Qadınların intim gigiyenasının 4 VACİB QAYDASI

Qadınların intim gigiyenasının 4 VACİB QAYDASIHər bir qadın intim gigiyenanın əsas qaydalarını bilməli və bu qaydalara riayət etməlidir.

Bu qadın sağlamlığının qorunması üçün ən vacib olan şərtlərdən biridir.

Qadınların əsas intim gigiyena qaydaları hansılardır?

1-ci qayda. Əfsuslar olsun ki, uşaqlıq yolunun öz-özünü təmizləyən orqan olduğunu qadınların çox az bir hissəsi bilir. Bunu bilmədikləri üçün uşaqlıq yolunun daxilini güclü su axarı və ya şırınqa ("sprinsovka") vasitəsi ilə yuyulması, bu məqsədlə sabundan da istifadə edilməsi və s. nəinki lazımsızdır, hətta əksinə olaraq çox zərərlidir! Bunlar ilkin olaraq uşaqlıq yolunun disbakteriozuna, daha sonra isə digər ginekoloji xəstəliklərə səbəb olurlar. Beləliklə, qadınların əsas intim gigiyena qaydalarından ən başlıcası – xarici cinsi üzvləri əvvəlcədən təmiz yuyulmuş əllərlə öndən arxa tərəfə olmaqla (arxa tərəfdə yerləşən düz bağırsaq ətrafından müxtəlif xəstəlik törədicilərinin xarici cinsiyyət üzvlərinə keçməsinin qarşısını almaq məqsədilə) axar su axıtmaqla yüngül şəkildə üzdən yuyulmasıdır. Uşaqlıq yolunun daxilinin yuyulması və ya maye şəklində olan vasitələrin püskürdülməsi yalnız həkim təyinatı olmaqla aparıla bilər!

2-ci qayda. Qadınların intim gigiyenası üçün çimərkən istifadə edilən adi sabun və gellər uyğun gəlmir. Onlar həm dərini qurudur, həm də bədənin zərif yerlərinin qıcıqlandırılmasına səbəb olur. Bu məqsədlə intim gigiyena üçün xüsusi gellər var. Onlar dərini yumşaq şəkildə təmizləyir, onu ətirləndirir, zərərli bakterial floranı məhv edir, selikli qişalarda olan qıcıqlanmanı aradan götürür.

Hər dəfə tualetə getdikdən sonra, yatmazdan əvvəl və səhər oyandıqdan sonra, həmçinin hər intim yaxınlıqdan sonra qadınlar bu gellərdən istifadə etməklə, xarici cinsiyyət üzvlərini üzdən yumalıdır. Əlbəttə ki, bunu hər dəfə etmək mümkün olmur – qadınlar işləyir, təhsil alır, ezamiyyətə gedir və s. Belə hallar üçün xüsusi nəm intim gigiyena salfetlərı (adi nəm salfetlərlə səhv salmayın!) hazırlanmışdır. Belə salfetlərinin tərkibində spirt deyil, nəmləndirici bitki yağları (çay ağacı yağı və s.), sakitləşdirici müalicəvi otların ekstraktı (aloye vera, çobanyastığı və s.) və intim yerlərin dərisinin qızarmasının və qıcıqlandırılmasının qarşısını alan süd turşusu daxildir.

3-cü qayda. Qadın bezlərini (həm gündəlik, həm də menstruasiya zamanı istifadə olunan) hər 4 saatdan gec olmayaraq dəyişmək lazımdır! Çünki onlar bu müddət ərzində cinsi yollardan axan ifrazatı özlərinə hopdurduğu üçün patoloji bakteriyaların inkişaf etməsi üçün yaxşı qida mühitinə çevrilir. Bu isə iltihabların inkişafına səbəb ola bilər. Qadın allergiyalara meyillidirsə, aromatlaşdırılmış deyil, adi bezlərdən istifadə etmək lazımdır.

