Dəri üçün çay maskaları

Dəri üçün çay maskalarıÇay gündəlik həyatda ən çox istifadə olunan içkilərdən biridir. O, soyuq günlərdə qəlbə hərarət, isti havalarda isə sərinlik gətirir. Əslində isə onun keyfiyyəti təkcə bununla məhdudlaşmır.
Çay təbii və effektli kosmetoloji vasitə hesab olunur, təmiz, qızartısız, sızanaqsız və ləkəsiz dəriyə sahib olmaqda müstəsna rola malikdir.
Əl-üzü yuyarkən sabun və su əvəzinə dondurulmuş yaşıl çayın buz parçalarından istifadə etmək olar. Dondurulmuş yaşıl çay dərini təravətli edir, yorğunluq izlərini aradan qaldırır, dərini tonusda saxlayır. Səhər və axşam yatmazdan əvvəl, yaxud günün istənilən vaxtında üzü təravətləndirmək üçün buz parçaları ilə silmək lazımdır. Makiyaj üçün istifadə edilən vasitəni zəif çay məhlulu ilə əvəz etmək olar. Sızanaqlar və üzdə olan digər iltihabi proseslər zamanı dərini karkade çayı ilə silmək çox faydalıdır. Çay maskaları üzdə yaranan iltihab, dəri məsamələri və damarların genişlənməsi zamanı günəşin təsirindən qoruyur. Bunun üçün tənzif çayda isladılır və 10-20 dəqiqə müddətində dərinin üzərinə qoyulur. Dəri quru olanda maskadan sonra qidalandırıcı krem çəkmək olar. Bir xörək qaşığı un tünd çay ilə qarışdırılaraq xama konsentrasiyasına çatdırılır və bir yumurta sarısı əlavə edilərək dərinin üzərinə çəkilir, 10-15 dəqiqə saxlanandan sonra isti su ilə yuyulur.
Günəş altında qaralmış dərinin rəngini saxlamaq üçün də çay maskasından istifadə etmək olar. Səhər və axşam əl-üzü yuyandan sonra çay məhlulu ilə üz silinir, gözaltı tuluqlarda və göz qapaqlarının şişkinliyində dəm çaynikinin dibində qalmış çay qalığı xama ilə qarışdırılaraq 5-10 dəqiqə müddətində göz qapaqlarının üstündə saxlanılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1295   Tarix: 03 iyun 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

turlar.az

sonxeber.az adlarin menasi hamilelikde qidalanma qadın geyimi doğuşdan sonra laylalar pehriz saxlamaq qaydalari mələk kartları çək kosmetika baldiz maraqlı burclerin uyumu novruza aid hakisda novruz bayramına aid bakışta