Evdə möhtəşəm görünməyin kiçik sirləri

Evdə möhtəşəm görünməyin kiçik sirləriBildiyiniz kimi, ölkənin bir sıra şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejimi yenidən qüvvəyə minib. Bütün vaxtımızı evdə keçirmək hər nə qədər sıxıcı görünsə də, bunu fürsətə çevirmək öz əlimizdədir. Karantin rejimi ev şəraitində özünə qulluq üçün də yaxşı bir fürsətdir.
Bəzi xanımlar "özünə qulluq" dedikdə makiyaj etməyi nəzərdə tutsa da, heç də elə deyil.
Beləliklə, evdə möhtəşəm görünməyin kiçik sirlərini sizə təqdim edirik:
Qadınların davamlı etməli olduğu qulluq üsulları var. Bunlara üzə və saça qulluq, manikür, pedikür daxildir.
Mükəmməl və selulitsiz vücuda sahib olmaq istəyirsinizsə, duşa girməzdən öncə bədəninizi fırçalayın. Bu qan dövranınızı sürətləndirib, dərinizi daha canlı göstərəcək.
Adətən, gərgin iş rejimi ilə bağlı olaraq bir çoxumuz ayağa qulluğu unuduruq. Qidalandırıcı, yaxud nəmləndirici tərkibli kremi topuqlardan barmaq uclarına qədər çəkib, üzərinə də yun corab geyinərək həm ayaq dərinizin yumşaldılmasına, həm də pedikürünüzün daha qalıcı olmasına şərait yarada bilərsiniz.
Evdə möhtəşəm görünməyin kiçik sirləriÜz dərinizi yaxşıca təmizləyib qan dövranını sürətləndirərək ona canlılıq bəxş edə bilərsiniz. Bunun üçün ilıq suyun içinə bir qədər efir yağı əlavə edib qarışdırın. Əldə olunan məhlulu üzünüzə sürtün, sonra dəsmal ilə dərinizə basdırın.
Cildi gözəlləşdirməyin bir digər yolu isə maskadır. Gil tərkibli maskalar gözənəkləri açmağa və dərini aydınlatmağa xidmət edir. Quru dərilər üçün isə, əsasən tərkibində nəmləndiricilər olan maskalara üstünlük verə bilərsiniz.
Evdə möhtəşəm görünməyin kiçik sirləriSaçlar hər gün toz, kir, qızmar günəş şüası, külək və bu kimi digər ətraf mühitin mənfi təsirlərinə məruz qalır. Bundan əlavə, saçlarınızı formaya salmaq üçün istifadə olunan fenlər onlara olduqca mənfi təsir göstərir. Karantin günləri onları parlaq və canlı etmək üçün yaxşı bir fürsətdir. Bunun üçün yumurta və bal tərkibli maskalar etməyiniz tövsiyə olunur.
Evdə möhtəşəm görünməyin kiçik sirləriƏllərin dərisində qoruyucu hidrolipid qatı az olduğundan onlar daha tez qocalır. Yaşlanmanı yavaşlatmaq üçün quru dərili əllərə nəm maskalar etmək məqsədə uyğundur. Yatmazdan öncə bal və yumurta sarısından hazırlanmış qatışığı əllərinizə sürtün.
Evdə möhtəşəm görünməyin kiçik sirləriMütəxəssislər bu müddətdə mümkün qədər stressdən uzaq qalmağı və yuxu rejiminizə xüsusi diqqət etməyi də məsləhət görür.

Gözəllik və Moda     Baxılıb: 2051   Tarix: 23 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

turlar.az

sonxeber.az geyim dəbləri gozel gorunmek qaşların formalari saglamlig bürclərin uyğunluğu bürclər və illər tursu qovurma kosmetika qiz evi haxista hakista xərçəng bürcü burclerin uygunlugu kley lekesi