Dodaq dolğusu haqqında bilməli olduğunuz 7 vacib məlumat

Dodaq dolğusu haqqında bilməli olduğunuz 7 vacib məlumatSon illər olduqca məşhur olan dodaq dolğusunu etdirməzdən öncə bəzi önəmli kriteriyalara nəzər salmaq lazımdır. Dodaq dolğusunda təbii görünmək şərtdir və hər kəsin dodağına eyni formanı vermək olmaz.
"Gencaile.az" saytı Türkiyə KİV-ə istinadən, estetik həkim Dr. Meltem Ayranın mövzu ilə bağlı fikirlərini sizə təqdim edir.
1) Hialuron turşusu tərkibli dodaq dolğusu qalıcı deyil. Bədəndə təbii olaraq tapılan hialuronidaz fermenti, 6-12 ay müddətində parçalanır. Dolğunun qalıcılığı insandan insana dəyişir. Bunu əvvəlcədən bilmək mümkünsüzdür.
2) Nə olursa olsun üzünüzə və ya bədəninizə kimyəvi maddə tətbiq edilirsə, bunu mütləq təcrübəli həkim həyata keçirtməlidir. Gözəllik salonlarında edilən dolğulardan çəkinmək lazımdır.
3) İnsanların tibbi estetik proseslərdən qorxmasının ən böyük səbəblərindən biri də, uğursuz edilən dodaq dolğusudur. "Ördək" kimi görüntü verən dodaqlar illər boyu xanımların qorxusu olub. Lakin dolğu etdirən zaman üz quruluşundan tutmuş boy faktoruna qədər hər bir vücud incəliyi nəzərə alınmalıdır.
4) Dolğudan sonra dodaqda şişkinlik və göyərmə ola bilər. Əgər önəmli bir işiniz varsa mütləq dolğunu 1-2 həftə əvvəldən etdirin.
5) Qalın dodaqlara sahib olmaq, üzünüzün daha gözəl görünəcəyini vəd etmir. Şəkildəkinin eynisini istəyərək mükəmməl dodaq quruluşuna sahib olmaq olmaz. Təcrübəli bir mütəxəssis sizə uyğun olan dodaq formasını təqdim edəcək.
6) Bədəndən alınan yağlar dodağı formalaşdırmaq üçün istənilən nəticəni verməyə bilər. Qalıcı dolğular artıq dünyada tövsiyə edilmir. Ən çox istifadə edilən dolğular hialuron turşusu tərkibli olandır.
7) Bəzi insanlar yaxşı dodaq formasına sahib olduqları halda, dodaq dəriləri kobud və çartlaqdır. Bu zaman dolğu yaxşı alternativdir, lakin dodaq mezoterapiyası daha faydalı ola bilər.

Gözəllik və Moda     Baxılıb: 2246   Tarix: 08 iyul 2020
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Gözəl görünmək üçün nələri etməlisiniz?

Saçınızı hər gün yuyun. Mütəxəssislərin məsləhətlərinə görə , sadəcə saçları gur olan və ya tez yağlanan insanlar hər gün saç yumalıdırlar. Quru və zəif saçlara sahib olan insanların saçlarını 2 gündən bir yumaları məsləhətdir

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

turlar.az

sonxeber.az qis geyimləri 2024 adlarin menasi aksessuarlar elme aid atalar sozleri sobada kotlet nişan geyim modelləri oxsamalar kosmetika damla bahar novruz hakistasi haxışda toy gecesi