#EVDƏQAL-arkən səhhətimizi necə qorumalıyıq? – MÜTƏXƏSSİS TÖVSİYƏSİ

#EVDƏQAL-arkən səhhətimizi necə qorumalıyıq? – MÜTƏXƏSSİS TÖVSİYƏSİKoronavirus pandemiyası bir çox ölkələri sərt karantin tədbirləri görməyə məcbur edir. İnsanlar hər vəchlə infeksiya təhlükəsindən müdafiə  olunmağa çalışırlar.  Bəs necə edək ki, virusdan düzgün şəkildə qorunaq? Evdə qalarkən səhhətimizdə problemin yaranmaması üçün hansı məqamlara diqqət etməliyik?
Milli.Az ted.az-a istinadən həkim dermatoveneroloq Azər Mirzəyevin məsləhətlərini təqdim edir:
"Bütün dünyanı bürüyən koronavirus insanların birinci növbəli müzakirə mövzusuna çevrilib. Koronavirus hava-damcı yolu ilə yayılan infeksiya olduğuna görə ilk növbədə dəri və selikli qişalarla orqanizmə daxil olur. Buna görə, ilk növbədə dərimizin gigiyenik təmizliyinin qeydinə qalmalı və vaxtında qabaqlayıcı tədbirlər görməliyik. Təbiət dərinin normal fəaliyyət göstərməsi üçün onu möhkəm buynuz qata malik epidermis, piy vəziləri ilə təmin edib. Bunun nəticəsində dərinin üst hissəsində lipid qatı əmələ gəlir. Nəticədə, bu qat dəriyə su, mikrob, toksin, allergenlərin düşməsinin qarşısını alır".
A.Mirzəyevin sözlərinə görə, lipid qatda problem yarandıqda dərinin müdafiə funksiyasının pozulması baş verir. Nəticədə, dəridə quruluq, çatlar, iltihabi proseslər yaranır. Dəridə quruluq səbəbindən asılı olaraq ümumi və lokal ola bilər: "Bir çox xəstəliklərdə və avitaminozlarda çox vaxt bütün dəri səthində quruluq müşahidə edilir. Bəzi hallarda dəridə quruluğun əmələ gəlməsinin əsas səbəblərindən biri tez-tez su proseduralarından, kimyəvi, spirt tərkibli məhlullardan istifadə ola bilər. Bu zaman dərinin lipid qatı zədələnir, bərpa prosesi başa çatmamış dəri yenidən müxtəlif tərkibli məhlulların təsirinə məruz qalır".
"Bəs bu zaman nə etməliyik?" sualına mütəxəssisin cavabı belə olub: "İlk növbədə quruluğu törədən səbəbi aradan qaldırmaq, problem xəstəliklə əlaqəlidirsə, əsas xəstəliyi müalicə etmək, düzgün qidalanma, dəriyə düzgün qulluq etmək lazımdır. Belə ki, əgər gündəlik müəyyən vasitələrə əl vurmaq məcburiyyətindəyiksə, xüsusi əlcəklərdən istifadə etmək vacibdir. Eyni zamanda, quru dəriyə yumşaldıcı kremlər sürtmək, spirt və kimyəvi tərkibli dəri vasitələrindən həddindən artıq istifadə etməmək mütləqdir".
"İkinci problem izolyasiya ilə əlaqədar insanların evdə qalmağa məcbur olmasıdır. Bu da yetərincə günəş şüaları qəbul edə bilməmələrinə səbəb olur. Təbii ki, günəş şüaları insan orqanizminə müəyyən dozalarda lazımdır. Günəş şüalarının ultrabənövşəyi dalğalarının təsirindən orqanizmdə sümük sisteminin formalaşmasında mühüm əhəmiyyət kəsb edən D vitamini yaranır. İndiki durumda insanlar gün ərzində 2-3 dəfə evin eyvanına çıxıb 15-20 dəqiqə ərzində günəş vannası qəbul etməklə, tam da olmasa, müəyyən qədər bu defisiti bərpa edə bilərlər", - deyə o bildirib.
Həkim onu da qeyd edib ki, karantin dövründə qidalanma mühüm əhəmiyyət daşıyır: "Təbii, keyfiyyətli, balanslanmış qida tövsiyə edilir. Gün ərzində 4-5 dəfə az-az qidalanmaq, əsasən, meyvə-tərəvəz məhsullarına üstünlük vermək lazımdır. Qida rasionunda ət, quş əti, süd məhsulları, tərəvəz məhsulları, meyvələr daha çox olmalıdır. Hərəkət həyatdır, ancaq çox təəssüf ki, hazırda milyonlarla insan ev şəraitində qalmaq məcburiyyətindədir. Hərəkətsizlik orqanizmdə pataloji proseslərə səbəb olaraq bəzi xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarda bilər. Bu kimi halların qarşısını almaq üçün ev şəraitində gündə 2-3 dəfə 15-20 dəqiqə yüngül idman hərəkətləri etməklə bu durğunluğu aradan qaldırmaq olar. Bu zaman yüngül qaçış, oturub-qalxma, ayaqların velosiped hərəkəti, qantel və ya evdə olan hansısa əşya ilə qolların idman hərəkətləri tövsiyə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1225   Tarix: 14 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

turlar.az

sonxeber.az geymler 2024 geyim dəbləri adlarin menasi şəkillər maraqli hind filmleri aşıq milli geyimlər kosmetika sperma azərbaycan rus dilini öyrənək novruz bayramı haxışta yutube