Klassik musiqinin faydası

Klassik musiqinin faydasıRep, pop, rok ... Bütün bunların arasında ən populyar, lakin daim musiqi dünyasında təsirini dəyişən, klassik musiqi əbədi olaraq qalır. Klassik musiqinin insanın psixoloji vəziyyətinə təsirinə baxaq. Fərqli üslubda olan musiqinin insana fərqli cəhətlərdən təsir göstərməsi şübhəsiz bir həqiqətdir. Niyə? Hər hansı bir melodiya, ilk növbədə, səs dalğaları, yəni adi bir fiziki fenomendir. Bəşəriyyət tarixi boyu insanlar səslərlə əhatə olunmuşdur. Əvvəlcə bunlar canlı təbiətin səsləri olaraq ətraf mühit haqqında məlumatları özləri ilə daşımışlar. Anadangəlmə və əldə edilmiş təcrübə əsasında  insan müxtəlif səsləri qavrayır və müvafiq nəticələr yaradır, məsələn, qışqırmaq həyəcan hissini yaradır. Eyni zamanda, küləyin yüngül əsməsi, yağış damcıları - bu səslər sakitləşdirici təsir göstərir.
Beləliklə, fərqli səslərin hər bir insana xüsusi təsir etdiyini görürük. Səslər tezliyi beynin ritmləri ilə birbaşa əlaqəyə malikdir - bu alimlər tərəfindən sübut edilmişdir.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, eşitmə orqanları vasitəsilə beyin məlumat alır, təhlil edir və ritmləri ilə müqayisə edir. Beynin ritmləri fərdidir, buna görə də hər bir insanın öz musiqi zövqü var. Yaşa dolduqca, beyində proseslər yavaşıyır, insan sürətli musiqini qəbul etməyi dayandırır və getdikcə ölçülmüş sakit melodiyalara üstünlük verir. Musiqi tərəqqisi sürətli addımlar atır. Hər il musiqi daha sürətli və daha aqressiv olur. Eyni elektron musiqi, məsələn, bizə dəqiqədə 160 və daha çox ritm verir. Amma bizim orqanizm belə ritmdə işləməyi daim bacarmır və nəticədə, sinir sistemində nasazlıqlar yaranır,  yuxu pozğunluğu, depressiya, qıcıqlanma yaranır. Çoxları orqanizmi onun üçün adət etmədiyi ritmlərlə "incidirsə", elə bəxtəvərlər də var ki, musiqinin köməyi ilə daha yaxşı, sağlam, güclü olurlar... Bunlar klassik musiqini çox sevənlərdir.
Belə bir elmi istiqamət var - musiqi farmakologiyası. Belə ki, onun yaradıcısı, amerikalı alim Robbert Şofler Çaykovskinin bütün simfoniyalarının, Motsartın uvertürasının, Şubertin "Meşə çarı" nın müalicəvi xüsusiyyətlərə malik olduğunu iddia edir. Şofler tədqiqat apararaq bu əsərlərin xəstənin tezliklə sağalmasına kömək etdiyi qənaətinə gəlmişdir. Bir qrup alim müəyyən edib ki, fleytanın-pikkalonun və klarnetin səsləri qan dövranının yaxşılaşmasına imkan yaradır, yavaş və sakit melodiyaları səsləndirən simli alətlər isə, təzyiqi aşağı salır. Fransız alimləri Ravelin "Dafnis və Xloe" əsərini alkoqol asılılığından əziyyət çəkənlərə və məşhur Gendelin musiqisini şizofreniya xəstələrinin davranışlarını sabitləşdirmək üçün tövsiyə edirlər. Aparıcı pediatrlardan biri olan  Mixail Lazarev hesab edirdi ki, klassik musiqi hələ doğulmamış uşağa - dölün sümük strukturunun formalaşmasına kömək edir.Harmonik musiqi səsləri altında uşaq ahəngdar inkişaf edəcək. Klassik musiqinin musiqi vibrasiyası sümük strukturuna, endokrin sistemə müsbət təsir göstərir, qan dövranını stimullaşdırır, daxili orqanların özünəməxsus masajını həyata keçirir. Gələcək analara Motsartın əsərlərini dinləmək xüsusilə tövsiyə olunur. Ümumiyyətlə, bu dahi bəstəkarın musiqisi haqqında hələ də mübahisələr gedir və tədqiqatlar dayanmır, axı o, yalnız insana deyil, bütün canlı orqanizmlərə təsir sahəsində fenomendir. Beləliklə də, təsdiq olunduki Motsartın musiqiləri zehni əməyin səmərəliliyinin artırılmasına da kömək edir. Belə bir eksperiment aparılmışdır. Eksperimentin iştirakçısı olan tələbələrə Motsartın fortepiano musiqisini dinləməyə imkan verildi və yoxlama nəticəsində aşkar olundu ki, iştirakçıların intellekt əmsalı bir neçə bal yüksəlirdi. Özü də musiqi sevənlərin də, onu sevməyənlərin də.
Müəyyən edilmişdir ki, Çaykovskinin, Şopenin, Listin musiqisi həyat çətinliklərini dəf etməyə, ağrını aşmağa, ruhi dözümlülüyü yüksəltməyə kömək edir. Klassik musiqi sirli şəkildə buğda artımını sürətləndirir, laktasiya dövründə analarda və məməlilərdə süd miqdarını artırmağa kömək edir, bitkilər daha tez çiçəklənir və yarpaqlarını düzəldir. Eyni zamanda rok musiqisinin təsiri altında bitkilər daha tez solur, inəklər ümumiyyətlə yatır və yeməkdən imtina edir, süd miqdarı əhəmiyyətli dərəcədə azalır.
Beləliklə, hər gün biz hər yerdə - radioqəbuledicilərdən, mağazalardan, kinoteatrlardan, kafelərdən gələn müxtəlif musiqilərə qulaq asırıq... Harada olmağımızdan asılı olmayaraq, musiqi hər yerdə bizimlədi. Biz onu dinləyirik və heç düşünmürük ki, o, bizə nə qədər təsir göstərir. Əlbəttə ki, bizim vəziyyətimiz və davranışımız radio vasitəsilə səslənən bir neçə mahnıdan dəyişməyəcək, lakin musiqinin həyat olduğu və eşitdiyimiz səslərin əksəriyyəti - eyni musiqi, qulaqlıq günlərlə çıxarılmır... Belə insanlar sadəcə öz həyat məkanını xaotik vibrasiyalarla və yad ritmlərlə darmadağın edirlər. Nəyin naminə? Ətrafa nəzər salın ... Dünya gözəldir. Onda yarpaqların xışıltısı, quşların nəğməsi, damı döyən yağış damcıları, dəniz dalğalarının səs-küyü var... Bu səslər heç bir super-moda və məşhur kompozisiya ilə müqayisə edilə bilməz. Nə dinlədiyinizi və bədəninizin düşməninə çevrilməyinizi düşünün!
Milli.Az

Xəbərlər     Baxılıb: 900   Tarix: 04 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

turlar.az

sonxeber.az geymler 2024 maskalar makiyaj instagram xına bayatıları öd daşı intim haqda ana haqqinda atalar sozleri kosmetika novruz bayramina aid gozellik xlor lekesi oxu az webnem tovuzlu