"Növbəti nəsli məhv etməmək üçün kişilər məktəbə cəlb edilməlidir" - Təhsil eksperti

"Növbəti nəsli məhv etməmək üçün kişilər məktəbə cəlb edilməlidir" - Təhsil eksperti"Hal-hazırda ölkədə 4500 ümumi orta təhsil məktəbində 51 min müəllim çalışır. Təəssüflər olsun ki, onun 80%-ini qadınlar təşkil edir. Bu, olduqca dəhşətli bir rəqəmdir".

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər təhsil müəssisələrində baş verən hadisələri şərh edərkən təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov bildirib ki, Sovetlər dönəmində faiz nisbəti 55-in 45-ə olub:

"90-cı illərdə müharibə və ondan sonra əməkhaqlarının aşağı olması kişi müəllimləri məktəblərdən uzaqlaşdırdı. Bu da yekun nəticədə gənc nəslin psixoloji və fizioloji baxımdan zəif xarakterdə formalaşmasına gətirib çıxardı. Bu gün məktəblərdə kişilərin sayının az olması xoşagəlməz hallara, formalaşmaqda olan gəncliyin kişi xaraktrində olmamasına gətirib çıxardı. Bu, əslində ciddi siqnaldır. Söhbət ondan getmir ki, kişilərin sayı məktəblərdə artsa, problem aradan qalxacaq. Sadəcə say azalacaq. Kimliyindən asılı olmayaraq, orta ümum təhsil məktəblərə rəhbərlik edən şəxslərin özləri müsbət keyfiyyətdə olmalıdırlar. Nümunə olmalıdırlar. Onlar qollarını açanda bütün şagirdlər onların qucağına qaçmalıdır. Bu gün bu halı görə bilərikmi? Xeyr!"

Kamran Əsədov vurğulayıb ki, məktəb direktorları şagirdlərə pul gözündə baxır:

"Onlar sinfə girəndə şagirdləri 50, 20, 10 manat kimi görürlər. Müəllimlər də şagirdləri repetitor kimi dərslərinə cəlb etmək vasitəsi kimi görürlər. Mənəvi dəyərlər artıq 10-cu, 15-ci yerdədir. Əvvəlki yerləri ancaq maddi ehtiyaclar tutur. Biz işə gedirik, uşaqlar analarının yanında qalır. Baxçaya gedirlər, orada da qadınların yanında olurlar. İbtidai sinfə gedirlər, müəllimlərin 97%-i qadınlardır. Bütün pillələrdə uşaqlarla ünsiyyətdə olanlar qadınlardır. Nəticə etibarı ilə uşaqlar xarakter baxımından zəif formalaşırlar. Son illər ərzində boşanmaların sayı çox artıb. Təkcə 2017-18-ci illərdə 15 min ailə boşanıb. Bunlar arasında 7 mini gənc ailələrdir. Onlar daim ana nəvazişi görürlər, gedib çətin situasiyaya düşəndə problemdən çıxa bilmirlər. Onlar kişi xarakterində formalaşsaydı, problemdən çıxış yolu tapardılar. Məktəb dahi yetişdirmir, məktəb şəxsiyyət yetişdirir. Bizim məktəblər bu gün kal məhsul buraxır. Kal məhsul da bazara daxil olanda istənilən effekti verməyəcək".

Təhsil Nazirliyinin kişi müəllimləri məktəblərə cəlb etməli olduğunu deyən Kamran Əsədov, bununla bağlı layihələrin həyata keçirilməsini istəyib:

"Təhsil Nazirliyi kişi müəllimləri məktəblərə cəlb etmək üçün xüsusi layihə işləməlidir. Kişi müəllimlərin əməkhaqqı artırılmalı, onlara imtiyazlar verilməlidir. Kişi müəllim məktəbə ona görə getmir ki, bilir 200 manat maaş alacaq. 200 manat maaşla ailə saxlamaq olar? Qətiyyən! Kişi müəllimlərə güzəştlər tətbiq edilməlidir ki, onlar məktəblərə qayıtsınlar. Bu, yekun nəticədə gənclərimizin mənəvi və fizioloji baxımdan güclü xarakterdə formalaşmasına gətirib çıxaracaq".

Bir nəslin kor olduğunu bildirən təhsil eksperti qeyd edib ki, növbəti nəsli də məhv etməmək üçün kişiləri məktəbə cəlb etməliyik:

"Ziyanın yarısından da dönmək xeyirdir. Məktəblərdə yüngül xarakter, televiziyada yüngül xarakter, nəticədə zəif gənclik formalaşır. Atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyət olar".

/yenicag.az

Xəbərlər     Baxılıb: 1753   Tarix: 11 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Mətbəxin ən çirkli əşyası – Təhlükələr nələrdir?

Mətbəxdə ən çirkli əşya müəyyən edilib.   -a istinadən xəbər verir ki, masaların üstünü silmək üçün istifadə olunan əskidir. . Bildirilir ki, o daim qida və yağ ilə təmasda olur. Bu da böyrək problemlərinə və hətta pnevmoniyay

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

turlar.az

sonxeber.az yemek reseptleri gelinlikler donlar 2024 qadinlarda soyuqdeyme intim münasibətləri içki reseptləri qutab xemiri kosmetika layla bayatılar kurtlar vadisi haxista nagillar