Anosmiya və onun müalicəsi

Anosmiya və onun müalicəsiQoxu insan həyatına rəngarənglik, duyula bilən fərqli iylər isə zövq bəxş etdiyi kimi, müxtəlif xəstəliklərdən də qoruyur. Yanıq və qaz qoxusunu vaxtında hiss edərək bədbəxt hadisələrin qarşısının alınması həmin duyğu üzvünün normal fəaliyyəti hesabına baş verir.
Milli.Az bildirir ki, otolarinqoloq Gülyaz Kazımova bu barədə AZƏRTAC-a deyib: "Burun boşluğunun yuxarı mərtəbəsində yerləşən reseptorlar 200 minə qədər fərqli qoxunu ayırd etməyə imkan verir. Qoxu hissiyyatından məhrum olmaq anosmiya, iybilmənin azalması isə hiposmiya adlandırılır. Anosmiya və hiposmiya həm anadangəlmə, həm də qazanılma ola bilər. Anadangəlmə anosmiya qoxu yollarının inkişaf etməməsi nəticəsində yaranır və bir çox hallarda kəllənin üz və burun hissəsinin anomaliyaları ilə birlikdə müşahidə edilir.
Qazanılmış anosmiya həm mərkəzi, həm də periferik mənşəli ola bilər. Mərkəzi və ya beyin anosmiyası mərkəzi sinir sisteminin ensefalit, meningit, kəllə-beyin travmaları və şiş xəstəlikləri nəticəsində yaranır. Qoxunun periferik əskikliyi müxtəlif səbəblərdən baş verə bilər".
Anosmiyanın müalicəsi barədə məlumat verən həkim-otolarinqoloq bildirib: "Müalicəyə başlamazdan əvvəl onun mənşəyinə və yaranma səbəbinə dəqiq diaqnoz qoymaq üçün xəstə baş-beynin kompüter tomoqrafiyası və neyrocərrahın müayinəsindən keçməlidir. Qoxunun tədqiqi test vasitəsilə aparılır. Məsələn, rus fizioloqu Nikolay Bemşteynin qoxu analizatorunun müxtəlif hissələrinə təsir edən 8 müxtəlif ətirli maddədən istifadə etməyi təklif edib. Bu cür aparılan müayinə problemin dəqiq lokalizasiyasını və qoxu hissinin itirilməsinin səbəbini aşkar etməyə imkan verir.
Anosmiyanın müalicəsində xalq təbabəti üsulları ilə daha uğurlu nəticələr əldə etmək mümkündür, lakin təbii üsullarla müalicəyə başlamazdan əvvəl mütləq onun səbəbini aydınlaşdırmaq lazımdır. Anosmiyanın mərkəzi formalarında proqnoz əsas xəstəlikdən asılıdır. Periferik formalarda isə müalicə tədbirləri burun tənəffüsünün bərpasına, burun boşluğu və ciblərin sanasiyasına yönəlib".
O, müalicə prosedurları barədə deyib: "Burun boşluğu dəniz suyu və ya evdə hazırlanmış duzlu məhlulla gündə üç dəfə yuyulur. Məhlulu hazırlamaq üçün 1 stəkan ilıq suya 1 çay qaşığı xörək duzu və 8 damcı yod əlavə edilir. Hər yumadan sonra hər burun dəliyinə 3 damcı dəmrovotu sirkəsi damcılanır.
Qripdən 10 gün sonra qoxu hissiyyatı bərpa olunmursa, gündə 2-3 dəfə yarıbayarı su və ya təbii sirkə ilə qarışdırılmış qıtıqotu şirəsindən hər burun dəliyinə 3 damcı tökülür.
Tam qurudulmuş sugülü otu qəhvəüyüdəndə xırdalanıb toz halına salınır, 9 hissə sugülü tozuna 1 hissə kərə yağı qatılır. Şüşə qaba qoyularaq soyuducuda saxlanılır. Hər gün burun dəliklərinin dərinliklərinə çəkilir.
Hər gün isidilmiş tavaya bir qədər təbii üzüm və ya alma sirkəsi tökülür, onun buxarı ilə nəfəs alınır. Prosedur 10 gün davam etdirilir.
Hər gün çuğundur yarpağının şirəsi ilə bal qarışığı buruna damcıladılır. Qarışığı hazırlamaq üçün 100 millilitr şirəyə 1 çay qaşığı bal əlavə edilir.
1 xörək qaşığı qurudulmuş gülümbahar çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15 dəqiqə buxar üzərində dəmlənir, soyuyandan sonra istifadə olunur. Gündə 1-2 dəfə burun boşluğu gülümbahar çiçəklərinin ilıq dəmləməsi ilə yuyulur. Prosedur 7-10 gün aparılır.
Eyni qaydada adaçayı və ya evkalipt yarpaqlarının dəmləməsindən də istifadə etmək olar.
Hər gün yovşan otu yandırılır və tüstüsü ilə nəfəs alınır. Prosedur 1 ay ərzində aparılır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1159   Tarix: 15 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Mətbəxin ən çirkli əşyası – Təhlükələr nələrdir?

Mətbəxdə ən çirkli əşya müəyyən edilib.   -a istinadən xəbər verir ki, masaların üstünü silmək üçün istifadə olunan əskidir. . Bildirilir ki, o daim qida və yağ ilə təmasda olur. Bu da böyrək problemlərinə və hətta pnevmoniyay

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

turlar.az

sonxeber.az yemek reseptleri gelinlikler donlar 2024 qadinlarda soyuqdeyme intim münasibətləri içki reseptləri qutab xemiri kosmetika layla bayatılar kurtlar vadisi haxista nagillar