Gigiyenik tamponlardan istifadə edərkən, nəzərə almaq lazımdır ki, onlar uzun müddət ərzində (4 saatdan artıq) uşaqlıq yolunda qaldıqda, qadında toksiki şokun inkişafına səbəb ola bilər! Toksik şok sindromunun simptomları: hərarətin birdən-birə kəskin şəkildə artması, baş ağrıları, qusma, ishal, ümumi zəiflik, dəri örtüklərinin, ağızın, uşaqlıq yolunun qızarması və s. əlamətlər. Xəstəliyin ilkin əlamətləri meydana çıxdıqda təcili olaraq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə isə yadda saxlamaq lazımdır ki, qadın cinsiyyət üzvlərinin hər hansı bir xəstəliyi olarsa, menstruasiya üçün tamponlardan istifadə etmək məsləhət görülmür.

Aybaşı zamanı qadınlar intim sahələrin gigiyena qaydalarına xüsusi olaraq riayət etməlidirlər: qadın bezlərini vaxtında dəyişmək, hər dəfə bezləri dəyişdikdən sonra axar su ilə aralıq nahiyəsini yaxalamaq lazımdır. Məsələ burasındadır ki, aybaşı zamanı uşaqlıq boynunun xarici dəliyi açıq olur. Bu zaman uşaqlıq boynu kanalında yerləşən və adi günlərdə cinsi yolları müxtəlif infeksiya və mikrobların daxil olmasından qoruyan selikli tıxac hissəvi və ya tam şəkildə olmaqla xaric olunur. Bunun nəticəsində infeksiyaların yuxarı cinsi orqanlara tərəf hərəkət etməsi üçün "çox yaxşı" bir şərait yaranır.

Məhz buna görə də menstruasiya zamanı qadınlara cinsi əlaqədə olmaq, dənizdə və hovuzda çimmək, vanna qəbul etmək (onu duşla əvəz etmək lazımdır) qadağan olunur.

4-cü qayda. Düzgün seçilmiş alt qadın paltarı da qadın sağlamlığının qorunmasında vacib rol oynayır. Qadın alt paltarı təbii materiallardan (pambıq, kətan) olmalıdır. Belə paltarlar nəmliyi özünə hopdurur, dəriyə nəfəs almağa imkan verir, bakteriyalar üçün qida mühiti yaratmır.

Sintetik qadın alt paltarlarından istifadə edilməsi isə qəti şəkildə əks-göstərişdir: belə alt paltarları nəmliyi nə özünə hopdurur, nə də kənara buraxır. Nəticədə dəridə səpgilər və qıcıqlanma sahələri əmələ gəlir. Ginekoloqlar tərəfindən kəskin etirazla qarşılanan, bəzi "müasir" - nazik zolaq şəklində olan qadın alt paltarları ("strinq" və "tanqa") isə müxtəlif patoloji mikrobların arxa dəlik ətrafından cinsi orqanlara tərəf daşınmasına səbəb olur. Bundan əlavə alt paltarları bədənə sıx səkildə yapışmış olduqları halda, həm dəriyə oksigen daxil olmasının qarşısını alır, həm də yerli qan dövranını pozur. Bunlar isə iltihabların inkişafına səbəb ola bilər.

Sağlamlıq     Baxılıb: 1383   Tarix: 10 iyul 2021
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldır

Müntəzəm sağlam cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.  seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edir

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

.

Genital bölgənin qaralmasına səbəb nədir? - Qadınlar MÜTLƏQ OXUSUN

Hər keçən gün həyata baxışınız kimi dərinizdə dəyişikliklərə səbəb olur. Genital bölgənin qaralması, erkən və ya yetkin yaşından asılı olmayaraq, demək olar ki, hər bir qadının qarşılaşa biləcəyi bu dəyişikliklər arasındadır. So

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

sonxeber.az makiyaj instagram qadin dunyasi toy makiyaji sekilleri qohum evlilik fitnes və pəhriz qiz usagini acmaq cəlil məmmədquluzadə kosmetika tut ağacı tutdudu masturbasiya sperma vətən xanim az