"Tutulandan sonra nişanım qayıtdı" - həbsdə olan meyxanaçı
ARB TV-nin "Rezonans" verilişi bu dəfə həbsdə olan meyxanaçı Rasim Tağıyevi lentə alıb.
Xanim.az-ın məlumatına görə, məhkum sənətçi həyatından bəhs edib:
"Sənətim meyxanadır. İçkili olub cinayət törətmişəm. İlk dəfə 16 yaşımda soyğunçuluq etmişəm. Rayona getməyə yolpulum yox idi. Taksi sürücüsünə qarşı soyğunçuluq etdim. Pulunu götürüb qaçanda telefonum bunun maşınına düşmüşdü. O cür məni tapdılar. 5 il iş aldım. Ordan çıxandan sonra 11 ay keçmişdi ki, içkili halda yenə bu cür şey etdim. Anama dedim ki, uşaqlarla görüşməyə gedirəm, qoymaq istəmirdi. İçkili halda türkiyəli bir nəfəri aldatdım. Sonra onun pullarını alıb qaçdım. 2050 dollar pulu var idi. Həmin ərəfədə nişanlı idim və bir neçə gün sonra nişanım olacaqdı. Tutulandan sonra nişanım qayıtdı. Bu cinayəti də ehtiyacdan törətdim. Bakıya gedəndə rəis mənə zəng elədi ki, Rasim, burada türkü soyublar, bilirik sən deyilsən. Gəl, izahat yazaq sonra get. Gördüm ki, üstü açılır deyə özüm gedib təslim oldum. Mənim tək narahat olduğum şey azadlıqdır. Çox darıxıram".
Rasim 9 il azadlıqdan məhrum edilib.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin