Halsızlıq, ürəkbulanma, iştahasızlıq... - Mədəaltı vəzidə problemlər

Halsızlıq, ürəkbulanma, iştahasızlıq... - Mədəaltı vəzidə problemlərMədəaltı vəzi kiçik olmasına baxmayaraq insan orqanizmi üçün çox vacibdir. O, bədənə xüsusi fermentlər ifraz edən orqandır. Bu fermetlər həzm sistemində xüsusi yağları, karbohidratları parçalamağa kömək edir. Mədəaltı vəzin axarı öd axarı ilə birlikdə gəlir, nazik bağırsağın fater məməciyindən onikibarmaq bağırsağa açılır. Bədəndə olan maddələrin parçalanmasında kömək edir.
Milli.Az xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəzin Poliklinika şöbəsinin müdiri Afət Zeynalova məlumat verib.
Həkimin sözlərinə görə, qidalanmaya düzgün əməl edilməzsə, yağlı qidalardan, alkoqollu içkilərdən çox istifadə edilən zaman vəzin fəaliyyəti zəifləyir, daha az fermentlər ifraz edir. Bu da öz növbəsində, ağırlığından asılı olaraq simptomların əmələ gəlməsinə səbəb olur. İlkin olaraq həmin nahiyədə ağrılar başlayır. Ürəkbulanma, qusma, ishal kimi hallar müşahidə edilir. İştah və fiziki aktivlik azalır. Orqanizm qidalı maddələrin çatışmazlığından əziyyət çəkməyə başlayır.
"Bundan başqa, mədəaltı vəzin insulin ifraz etmə funksiyası da vardır. İnsulin qanda şəkərin səviyyəsini tənzimləyir. Əgər qanda normadan artıq qlükoza yığılarsa, mədəaltı vəzi insulin ifraz edir. Əgər mədəaltı vəzi normadan az insulin ifraz edərsə, şəkərli diabet xəstəliyinin ilkin simptomları yarana bilər".
A.Zeynalova qeyd edib ki, insulindən əlavə, mədəaltı vəzi bir neçə vacib maddələr ifraz edir. Buna qlükaqon, polipeptid, qrelin və s. misal göstərmək olar. Qlükaqon vəzi insulindən fərqli olaraq qanda qlükozanın səviyyəsini artırır. Qrelin vəzi insanın iştahına cavabdehlik daşıyır. Halsızlıq, ürəkbulanma, iştahasızlıq kimi halların yaşanması mədəaltı vəzidə yaranan problemlərdən irəli gələ bilər.
Bu zaman mütləq şəkildə həkimə müraciət etmək lazımdır.
Mədəaltı vəzi qorumaq üçün qidalanmaya ciddi diqqət etmək lazımdır. Qidalanmalar arasında böyük fasilələrin verilməsi mədəaltı vəzin funksiyasının pozulmasına gətirib çıxara bilər. Bir çox hazır qidaların tərkibində olan rəngvericilər, konservantlar, emulqatorlar və s. kimyəvi əlavələr mədəaltı vəzinə ciddi ziyan verə bilər. Mədəaltı vəzidə hiss edilən hər hansı narahatlığa görə mütləq həkimə müraciət etmək lazımdır. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 940   Tarix: 04 aprel 2022
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman

Əqli gücü artıran, zəkanı kəskinləşdirən müxtəlif qidalar olduğu bilinir. -a istinadən xəbər verir ki, bunlardan birinin adını məşhur tibb alimi İbn Sina əsrlər öncə açıqlayıb. Sağlamlıq sahəsində müxtəlif tədqiqatlar apara

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

turlar.az

sonxeber.az geyim dəbləri toy makiyajlari yay kolleksiyasi vetene aid bayatilar oğlanlar necə qızları sevirlər gozalti maskalar qadın doğuşu kosmetika hakışdalar ekizler maskalar hakiwda vidyolar