İmmuniteti möhkəmləndirən 5 ədviyyat

İmmuniteti möhkəmləndirən 5 ədviyyatTəcrübəli evdar xanım hazırladığı yeməklərin daha dadlı və ətirli olması üçün ədviyyatlardan istifadə edilməsini bilir. Ancaq bu hamısı deyil. Bəzi bitkilərin faydalı xüsusiyyətlərinə görə onları müntəzəm lakin az-az miqdarda istifadə etmək lazımdır. Hətta bir çimdik ədviyyat belə immun sisteminin möhkəmlənməsinə kömək edir. İltihabı azaldır, orqanizmi artıq toksinlərdən və şlaklardan təmizləyir. Bəzi növləri isə hətta çəki atmağa yardımçı olur. Biz bu dəfə ədviyyatın bəzi növləri və onların faydaları ilə sizinlə bölüşəcəyik.
1. Oreqano
Bu ədviyyatsız İtalyan mətbəxini təsəvvür etmək mümkün deyil. Lakin, bu ədviyyat təkrarolunmaz dadı olması ilə yanaşı həm də, unikal müalicəvi effektə malikdir.
Faydalı xüsusiyyətləri
- sinir sistemini sakitləşdirir;
- yüksək antibakterial xüsusiyyətə malikdir;
- mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır;
- sidikqovucu və ödqovucu təsir göstərir;
- immuniteti möhkəmləndirir;
- güclü tərlədici, bəlğəmgətirici, bronxit və bronxial astmada güclü təsir göstərir.
Harda istifadə etmək olar:
1. Yumurta qizartmasında;
2. Tərəvəzli şorbalarda;
3. Pizzalarda;
4. Salatlar üçün ədviyyat kimi;
5. Souslarda;
6. İkinci yeməklərdə;
2. Rozmarin
Qədim zamanlarda bu bitki bolluq, rifah və uzunömürlülük rəmzi hesab olunurdu. Hətta indidə bəzi ölkələrdə gənclərə "xoşbəxtlik və firavanlıq" üçün bu bitkinin budağından balaca bir hissə vermək kimi ənənə qalmaqdadır.
Faydalı xüsusiyyətləri:
- stres və əsəb gərginliyi götürməyə yardımçı olur;
- ümumi yorğunluq zamanı orqanizmi tənzimləyir;
- soyuqdəyməni müalicə edir;
- iltihab əleyhinə, antioksidan, antidepresiv, ödqovucu kimi xassələrə malikdir;
Harda istifadə etmək olar:
1. Ət yeməklərində;
2. Balıq yeməklərində;
3. Marinadlarda;
4. Bitki çaylarında.
3. Kəklikotu
Çox faydalı bitkidir. Antioksidant fəaliyyətinə görə E vitamininə bərabərdir.
Faydalı xüsusiyyətləri:
- tərqovucu, iltihab və mikrob əleyhinə təsirə malikdir;
- immuniteti möhkəmləndirir;
- iş görmə fəaliyyətini artırır;
- prostatitin inkişafına mane olur;
- cinsi zəifliyi aradan qaldırır.
Harda istifadə etmək olar:
1. Salatlar;
2. Şorbalar;
3. Qovurma yeməklərdə;
4. Yumurtadan hazırlanan bütün yeməklərdə;
5. Souslarda.
4. Sarıkök
Zəncəfilkimilər ailəsindəndir. Onun faydalarını qiymətsizdir. Son məlumatlara görə, bu ədviyyat xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
Faydalı xüsusiyyətləri:
- orqanizmi təmizləyir;
- həzmə müsbət təsir edir;
- soyuqlamanın qarşısını alır;
- güclü antioksidantdır;
- dərinin vəziyyətini yaxşılaşdırır;
- bədənin müdafiə gücünü bərpa edir;
- arıqlama zamanı istifadə edilir.
Harda istifadə etmək olar:
1. Şorbalar;
2. Raqular;
3. Plovlar;
4. Müxtəlif düyü yeməkləri.
5. Adaçayı
Soyuqdəymə və boğaz ağrısının öhdəsindən gələ bilən mükəmməl ədviyyat.
Faydalı xüsusiyyətləri:
- bağırsaqları təmizləyir;
- toksinləri və şlakları xaric edir;
- çəki atmaq üçün yardımçı olur;
- antioksidant təsirə malikdir;
- immuniteti möhkəmləndirir;
- öskürək və zökəm zamanı kömək edir.
Harda istifadə etmək olar:
1. Ət yeməklərində;
2. Balıq yeməklərində;
3. Souslarda;
4. Şorbalarda;
5. Raqularda
Əgər evinizdə bu kimi ədviyyatlar varsa o zaman orqanizminizi qorumaq üçün onlardan vaz keçməyin!
Milli.Az

Xəbərlər     Baxılıb: 956   Tarix: 26 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Orqanizmdə iltihabı azaldan 7 qida

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir. -a istinadən xəbər verir ki, diyetoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

turlar.az

sonxeber.az aksessuarlar toy gecesi kosmetik vasiteler gavalının faydaları dəridə ləklər plovlar valideyn ovlad munasibetleri kosmetika novruz bayramina aid hakisdalar ekizler turpun nağlı xanim.az kokelmek