Oğul övladınızı çox sevməyin, yoxsa... Oğlanların özlərindən yaşca böyük qadınları sevmə SƏBƏBİ...

Oğul övladınızı çox sevməyin, yoxsa... Oğlanların özlərindən yaşca böyük qadınları sevmə SƏBƏBİ...Oğlunuzu çox sevməyin, yoxsa...

Azərbaycan mentalitetində qəbul olunmaz hallardan biri də kişilərin özlərindən yaşca böyük qadınlarla ailə həyatı qurmasıdır. Belə hal baş verdikdə, oğlanın anasından tutmuş qonşusuna kimi hər kəs təşvişə düşür ki, filankəsin oğlunun aldığı qız özündən 5-10 yaş böyükdür. Sevən oğlan isə sevgidə nə yaş fərqi, o mənim sevdiyim qadındır deyərək, haqqında deyilənlərə əhəmiyyət vermir. Bəs görəsən, hansı tip kişilər özlərindən böyük qadınlara üstünlük verir? Belə kişiləri digərlərindən fərqləndirən cəhətləri, məsələnin psixoloji, sosioloi və tibbi tərəfləri nədir?

Psixoloq Narınc Rüstəmova AzVision.az-a açıqlamasında deyir ki, kişinin özündən yaşca böyük qadınları sevməsi onun anasına çox güclü bağlı olmağından irəli gəlir :

"Son vaxtlar özündən yaşca böyük qadınlarla evlənən kişilərin sayı artsa da, əvvəlki illərə nisbətən daha azdır. Bu tip oğlanların ürəyində ana sevgisi hədsizdir. Əgər oğlun "edib" kompleksi (anaya sevgi) nə qədər güclüdürsə, onda özündən yaşca böyük qadınlara meyli də bir o qədər güclüdür. Əgər ana bu gün oğlunu özündən çox asılı edirsə, oğul anaya çox düşkündürsə həmin oğul sevdiyi insana da eynilə bu formada bağlanacaq, həmişə də yaşı yuxarı qadınlara daha çox maraq göstərəcək. Əslində, bu,ananın ən böyük bədbəxtliyidir ki, oğlu kifayət qədər özündən yaşlı qadınları sevir. Oğlanın özündən yaşca böyük qadınla evlənmək istəməsi şüuraltı olaraq oğlanın anasının verdiyi qayğını həmin qadında axtarma istəməsidir. Kişinin sevdiyi qadın özündən yaşca böyükdürsə, o qadın həm kişinin məşuqəsi, həm sevdiyi qadın, həm də onun anası rolunu oynayır.

Bu gün 10-15 yaşlı oğlun anasından çox asılı olması ana üçün fəxr olmamalıdır. Amma analar bununla fəxr edir ki, oğlum məni çox sevir, mənsiz qərar verə bilmir, hər gün məni öpür. Bu, ana üçün xoşbəxtlik sayılmamalıdır. Həmin oğul 26 -30 yaşlarında, 40 yaşlı qadını sevməyə maraq göstərəcək. Yaxud da ki, azyaşlı oğlan orta məktəbdə oxuyan müəlliməsini sevir. Belə platonik məhəbbətlər daha çoxdur, nəinki real, çünki bizim cəmiyyətdə sosial qınaq olduğuna görə xanımlar da yaşca özlərindən kiçik kişilərlə sevgi yaşamaqdan çəkinirlər".

Psixoloqun sözlərinə görə, oğlanlar, 23-28 yaşında daha çox ailə haqqında fikirləşirlər :

"Bu dövrdə bizə edilən müraciətlər çoxdur. Məsələn, ana gəlib deyir ki, oğlumun 25 yaşı var, 32 yaşlı qadını sevir. Onunla evlənmək istəyir, amma mən istəmirəm ki oğlum həmin qadınla evlənsin. 28 yaşına qədər ailə həyatı qurmayan oğlan isə bu yaşdan sonra evliliyi ikinci plana keçirir. Bəzi hallarda oğlanların yaşca özlərindən böyük qadınlara meyl etməsində maddi maraq da istisna edilmir:

"Bu tip oğlanlar ailədə ərköyün böyüyən, kifayət qədər rahatlığa öyrəşənlərdir. Valideynlərinin hesabına rahat həyat tərzi keçirən ərköyün oğul, bəzən gələcəkdə pul qazanmaqda çətinlik çəkir. Belələri üçün yaşlı olsa da, kifayət qədər zəngin bir qadın ata-ana rolunu əvəz edə bilər. Daha doğrusu belə oğlanlar həmin qadın vasitəsilə maddi problemlərini həll etməyə çalışırlar."

