Evinə salıb, təcavüz etdi, videoya çəkdi, sonra... - Azərbaycanda ŞOK OLAY

Evinə salıb, təcavüz etdi, videoya çəkdi, sonra... - Azərbaycanda ŞOK OLAYBakıda oğlana təcavüz etməkdə və şantaj etməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Etibar Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Etibar Məmmədov 8 oktyabr 2016-cı il tarixdə, saat 11 radələrində İsmayıl Məmmədova qarşı seksual xarakterli zorakılıq edib.

Oğlanı evinə çağırdı

Belə ki, o, İsmayıl Məmmədovu Xətai rayonu, M.Hadi küçəsindəki mənzillərdən birinə çağırıb. Etibar Məmmədov İsmayılı mənzilə salıb və qapını arxadan bağlayıb. Sonra o, İsmayılı döyüb, sağlamlığına xəsarətlər yetirib.

Bıçaqlı hədələmə və seksual hərəkət

Daha sonra Etibar bıçaqla İsmayıla qarşı zor tətbiq edəcəyi ilə hədələyib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı digər seksual xarakterli hərəkətlər edib.

Etibar həmin vaxt İsmayıla qarşı etdiyi seksual xarakterli hərəkətləri mobil telefon vasitəsi ilə çəkib. Sonra o, həmin videogörüntüləri İsmayılın ailə üzvlərinə və tanışlarına göndərəcəyini, həmçinin internet şəbəkəsinə yerləşdirəcəyi ilə hədələyib.

İntim şantajı

Etibar İsmayılı bu yolla hədələməklə, onu barəsində rüsvayedici məlumatları yayacağı hədə-qorxusu gəlib, ondan 5000 manat pul tələb edib. Etibar həmin vaxt mənzildə İsmayıldan əvvəlcə 100 manat pulu götürüb.

Daha sonra Etibar mütəşəkkil dəstənin istintaqa adları və soyadları məlum olmayan digər üzvləri ilə birlikdə 8 oktyabr 2016-cı il tarixdə Səbail rayonu, İstiqlaliyyət küçəsi 7 ünvana gəlib. Onlar orada İsmayıldan 3000 ABŞ dolları alıblar.

4 maddəli cinayət işi və mütəşəkkil dəstə

İstintaq orqanı tərəfindən Etibar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) və 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

5 il 6 ay cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Etibar Məmmədov apelyasiya şikayəti verib. O, barəsində həbs olmayan cəza növünün təyin edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Etibar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Etibar Məmmədov kasasiya şikayəti verib.

Məhkum həbsxanada hakimdən nə xahiş etdi?

Onun kasasiya şikayəti araşdırılan zaman Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən məhkum Etibar Məmmədov barəsində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməsini xahiş edib.

Xəzər rayon Məhkəməsində işə baxan hakim məhkumun ərizəsini təmin edib və onun barəsində 5 il 4 ay cəza təyin edib.

Ali Məhkəmə yekun qərar verdi

Xəzər rayon Məhkəməsinin bu qərarından sonra Ali Məhkəmədə kasasiya şikayəti araşdırılıb. Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiya kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Bu yaxınlarda açıqlanan qərarda hakim heyəti Etibar Məmmədovun kasasiya şikayətini təmin etməyib, Bakı Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Amma hakim heyəti qərar açıqlayan zaman Xəzər rayon Məhkəməsinin məhkumun cəzasının yüngülləşdirilməsi barədə verdiyi qərarı nəzərə alıb.

Xəbərlər     Baxılıb: 1222   Tarix: 13 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

.

Gec yemək yemək xərçəng riskini 25 faiz artıra bilər

Yatmazdan əvvəl yemək təkcə fiquranıza zərər vermir, həm də sağlamlığınızı riskə atır.   -a istinadən xəbər verir ki, axşam saat 9-dan sonra yemək sağlamlığımıza ciddi təsir edə bilər. . Barselona Qlobal Sağlamlıq İnstitutunu

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Çox bişmiş yumurta təhlükəlidir - XƏBƏRDARLIQ

Bir çox insan yumurtanın nə qədər sağlam olduğunu bilir. Yumurta zülal və əvəzolunmaz amin turşuları ilə zəngindir. Lakin yumurtanın uzun müddət bişirilməsi zamanı yaranan toksinlər bəzi insanlarda zəhərlənməyə və hətta boğulmalar

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

turlar.az

sonxeber.az geymler 2024 geyim dəbləri adlarin menasi şəkillər maraqli hind filmleri aşıq milli geyimlər kosmetika sperma azərbaycan rus dilini öyrənək novruz bayramı haxışta yutube