzaçəkmə Müəssisəsində tədbir keçirildi. Tədbirdə məhbusların yanında əyləşmişdim. Azad olunanlara bununla bağlı sənəd təqdim olunarkən məhbusların arasından belə bir səs eşitdim: "Bəxtəvər başınıza, siz məzardan çıxdınız..."

Xəbərlər     Baxılıb: 1976   Tarix: 25 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim və ayaqqabılar geyim seçimi yemek reseptleri düz qarın yanıltmacalar zara ayaqqabilari 2026 qrip haqqında kosmetika öpüşme itburnu faydalı maskalar laylalar novruz bayramına aid