"Nömrəmi yayıblar, mənə pis-pis mesajlar yazırlar" - Xalqı təhqir edən deputatın xanımı

"Nömrəmi yayıblar, mənə pis-pis mesajlar yazırlar" - Xalqı təhqir edən deputatın xanımıMilli Məclisin deputatı, Rusiyada işləyən azərbaycanlılarla bağlı verdiyi müsahibədən sonar gündəmə çevrilən Astan Şahverdiyevin həyat yoldaşı Solmaz Şahverdiyeva publika.az-a müsahibə verib.

69 yaşlı qadın kiminsə onun nömrəsini yaydığını bildirib: "Mənə pis-pis mesajlar yazırlar. Hətta ABŞ, Almaniya, Ukrayna, Rusiya kimi ölkələrdən mənim mobil telefonlarıma mesaj göndərirlər. Hamısı da ağızlarına gələni yazırlar. Bilmirəm ki, mənim nömrəmi kim yayıb.

Dava-dərmanla yaşayıram. Axı mənim nömrəmi kim yayıb? Məgər bu adamların anaları, bacıları yoxdur? Heç olmasa, məni onların yerinə qoysunlar. Başqa vaxtı kişilikdən, qeyrətdən danışırlar. Qadına belə mesajlar yazarlar? İnanın ki, mənə yazılan mesajları görəndən sonra halım çox pisləşib. Axı bunu yazanların vicdanı yoxdur, utanmır? Mən onların anaları, nənələri yaşındayam. Mənə niyə "siz pissiniz" yazırlar? Axı mən nə pislik etmişəm?
Biz sadə ailəyik. Astan müəllim də sadə həyat tərzi sürür. Məncə, insanlar da hər zaman sadə olmağı bacarmalıdır.

Solmaz Şahverdiyeva qeyd edib ki, mesajlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib etməyəcəyini dəqiq bilmir.

"Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev özünün sosial şəbəkədəki hesabında əmisinin içkili vəziyyətdə müsahibə verdiyini yazıb. Bu nə qədər doğrudur?" sualına deputation xanımı belə cavab verib:

"Mənim elektronikadan, telefonlardan başım çıxmır. Ancaq evdəkilərlə söhbət oldu. Ondan bilirəm ki, qaynım oğlunun profilini sındırıblar, sonra da adından o sözləri yazıblar. Biz onunla əlaqə saxladıq, dedi ki, əmi, o sözləri mən yazmamışam, kimsə adımdan yazıb".

O, qeyd edib ki, millət vəkili müsahibəylə bağlı heç yerə çağırılmayıb və ona töhmət verilməyib:

"Bununla bağlı heç bir zəng də olunmayıb. Sadəcə olaraq, bu gün Milli Məclisə çağırılıb. Orada da məsələni izah edib. Amma dünən saytlar yazıb ki, guya, Astan müəllimin mandatını alıblar və sairə. Bunlar yalan xəbərdir. Dünən heç yerə çağırılmayıb, getməyib".

Xəbərlər     Baxılıb: 2793   Tarix: 27 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Səhər yeməyində xama ilə kəsmik yemək olar?

Dietoloqların fikrincə, xama ilə kəsmik səhər yeməyi üçün əla seçimdir.   -a istinadən xəbər verir ki, belə bir səhər yeməyi yeyərkən bəzi nüansları nəzərə almaq lazımdır. Xama ilə kəsmiyin həddindən artıq istehlakı şişkinli

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

turlar.az

sonxeber.az makiyaj instagram qadin dunyasi toy makiyaji sekilleri qohum evlilik fitnes və pəhriz qiz usagini acmaq cəlil məmmədquluzadə kosmetika tut ağacı tutdudu masturbasiya sperma vətən xanim az