Əbdürrəhim bəy Haqverdiyev`in həyat və yaradıcıllığı

Əbdürrəhim bəy Haqverdiyev`in həyat və yaradıcıllığıNaşir, damaturq, ədəbiyyatşünas, dirijor, əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev 1870-ci mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. İbtidai təhsili 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır və burada "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazır. Ali təhsil alıb Şuşaya qayıdan Haqverdiyev burada tamaşalar təşkil edir, bir müddət sonra (1902-1903) Bakıda Şərq konsertləri verir və "Ata və oğul", "Ayın şahidliyi" kimi ilk hekayələrini dərc etdirir. 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş Əbdürrəhim bəy Peterburqa yollanır. Duma dağılandan sonra bir müddət orada yaşayır və yazacağı "Ağa Məhəmməd şah Qacar" faciəsinə materiallar toplayır.

"Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə edir, "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "həkimi-nuni-səqir". "Laqlaqı". "Mozalan", "Süpürkəsaqqal" və s.imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə və felyeton çap etdirir. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərir, 1920-ci ilin iyununda isə o, Bakıda yenicə yaranan Şura Teatrının komissarı seçilir. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzvi seçilir.
1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş Əbdürrəhim bəy Haqverdiyevin məzarı Fəxri xiyabandadır.

Maraqlı     Baxılıb: 3196   Tarix: 30 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Elm və təhsil sahəsində islahatları BAŞLANDI

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatla

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  -a bildirilib ki, müsahib

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

Prezident təqaüdünə layiq görülən tələbələr - ADLAR

Prezident İlham Əliyevin "2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Sərəncamına əsasən, bu təqaüdə layiq görülən 102 nəfə

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb. "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanı

.

Günəşin səthində "sürünən ilan" təsviri lentə alındı - VİDEO

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb. "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi"

.

İlham Əliyev yeni inqilaba başladı - BAŞ REDAKTOR YAZIR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəz

turlar.az

sonxeber.az adlarin menasi yemek reseptleri hamiləlik hind paltarlari veten haqqinda atalar sözü könül kerimova kakoslu paxlava hazirlanmasi kosmetika aslan uşaq şeirləri yuxuda qara ilan gormek rus dilin nece orenek qiz evi ucun