Bağırsaq tutulmaları (ileus) haqqında

Bağırsaq tutulmaları (ileus) haqqındaBağırsaqların hərəki funksiyası kəskin surətdə azaldıqda, bağırsaq tutulmaları baş verir. Adətən bu xəstəlik ağır keçir və ölümlə nəticələnə bilir. Kəskin bağırsaq tutulmasının aşagıdakı növləri var:
- mexaniki bağırsaq tutulması
- dinamik bağırsaq tutulması.
Mexaniki bağırsaq tutulması bağırsaqlarda qida qalıqlarının hərəkətinin mexaniki surətdə tutulması ilə əlaqədar olur. Mexaniki bağırsaq tutulması aşağıdakı səbəblərdən baş verə bilir:
1. Bağırsaq hilgəyinin burulması.
2. Bağırsağın bir hissəsinin özü ilə yanaşı olan digər hissənin içərisinə daxil olması.
3. Bağırsağın yırtıq kisəsində və ya periton bitişmələri arasında sıxılması.
4. Bağırsaqda inkişaf edən şiş toxumasının onun boşluğunu daraltması və ya bağırsağın yad cisim vasitəsilə tutulması.
Dinamik bağırsaq tutulması bağırsaqların əzələ qişasının spazmı zamanı və ya iflici əmələ gəlir.
Bağırsaq tutulması orqanizmdə ümumi dəyişikliklər əmələ gətirir. Bu zaman orqanizmdə aşağıdakılar meydana çıxır:
- qan dövranı pozulur
- orqanizmdə suyun miqdarı azalır
- qan qatılaşır
- hiprxloremiya
- azotemiya
- alkaloz.
Dəyişikliklərin baş verməsinə həzm şirələrinin hipersekresiyası, onların geri sorulması, şiddətli qusma və böyrəklərin fəaliyyəti ilə əlaqəli olur. Orqanizmdə ümumi dəyişikliklərin inkişafında toksikemiyanın və qarın nahiyəsində olan ağrıların da rolu vardır. Buradan verilən impulslar mərkəzi sinir sistemində qüvvətli oyanmalara səbəb olur. Bağırsağın zədələnmiş sahəsində venoz hiperemiya, ödem və iltihab əmələ gəlir. Bu proses uzun müddət davam etdikdə isə həmin hissə nekrozlaşır.
Bağırsağın tutulması defekasiya aktının olmaması və qusma ilə müşahidə olunur.  Xəstəliyin diaqnozu anamnezə və rentgenoqrafiyanın nəticələrinə əsaslanaraq qoyulur. Müalicə əvvəlcə konservativ, lazım gəldikdə isə operativ üsulla aparılır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 904   Tarix: 16 fevral 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

Gecə növbəsində işləməyin insan orqanizminə necə təsir etdiyi məlum olub. -ə istinadən bildirir ki, tədqiqatın rəhbəri, professor Hans Van Dongen bədənin fəaliyyət və istirahət dövrlərini tənzimləyən daxili bioloji saat

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri aprel ayında 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.   -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) so

turlar.az

sonxeber.az geyim seçimi geymler 2024 qaşların formalari hakışta sözləri qripdən necə qorunmalı qəlyanaltı reseptləri adların mənası kosmetika hüzeyir hacibəyov olumu atalar sözləri veten qiz burcu