Yatmazdan əvvəl bunları yeməyin. FAYDALI MƏLUMAT

Yatmazdan əvvəl bunları yeməyin. FAYDALI MƏLUMATGün ərzində son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.
Həmçinin şam yeməyi daha azkalorili olmalıdır. Axşam saatlarında insan daha az hərəkət edir, dincəlir ki, bunun nəticəsində qida ilə aldığımız kalorilər sərf edilmir və artıq çəkinin yığılmasına səbəb olur.
Digər tərəfdən yuxu zamanı insan orqanizmində gedən bir çox proseslər, və o cümlədən həzm prosesləri, ləngiməyə başlayır. Nəticədə yatmazdan əvvəl qəbul olunmuş qida normal həzm olunmur, bağırsaqlarda çürüməyə başlayır, nəticədə orqanizmdə toksinlər və şlaklar yığılır, orqanizmdə intoksikasiya (zəhərlənmə) inkişaf edir.
Gecə saatlarında mədə, bağırsaqlar, qara ciyər dincəlir və özünü bərpa edir. Lakin əgər insan yatmazdan əvvəl çoxlu miqdarda qida qəbul edirsə (xüsusilə yağlı, qızardılmış və s. qidaları) onun mədə-bağırsaq sistemi dincələ bilmir, artıq yüklənir. Bu isə öz növbəsində müxtəlif pozulmaların inkişafına təkan verə bilər.
Yatmazdan əvvəl yağlı, qızardılmış, duzlu, şirin qidaları, kolbasa-sosis, qırmızı ət, mayonez əlavə olunmuş salatlar qəbul etmək xüsusilə tövsiyə edilmir.
Əgər aclıq sizi çox narahat edirsə, yatmazdan əvvəl 1 alma və ya portağal, 1 stəkan kefir, bioyoqurt qəbul edə bilərsiniz.
Yatmazdan əvvəl mayenin qəbulunu da məhdudlaşdırmaq lazımdır. Bu xüsusilə çay, qəhvə, digər tərkibində kofein maddəsi olan içkilərə aiddir. Kofein sinir sisteminə qıcıqlandırıcı təsir edir ki, bunun nəticəsində insanın yuxusu pozula bilər.
Bundan əlavə gecə vaxtı mayenin həddən artıq qəbulu böyrəkləri yükləyir. Bu isə gecə və səhər saatlarında arterial təzyiqinin qalxmasına səbəb ola bilər. Nəzərinizə çatdıraq ki, bu çox təhlükəlidir. İnsult və infarkt kimi ağır pozulmaların bir çox hissəsi məhc səhər saatlarında baş verir.
Bu səbəbdən yatmazdan əvvəl 100 qr adi su içmək kifayətdir. Səhər oyandıqdan sonra isə mütləq 1 stəkan su için. Bu orqanizmi oyadır, orqanizmin həzm və digər sistemlərini  işə salır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1249   Tarix: 04 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

turlar.az

geymler 2026 kosmetik vasiteler adlarin menasi sümük və saç ana və körpə xeyanet gözəl xanım kosmetika kokelmek baliq burcu intim munasibetler haxışda novruza aid hakista