Narınc Rüstəmova onu da qeyd etdi ki, intellekt yaşları üst-üstə düşərsə, kişinin özündən yaşca böyük qadını sevməsində heç bir problem yoxdur: "Məsələn görürsən ki, oğlanın passport yaşı 25dir, ancaq intellekt yaşı 32-33 dür. Təbii ki, o, 25 yaşlı qızla münasibət qura bilməyəcək, çünki qız onun fikirlərini başa düşə bilməyəcək."

Psixoloqun sözlərinə görə, özündən yaşca yuxarı qadınlarla əlaqə quranlar müsəlman ölkələrində daha çoxdur :

"Sadəcə, digər ölkələrlə müqayisədə, bu kimi münasibətlər qapalı xarakter daşıyir. Bunun səbəbi ictimai qınaqdır. Xarici ölkələrdə isə adətən belə problemlər olmur".

Qadınlara gəlincə, N. Rüstəmova qeyd etdi ki, özlərindən yaşca kiçiklərlə münasibət quranlar daha çox sevgi münasibətlərində bəxti gətirməyənlərdir. Həmin qadınlar adətən "hegemonluğu" ələ alır və gənc insanın yanında özlərini daha cavan hiss edirlər.

Sosioloq Əhməd Qəşəmoğlu məsələni sosioloji problemlərlə bağlı olduğunu bildirdi. Onun sözlərinə görə yaşı çox olan qadınlarala münasibət qurmağa üstünlük verən gənclər, istər qızlar, istərsə də oğlanlar daha çox maddi maraq güdür və ya intellektli, bacarıqlı , sosial mühitdə özünə dayaq ola biləcək bir insana ehtiyac duyur:

"Digər bir tərəfdən artıq gənclərimiz buna qeyri-adi, əlahiddə bir hiss kimi baxmırlar. Xarici filmlərin də gənclərin fikirlərinə təsiri güclüdür".

Sosioloqun sözlərinə görə, dünya təcrübəsi onu göstərir ki, qadın kişidən yaşca böyük olsa yaxşıdır : "Çünki qadınlar bir qayda olaraq, tez qocalırlar. Statistika göstərir ki, kişilərdə istər fiziki cəhətdən, istərsə də ruhən qocalma prosesi gec gedir. Qadın yaşlı, kişi cavan olanda sonradan probelmlər ortaya çıxır.

Sosioloq hesab edir ki, qadının kişidən bir yaş belə böyük olması normal hal deyil.

Həkim Adil Qeybulla isə hesab edir ki, qadının kişidən böyük olması tibbi cəhətdən heç problem yaratmasa da, psixi sarsıntılara səbəb ola bilir : "Qızlar həm psixoloji , həm də fizioloji baxımından oğlanlardan daha tez yetişirlər. Bu baxımdan oğlanların yaşca qızlardan böyük olması daha yaxşıdır. Fizioloji tərəfdən bu onunla izah olunur ki, qadınlarda 45-40 yaş arasında klimaksın başlaması, kişi ilə qadın arasında discomfort yarada bilər. Kişi ailə quranda bu kimi fizioloji prosesləri nəzərə almalıdır. Yenə də bütün problemlərin həlli sevgiyə bağlıdır. Əgər iki şəxs arasında mənəvi münasibətlər, fizioloji münasibətlərdən üstündürsə yaşın heç bir fərqi olmaz".

Mətbəx     Baxılıb: 4914   Tarix: 27 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

turlar.az

sonxeber.az qis geyimləri 2024 maskalar geyim şəkilləri veten haqda atalar sözləri cemli piroq düz qarın şəxsi təcrübə kosmetika namiq qaraçuxurlu bürcler nizami gəncəvi uşaq nece olur əqrəb