Yapon dietası ilə 13 günə 12 kq arıqlamaq olar

Yapon dietası ilə 13 günə 12 kq arıqlamaq olarDünyada ən geniş tətbiq olunan dietalardan biri də yapon dietasıdır. Bu dietanın 13 günlük müddəti ərzində ilkin çəkiyə uyğun olaraq 5-12 kq arıqlamaq mümkündür. Yaponiyanın "Yaeks" klinikasında hazırlanmış bu dieta insan orqanizmində maddələr mübadiləsini tənzimləyərək, insanın uzun müddət çəkisinin artmasının qarşısını alır. Yapon xarakterinə uyğun olaraq, bu dieta insanı gündəlik menyuya ciddi yanaşmasını tələb edir. Dietanın 13 günü ərzində şəkər, duz, alkoqol və un məmulatlarından istifadə etmək qadağandır. Gün ərzində qida qəbulu arası qeyri- məhdud miqdarda qaynadılmış və ya qazsız mineral su içmək olar. Dietanı ilk istifadədən yalnız 2-3 il sonra təkrar istifadə etmək olar. Dietanın gündəlik rejimi isə belədir:
1-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.
Şam: qızardılmış və ya suda qaynadılmış balıq.
2-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari.
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).
Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.
3-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari
Nahar: günəbaxan yağında qızardılmış balqabaq
Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında)
4-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.
Şam: meyvə.
5-ci gün
Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.
Şam: meyvə.
6-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.
Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).
7-ci gün
Səhər yeməyi: çay.
Nahar: 200 qr. suda qaynadılmış mal əti, meyvə.
Şam: digər günlərin şam yeməklərindən istifadə etmək olar (3-cu gün istisna olmaqla).
8-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.
Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).
9-ci gün
Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.
Şam: meyvə.
10-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.
Şam: meyvə.
11-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari.
Nahar: günəbaxan yağında qızardılmış balqabaq.
Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında).
12-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari.
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).
Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.
13-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.
Şam: qızardılmış və ya suda qaynadılmış balıq.
DİQQƏT!!! Əgər siz hər hansı günün rejimini pozsanız, bu nəticəyə də təsir göstərəcək. Bir ərzaqı digəri ilə dəyişmək də mümkündür. Məsələn, əgər siz qəhvə içmirsinizsə onu yaşıl çayla,qaynadılmış kökü çiyi ilə, balqabağı isə badımcanla əvəz edə bilərsiniz. 13 günlük dieta müddəti bitəndən sonra gündəlik qidanızın miqdarını tədricən artırın. İstənilən dietaya başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1505   Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qadın geyimi həkim məsləhəti sade makiyaj sekilleri 2026 yay paltarlari xina yaxdi sozleri dəridə ləklər dermanlar kosmetika toy gecesı bayraq banan uşaq şeirləri şəhid