Limonad haqqında bilmədikləriniz

Limonad haqqında bilmədiklərinizLimonad sərinləşdirici alkoholsuz içkidir. Onun tərkibi limon şirəsi, şəkər və sudan ibarətdir. Limonad açıq-sarı rəngdə, limon qoxusuna və təravətləndirici dada malik olur. Limonadı ilk dəfə XVII əsrdə Fransada I Lüdovik dövründə sarayda hazırlamışlar. Sarayda limon şirəsi və zəif limon tinkturasından limonad hazırlanmışdır. Deyilənlərə görə onun hazırlanmasına səbəb təsadüf nəticəsində bir monarxın limos şirəsinin üzərinə şəkər atması olub. Həmin dövrdə kral bu içkini çox bəyənmiş və bütün əhaliyə isti günlərdə limonad içməyi əmr etmişdir.
Kütləvi surətdə satılan limonadın tərkibi limon şirəsindən, limonada dad və rəng verən süni qarışımdan ibarət olur. Onun hazırlanması zamanı şəkərdən, rəngləndiricilərdən, müxtəlif meyvələrin şirələrindən istifadə edilir. Limonadı konservləşdirərkən isə müxtəlif kimyəvi konservantlardan, qida qatqılarından, ortofosfor turşusundan, benzoate natri və aspartamdan (şəkərəvəzedicilər) istifadə edilir. Limonadın bir çox növləri vardır. Bunlara Sitro, Düşes, Limonad, Buratino, Kren Soda, Baykal, Tərxun və s. aiddir. Limonad 0,5-2,5 litrlik şüşə və ya plastic qablaşdırmalarda satılır.
Limonatın faydalı xüsusiyyətləri
Orqanizm üçün ən faydalı limonad ev şəraitində hazırlanan limonaddır. Limondan hazırlanan limonadın tərkibində C, A, P, B1 və B2 vitaminləri, kalium, kalsium, fosfor və s. olur. Yüksək qızdırma zamanı limonad içmək su balansının normallaşmasına və temperaturun düşməsinə səbəb olur. Limonad içmək soyuqlama, iştahanın azalması, sinqa, oynaq ağrıları zamanı xəstəlik əlamətlərinin azalmasına səbəb olur. Toksikoz zamanı hamilə qadınlara limonad içmək məsləhət görülür. Amma gün ərzində 3 litrdən çox limonad içmək hamilələrdə mədə qıcqırmalarına və aşağı ətraflarda şişkinliklərə səbəb ola bilir.
Klassik limonad aşağıdakı qaydada hazırlanır:
- 3-4 limon yuyulur, qabığı təmizlənir və şirəsi sıxılır. Limon qabıqlarının üzərinə 3 litr su və 200 qram şəkər tozu əlavə edilib qaynadılır. Soyuduqdan sonra üzərinə limon şirəsi əlavə edilir. Qarışım soyuduqdan sonra hermetik qabda soyuducuya qoyulur. Limonad dar və uzun qədəhlərdə servis edilir. Bu zaman limonad qədəhinin kənarlarını bəzəmək məqsədilə limon dilimi və nanə yarpağı qoyulur. Limonadın qazlı olmağını istəyənlər süfrəyə verməzdən əvvəl ona qazlı su əlavə edə bilərlər. Ona qazlı su əlavə etmək istəyən zaman limon qabıqları qaynadılan suyun miqdarını az etmək lazımdır. Dadlandırmaq üçün limonada ballınanə, şaftalı, ananas, giləmeyvələr və ya ərik əlavə etmək mümkündür.
Limonadın zərərli xüsusiyyətləri
3 yaşına qədər olan uşaqlara limonad içmək məsləhət görülmür.3-6 yaş arasında olan uşaqlara isə gün ərzində 250 ml-dən çox limonad içmək məsləhət görülmür. Böyrək və qaraciyər xəstələrinə təbii üsullarla hazırlanmamış limonad içmək məsləhət görülmür.
Ucuz qiymətə satılan limonadlar orqanizmdə patoloji əlamətlərin əmələ gəlməsinə səbəb ola bilir. Mədə turşuluğu çox olan və sitrus bitkilərinə qarşı allergiyası olanlara təbii limonad içərkən onun miqdarına diqqət yetirmələri tövsiyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1079   Tarix: 18 noyabr 2020
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado yüksək qida dəyəri olan meyvə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.   -a istinadən xəbər verir ki, 100 q meyvədə təxminən 160 kalori var. . Bunlar pəhriz hesab olunur, çünki tərkibində yalnı

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Qəzəb sağlamlığa necə təsir edir?

Qəzəb, bir çox mənfi duyğular kimi, sağlamlığımıza təkcə emosional deyil, həm də fiziki təsir göstərir. .   -a istinadən xəbər verir ki, Nyu-York şəhərində 280 sağlam könüllü üzərində aparılan araşdırma nəticəsində məlu

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

turlar.az

sonxeber.az yay geyimləri 2024 hamilelikde qidalanma toy gecesi qadın psixologiyası buxaq hamiləlikdə uşağın cinsinin təyini ayaq dirnaqlara qulluq kosmetika babasil bürcler vicdan vətən haqqında bayatılar gəncə