"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO

"Napoleon" tortunun tərifləri çoxdur. Kimisi xəmirinə sirkə, kimisi araq vurur. Ərzaqların qədəri, xəmirin soyuducuda saxlanma müddəti də fərqlidir. Təqdim etdiyimiz bu resept populyar olanlardan biridir. Həmçinin videoda göstərilən qayda ilə də bu tortu hazırlaya bilərsiniz.

Tərkibi:

xəmir:
2 yumurta
300 q kərə yağı
6 st. un (1 st.=200 ml)
100-150 ml su
0,5 ç.q. duz
4 x.q. sirkə

bişmiş krem:
5 yumurtanın sarısı
1,5 l süd
3 x.q. nişasta
300 q şəkər tozu
vanil
250 q kərə yağı

Soyuq kərə yağını unun üzərində sürtgəcdən keçirin. Duz səpin. Yumurta, su və sirkəni qarışdırıb buraya əlavə edin. Xəmir yoğurun. Onu bir ləyənə qoyub ağzına qida plyonkası çəkin, 1,5-2 saat soyuducuda saxlayın.
Soyuq xəmiri bir neçə bərabər hissəyə bölün. Hər birini 2 mm qalınlıqda yayın. Siniyə qoyub bıçaq və ya çəngəllə bir neçə yerindən deşin. 220-250 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. Sarı-qızılı rəngə çalanda götürün. Korjlardan hansısa dağıldısa, ondan üstünə səpmək üçün istifadə edə bilərsiniz.

Krem üçün: südün 1 stəkanını ayırıb kənara, qalanını qazana töküb ocağın üstünə qoyun. Yumurta sarısı, 1 st süd, şəkər tozu, nişasta və vanili çalın. Qaynayan südə əlavə edin, bu zaman onu daim qarışdırın. Qatılaşanacan qarışdıra-qarışdıra bişirin, krem qaynamamalı, dibi tutmamalıdır. Ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. Ən asan variant: qabı olan mikserə töküb ən aşağı sürəti qoşun. Bu zaman onun üzərində qaymaq əmələ gəlməyəcək.
Bişmiş kremi olduğu kimi, bəzən də ona yağ qataraq istifadə edirlər. Bunun üçün kərə yağını ağaranadək çalın. Sonra soyumuş bişmiş kremi tədricən əlavə edərək çalın.

Korjlardan bir-ikisini xırdalayın (tortun üstünə səpmək üçün). Korjların arasına krem çəkin, üst-üstə yığın. Tortun üzərinə və kənarlarına da krem çəkin. 1-2 saat saxlayın. Bu müddətdə krem korjlara hopacaq və onları yumşaldacaq. İti bıçaqla tortun kənarlarını hamarlayın. Yenə krem çəkin.

Qırıntıları şəkər pudrası ilə qarışdırın. Tortun üstünə və kənarlarına səpin. Tortun tam özünü tutması üçün bir neçə saat saxlayın.

Nuş olsun!

"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTO"Napoleon" tortunun hazırlanma qaydası - VİDEO - FOTOMilli.Az

Mətbəx     Baxılıb: 13633   Tarix: 12 iyul 2016
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

turlar.az

sonxeber.az geyim seçimi yemek reseptleri yaz geyimleri 2024 qatiqli sirniyyat seksual qadinlar masaj saglamliq haqqinda kosmetika qiz evi öpüşme yuxuda qara ilan gormek xeyanet oğlaq